Mehmanın qamışlığı

Mehmanın qamışlığı-Ağcabədi rayonunda, rayon mərkəzindən 20 km cənub-şərqdə, Ağgöl qoruğunun yaxınlığında qeydə alınmış coğrafi adlardan biridir.

Toponimikası[redaktə | mənbəni redaktə et]

Qamış-taxıllar fəsiləsindən çoxillik bitki cinsidirː hündürboylu hidrofil otdur. Gövdəsi boş və arakəsməlidir. Hündürlüyü 4-5 bəzən 9 metrə çatır. İsti yerdə və il ərzində bir neçə dəfə su basan yerdə bitən qamış Azərbaycanın 72 min hektar sahədə yayılmışdır. Qamışdan çəpər çəkmək, arakəsmələr hazırlamaq, damların üstünü örtmək üçün istifadə edilir. Odunlaşmış qamış kağız, qatran, sirkə turşusu, metil spirti və s.istehsal etmək üçün qiymətli xammaldır. Toponimin tərkibindəki Mehman sözü şəxs adıdır. Toponim "Mehmana məxsus olan qamışlıq" mənasındadır.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Qazantəpə (Ağcabədi)

Xarici keçid[redaktə | mənbəni redaktə et]

istinadlar[redaktə | mənbəni redaktə et]

  1. Nazim Tapdıqoğlu (Vəlişov). Ağcabədi Ensiklopediyası. Bakı-2007