Qalaqayın

Qalağayın və ya QalaqayınAzərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd və eyniadlı kənd inzibati ərazi dairənin mərkəzi.[10]
Tarixi Səfəvilər dövləti,[11] Cavad xanlığı, Şirvan xanlığının qala şəhəri[12]Muğan mahalının[13] mərkəzi.

Kənd
Qalaqayın
39°58′41″ şm. e. 48°27′43″ ş. u.HGYO
Ölkə  Azərbaycan
İqtisadi rayon Mil-Muğan iqtisadi rayonu
Rayon Sabirabad rayonu
İcra nümayəndəsi Faiq Məmmədov[1]
Tarixi və coğrafiyası
Əsası qoyulub I-III əsrlər[2][3]
Əvvəlki adı

Qala əl Nahiyə[4] Qalagah[5]

Qalaqanı[6]
Yaşayış məntəqəsi statuslu rayon inzibati ərazi vahidində
Sahəsi 27,12[7]
Mərkəzin hündürlüyü -28 m
İqlimi mülayim-isti, yarımsəhra və quru subtropik
Saat qurşağı UTC+4 , yayda UTC+5
Əhalisi
Əhalisi 7571 nəfər (1 yanvar 2024[8])
Sıxlığı 279 nəf./km²
Milli tərkibi azərbaycanlılar
Etnoxronim qalaqayınlılar
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu (+994) 21 2383
Poçt indeksi AZ 5423[9]
Nəqliyyat kodu AZ 54
Qalaqayın xəritədə
Qalaqayın
Qalaqayın
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qalağayın (Azərbaycan)
Qalaqayın
link=:Fayl:
Qalaqayın

Sabirabad rayonunun ən qədim kəndi və etnotoponimlərdən biri Qalaqayındır. Mənbələrə görə başlanğıc tarixi 4-cü əsrə aiddir. Əfsuslar olsun ki, ilkin dövrlərə aid geniş məlumat yoxdur. "Xavər zəmin", yəni "Günəşli torpaq" adı ilə tanınan Muğan torpağı bir çox illər ərəblərin, türklərin, farsların və digər yadelli işğalçıların təqiblərinə məruz qalmış, lakin düşmənlərin bütün hücumlarını dəf edərək basılmaz qalaya çevrilmişdir. O vaxtlardan da "Xavər zəmin" Qalaqayın adı ilə əvəz olunmuşdur.

Bu ad qala sözündən və türkdilli kayın (qayın) tayfasının adından ibarət olub, "qayınların qalası" mənasını bildirir. Kayın adlı tayfa indi də Cənubi Azərbaycanda yaşamaqdadır. Bu adda tayfa başqa türkdilli xalqların (qazax, qırğız, başqırd) tərkibində də vardır.[14]

Başqa versiyaya görə qədim türk dilində və Orxon-Yenisey abidələrində su məhfumu ka//qa, kal//qal şəklində ifadə olunur. Hətta qədim çay və göl adlarında bu sözlər indi də qalmaqdadır: O-ka, Vol-qa, Bay-kal və s. Qalaqayın sözündə "Qala" su, "qayın" isə birləşən deməkdir. Elə buradaca yadımıza qayınata və qayınana sözləri düşür. Qayın-ata, qayın-ana, yəni sonradan birləşən ata və ana. Kür və Araz çayları Sabirabad rayonunda bir-birinə qovuşur. Qalaqayın — Suqovuşan sözünün buradan yaranması da şübhəsizdir.[15]

Azərbaycan ərazisində çoxlu toponimlər mövcuddur, güman edildiyi kimi, belə toponimlər (etnotoponimlər) Abdal, Abad, Abadkənd, Bazar, Bayan, Baltalı, Bostançı, Qurt, Cağatay, Duvannı, Qalaqayın, Qaracalar, Qarğalı, Kərki, Qurqulu, Qılıçlı, Ulucalar, Danaçı və Yaycı kimi əks etdirən bəzi türk boylarının adları mövcuddur. Bu etnotoponimləri aşağıdakı türk etnikləri ilə əlaqələndirmək olar: abdal, avat, bazar, bayan, balta, boston, qurt, çağatay, duvan, kain/qain, qarac, kərki, kirgil, kiliç, olco, tana, yayci və s.[16]

