Qazantəpə-Hindarx kəndi yaxınlığında Tunc dövrünə aid Qazantəpə adlı kurqan vardır.
Qazantəpə oroqrafik obyekti Ağcabədi rayonu ərazisində Hindarx kəndi yaxınlığında qeydə alınıb.Qazantəpə oronimi qazan və təpə sözlərindən ibarətdir. Təpə-müsbət relyef forması bildirən coğrafi termindir.Toponim xarici görünüşünə görə kənardan baxanda qazana bənzədiyinə görə belə adlandırılmışdır.Bu tipli toponimlərə Azərbaycanın digər rayonlarının ərazilərində də rast gəlirik. Qazantəpə ev əşyalarının adları ilə əlaqədar olaraq yaranmış metofor adlardandır. Toponimin tərkibindəki qazan sözü həmin təpənin məişətdə işlədilən qazan qabına oxşarlığını bildirir.[1]