Mehman Məmmədov (20 Yanvar şəhidi)

Mehman Məmmədov (tam adı: Mehman Sahibəli oğlu Məmmədov; 26 yanvar 1971, Qalaqayın, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]

Mehman Məmmədov
Mehman Sahibəli oğlu Məmmədov
Doğum tarixi
Doğum yeri Qalaqayın, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (18 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi 20 Yanvar faciəsi
Dəfn yeri Qalaqayın kənd qəbiristanlığı
Vətəndaşlığı SSRİ SSRİ
Atası Sahibəli
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Elektrik qaynaqçısı

Həyatı[redaktə | mənbəni redaktə et]

1971-ci ilin yanvarın 26-da Qalaqayın kəndində anadan olmuşdur.[2] Kənd məktəbində 8-ci sinfi bitirdikdən sonra, Sabirabad rayon 135 saylı texniki-peşə məktəbini bitirərək elektrik qaynaqçısı peşəsinə yiyələnmişdir.

Bir oğlu yadigar qalmışdır.

Qanlı Yanvar faciəsi[redaktə | mənbəni redaktə et]

1990-cı ilin yanvarın 19-u gecəsi Rusiya hərbi birləşmələrinin Azərbaycana təcavüzü zamanı qətlə yetirilmişdir.

Qalaqayın kənd qəbiristanlığında dəfn edilmişdir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  2. "Sabirabad Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsi". 2022-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-16.