Bu toponimdəki "y" səsi danışıqda əlavə olunmuşdur. Keçən əsrə aid mənbədə kəndin adı "Qalaqanı" kimi qeyd olunmuşdur. XIX əsrin 20-ci illərində tərtib olunmuş mənbədə göstərilir ki, "Qalaqanı" bir qalanın adıdır və ətraf kəndləri idarə edən bəy orada oturur. Görünür ki, bu qala hələ orta əsrlərdə mövcud olmuş,1798-ci ildə orada olmuş alman səyyahı marşal fon Biberşteyn yazır: "Kürlə Arazın qovuşduğu yerdə Qalaqanı adlanan qalanın xarabalıqları görünür. Bu məlumatlardan aydın olur ki, "Qalaqayın" toponimi Qala - "möhkəmləndirilmiş yer" və "Qayın" hissələrinə ayrılır və bütövlükdə "Qayın qalası" mənasını verir. Qeyd edildiyi kimi əslində bu toponim "Qala Qanı" kimi olmuş, lakin danışıqda "y" səsi əlavə edilmişdir. Yuxarıda adını çəkdiyimiz səyyah yazır ki, kəndin əhalisi Muğanda yaşayan maldar icmalara məxsus ailələrdir. Lakin araşdırmalar göstərmişdir ki, Qalaqayın toponimindəki Qayın (Qanı) sözü bir türk mənşəli tayfanın adıdır. Əvvəldən qeyd edilməlidir ki,bu tayfanın adı Ağsu rayonundakı Qalaqanılı kəndinin adında da qalmışdır və əslində Qalaqanını Qalanılının fonetik ("l" səsinin danışıqda "n" səsilə əvəzlənməsi) formasıdır. Ağsu rayonundakı Qalaqanılı adının sonundakı "li" şəkilçisi göstərir ki,bu kənd mənşəcə Qalaqayın kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Lakin bu hadisənin nə vaxt baş verdiyi məlum deyil. Hər iki toponimin tərkib hissəsini təşkil edən "Qanı" etnonimi ilə düzəlmiş toponimlər başqa yerlərdə də vardır. Keçən əsrdə Gürcüstanda Kani-turqoba, Qanı-Yurt, Qars əyalətində Qaynı-Dərə kəndlərinin adları məlumdur.[17] Aydınlaşır ki, bu tayfanın adını əks etdirən yaşayış məntəqə adları başqa ölkələrdə də vardır. Qazaxıstanda Kaindi (əslində Kainli kimi nəzərdə tutulmalıdır, çünki, qazax dilində başqa türk dillərindəki kimi "l" səsi "d" və "t" kimi tələffüz olunur) adlı 3 kənd və Kain adlı çay vardır. Qırğızıstanda isə Boston-Kain adlı kənd və tayfa var. Kain (və ya Qain) adlı kənd İranda da qeyd olunmuşdur. Hələ XIII əsrdə İranın şərqində-Xorasanda Qain adlı mahal və şəhər mövcud idi. Bu toponimlər göstərir ki,onlar Kain (Qain) adlı tayfanın müxtəlif yerlərində məskulaşması nəticəsində yaranmışdır. Maraqlıdır ki, Qain adlı tayfa başqırdlarda və Qərbi Sibirdə Şorlarda vardır. Güman ki, qədim kain, qain tayfasının müəyyən hissəsi səlcuq oğuzlarının tərkibində Xorasan tərəfdən İrana və Azərbaycana gəlmiş, buradan da bir hissəsi Gürcüstana getmişdir. Qeyd edilməlidir ki, İranda hazırda Qum şəhəri yaxınlığında Qain adlı türk tayfası yaşayır və onun adını əks etdirən çoxlu toponimlər vardır.[18]

1796-cı ildə qraf V.A Zubovu Qacar yürüşündə müşayiət edən məşhur "Flora tauro-caucasica" əsərinin müəllifi Marşal Bieberşteyn, daha sonra ipəkçilik üzrə müfəttiş kimi, Qalaqayına, Arazın birləşdiyi (Kürlə) Cənubi Qafqaz bölgəsinə tez-tez baş çəkirdi. Arazın Kürlə qovuşduğu yerdə, Cavada (qala) bağlı olan qala bu yaxınlarda Ağa Məhəmməd xan tərəfindən dağıdıldı. 1798-ci ildə orada olmuş alman səyyahı marşal fon Biberşteyn yazır: "Kürlə Arazın qovuşduğu yerdə Qalaqanı adlanan qalanın xarabalıqları görünür. Bieberşteyn hesab edir ki, bu, Herbelotun Azərbaycan sərhədindəki məşhur qala hesab etdiyi "Kala al Nagia"dır (Qala əl Nahiyə).[4][6]

