Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Mehman Əliyev (tam adı: Mehman Yadulla oğlu Əliyev) — azərbaycanlı jurnalist, Turan İnformasiya Agentliyinin direktoru (1990 – h.h.)
Mehman Əliyev | |
---|---|
Doğum tarixi | 26 oktyabr 1957 (65 yaş) |
Fəaliyyəti | jurnalist |
Vikianbarda əlaqəli mediafayllar |
Mehman Əliyev 1957-ci ilin 26 oktyabrında anadan olub. 1964–1974-cü illərdə orta təhsil alıb. 1988-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1988–1989-cu illərdə "Molodyoj Azerbaycana" qəzetində müxbir, 1989–1990-cı illərdə "Azərinform" Dövlət Agentliyində müxbir, 1990–1991-ci illərdə "Xazar" jurnalında məsul katib, 1993-cü ildə Prezident Aparatının ictimai əlaqələr sektorunun müdiri vəzifələrində çalışıb.
Hal-hazırda, 1990-cı ildə təsis etdiyi "Turan" İnformasiya Agentliyinin direktorudur.
Azərbaycan jurnalistlərinin III qurultayında Mətbuat Şurası İdarə Heyətinə üzv seçilib. Hazırda Şuranın iqtisadiyyat məsələləri üzrə komissiyasına rəhbərlik edir.
27 avqust 2017-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham olunaraq Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.[1]
Ailəlidir, bir övladı var.