Mehman Ağayev (31 avqust 1946, Masallı rayonu – 15 aprel 2021, Bakı) — tibb elmlər doktoru, professor-nefroloq, Azərbaycan Tibb Universitetini Tədris terapevtik klinikasının Efferent terapiya mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş nefroloqu (2011–2019).
Mehman Ağayev | |
---|---|
Mehman Məmmədrəhim oğlu Ağayev | |
Doğum tarixi | 31 avqust 1946 |
Doğum yeri | |
Vəfat tarixi | 15 aprel 2021 (74 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | COVID-19 |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili | |
Mükafatları |
Mehman Ağayev 31 avqust 1946-cı ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olub.[1] 1962-ci ildə orta məktəbi qızıl medalla bitirib. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1968-ci ildən 1970-ci ilə qədər Leninqrad Elmi-Tədqiqat Neyrocərrahiyyə institutuna kliniki ordinaturaya göndərilmişdir. 1971-ci ildən Respublika Klinik Uroloji Xəstəxanasında həkim-nefroloq kimi işləmişdir. 1976-cı ildə Respublika Klinik Uroloji Xəstəxanasında "Böyrəkköçürmə və hemodializ şöbəsi"nin müdiri təyin olunmuş və eyni zamanda Elmi-Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunun "Hemodializ və Böyrəkköçürmə Laboratoriya"sında baş elmi işçi, 1983-cü ildə həmən laboratoriyanın müdiri seçilmişdir. 1986-cı ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Institunda nefrologiya kafedrasnın professoru vəzifəsinə seçilmiş və professor adını almısdir. 1990-cı ildə Azərbaycan Tibb Universitetinin I Daxili xəstəliklərin propedevtikası kafedrasının professoru seçilmiş və hal-hazıradək həmin vəzifədə çalışır.
2010-cu ildə Azərbaycan Respublikasının "Əməkdar Həkimi" fəxri adına layiq görülmüşdür.
1975-ci ildə "Kəskin və xronik böyrək çatışmazlığı zamanı ürək-damar sisteminin vəziyyəti" mövzusunda tibb elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmisdir.
1986-cı ildə "Xroniki boyrək catışmazlığında qan dövranı pozgunluqları" mövzusunda tibb elmləri doktoru elmi dərəcəsini almaq üçün Seçenov adına I Moskva Tibb İnstitutunda dissertasiya müdafiə etmisdir.
262-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanin, 2 elmi-tədris filmin, 1 ixtiranın müəllifidir.
2011-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Nefroloqu seçilmişdir.
1993-cü ildə Bakı səhəri 2 saylı kliniki xəstəxanasında ixtisaslaşdırılmış Nefroloji və 2006-cı ildə Hemodializ şöbələrini açmış və onlara rəhbərlik edir.
2010-cu ildən eyni zamanda Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Efferent Terapiya Mərkəzinin müdiri təyin olunmuşdur.
15 aprel 2021-ci ildə Bakı şəhərində vəfat etmişdir.[2]