Rusiya ordusunun polkovniki Mişşenkonun general-adyutant Paskeviçə 23 oktyabr 1826-cı il tarixli Cavad kəndi düşərgəsində olarkən məruzəsində; "Mən dərhal Salyanı mühafizə edən yüksək rütbəli Haşım xandan məlumat aldım ki, Cavad keçidindən qovulan fars (Qacar) qoşunları qaçdıqdan sonra Sarıqamışda dayanıblar və onları dərhal 2000 sərbaz qarşılayıb. Muğan qalası Qalaqayını işğal etmək üçün Cavad keçidində onlara kömək etmək üçün dayandılar və hələ də oradadırlar, nə etmək niyyətindədirlərsə hələ bilmir, amma o maraqlandığı məlumatı aldıqdan sonra mənə hesabat verəcək" deyə məlumat vermişdir.[19] Bu fakt hələ ruslar tərəfindən 18-ci əsrin birinci yarısında Qalaqayın adlı qalanın yenidən təmir olunduğunu sübut edir.

border=none Əsas məqalə: Muğan qurultayı

Tarixçilərin yazdığına görə 1736-cı il 21 martda təşkil olunacaq qurultay üçün

" dövlətin "hər bucağına" qılınc gücünə tutulmuş bütün əyalətlərə qabaqcadan fərmanlar göndərilmiş və hakimlər, vilayət rəisləri, əyan və uləmalar Cavad keçidi yaxınlığında Qalaqayına-Muğana qurultaya çağırmışdılar. Bir də buyrulmuşdu ki,Kür və Arazın qovuşduğu yerdə, Cavad keçidi yaxınlığında ağac ve qarğıdan 12 min ev tikilsin;ayrıca karvansara,məscid və imarətlər qurulsun. Tezliklə bura 100 minə kimi adam toplandı.

Nadir şah üçün burada ipək toxuma və parçalarla tutulmuş böyük çadırlar qurulmuşdu. İçəridən onlar saysız qızıl, gümüş və başqa daş-qaş əşyalarla bəzədilmişdi. Öz çadırında şəhanə qəbul qonaqlıqları verən Nadirin qonaqları qarşısına qızıl və gümüş qablarda arası kəsilmədən gözəl yeməklər düzülürdü. Onları çalğıçılar və xanəndələr, kəndirbaz və oyunbazlar şənləndirib əyləndirirdi. Məmləkət isə aldığı yaralardan, aclıq və qıtlıqdan inləyirdi, yollar dillənçilərlə, saysız savaşlarda işgörmə yararını itirmiş şikəst yazıqlarla dolu idi.[20][21]

"

Ağa Məhəmməd şah Qacar da özünü Qalaqayında şah elan etmişdir. Qafqazda rus ordusunun əsas qüvvələri Yəni Şamaxıdan (Ağsu) hərəkət etdi və noyabrın 21-də Kür və Araz çaylarının qovşağında dayandı. Gələn ilin yazına kimi qışı burada keçirtmək nəzərdə tutulurdu. Dənizdən desant çıxartmaq yolu ilə rus eskadrasının onlara kömək göstəriləcəyini güman edilirdi. Rusiyanın nəzərləri artıq Cənubi Azərbaycana və Xəzər dənizinin cənub sahillərinə yönəlmişdi.[22] Bu hərəkətlər Ağa Məhəmməd şahın hakimiyyətinə güclü zərbə endirməli idi. Haqqında danışılan planı 1797-ci ilin yazında gerçəkləşdirmək nəzərdə tutulurdu. Düşərgə Kür və Araz çaylarının qovuşduğu yerdən bir qədər aşağı, Kürün sol sahillərində yerləşirdi. Rus qoşunları burada yaxşı istirahət etdilər, çünki, Bakıdan dəniz, Kür çayında kifayət qədər balıq var idi, Gürcüstandan donuz sürüləri gətirilirdi. Qoşqu heyvanları və atlar üçün kifayət qədər ot var idi.

Azərbaycanda möhkəmlənməyi qarşısına məqsəd qoymuş rus hakimiyyət orqanları bir sıra siyasi-iqtisadi tədbirlər həyata keçirməyə çalışırdılar. Zubov rus qoşunlarının mövqeyini möhkəmləndirmək və diyarın iqtisadi mənimsənilməsini təmin etmək üçün layihə hazırlamışdı. Bu layihəyə görə Kürlə Arazın qovuşduğu yerin yaxınlığında — Cavad yanında, yəni Qalaqayında II Yekaterinanın şərəfinə Yekaterinaserd adlanan qala salınmalı idi. Bura iki min cavan rus əsgəri göndərilməli, gürcü və ermənilər onlara gəlin verməyə məcbur edilməli idilər.[23][24][25][26]

Bu qala cənuba qarşı yönəlmiş dayaq məntəqəsi olmalı idi. Bununla yanaşı, həmin qala ticarət qovşağı,Xəzər, Cənubi Qafqaz, qismən Orta Asiyaİran ticarətinin iri bazarı olmalı idi.[27] Kürün Araza töküldüyü yerdə Yekaterinaserd qalasının tikintisi üçün hətta Peterburqdan ustalar müəyyənləşdirilib göndərilmişdi.[28]

1796-cı ilin noyabrın 6-da II Yekaterinanın ölümü hadisələrin gedişini dəyişdirdi. Hakimiyyətə gələn I Pavel əks siyasət yeritməyə başladı. O, rus qoşunlarının tezliklə Cənubi Qafqazdan çıxarılması barədə sərəncam verdi. V. Zubova II Yekaterinanın vəzifəyə təyin etdiyi adam kimi nifrət bəsləyən I Pavel bütün alay komandirlərinə qoşunların Qafqaz xəttinə geri qayıtması barədə buyruqlar göndərdi. Rus qoşunlarının çıxarılması başladı, lakin bəzi hissələr 1797-ci ilin martına kimi Muğanda qaldılar.[29]

border=none Əsas məqalə: Cavad xanlığı

Cavad xanı Həsən xan Muğanlı Qalaqayında anadan olmuşdur. 1789-cu ildə vəfat etmişdir. Övladlarından birinin adı Məhəmmədsalah хandır. O dövrdə xanlıqlar nikah vasitəsiylə münasibəti gücləndirirdilər. Eləcə də qalaqayınlı Məhəmmədsalah xan qızları Xeyrənisəni Talış xanlığının hökmdarı Mir Həsən xana, Pəricahan xanımı isə Şirvan xanlığının sonuncu xanı Mustafa xana ərə vermişdir.[30]

1850-ci ilə aid Muğan mahalı (Lənkəran qəzası) kəndlərinin kameral təsvirində Məhəmmədsalah xandan sonra ailə rəisi kimi Rüstəm bəy (48 yaşında) adlı oğlu olduğu və Rüstəm bəyin Bəşir bəy (16 yaşında), Edil bəy (6 yaşında), Cəfərqulu bəy (2 yaşında) adlı övladları və böyük qardaşı Mustafa bəyin Musa bəy (20 yaşında) adlı oğlu olduğu qeyd edilib.

Qalaqayın bəylərinin siyahısı (1850-ci il)

[redaktə | mənbəni redaktə et]
Sıra Bəy Yaşadığı illər Haqqında
1
Praporşik Rüstəm bəy Məhəmmədsalah xan oğlu
1802-?
Ailə rəisi
2
Bəşir bəy
1834-?
Rüstəm bəyin oğlu
3
Edil bəy
1844-?
Rüstəm bəyin oğlu
4
Cəfərqulu bəy
1848-?
Rüstəm bəyin oğlu
5
Musa bəy Mustafa bəy oğlu
1830-?
Rüstəm bəyin qardaşı oğlu
Sıra Bəy Yaşadığı illər Haqqında
1
Gülməmməd bəy Əliməmməd bəy oğlu
1810-?
Ailə rəisi
2
Ağa bəy
1836-?
Gülməmməd bəyin oğlu
Sıra Bəy Yaşadığı illər Haqqında
1
Həsən bəy Şükür bəy oğlu
1836-?
Ailə rəisi
2
Hüseyn bəy
1840-?
Həsən bəyin qardaşı
3
Fərzəli bəy
1845-?
Həsən bəyin qardaşı

[31][32]

Cavad xanlığı dağılandan sonra torpaqların əksəriyyəti 2 əsas yerə RudbarMuğan mahalına bölündü.

border=none Əsas məqalə: Muğan mahalı

Hələ 1820-ci ildə keçmişdə Cavad xanlığına (mərkəzi indiki Cavad kəndi) bağlı olan istehkam qala vardı. 1 istehkam-qala (Qalaqayın) və 44 obada (onların bir hissəsinin adı məlumdur: Bildik, Ulucalı-Xəlfəli, Məmişli, Kürkəndi, Cəngən, Birinci Rəncbərlər, Müridlər, İkinci Rəncbərlər, Qarağlı, Minbaşı, Molla Vaizli, Dəymədağıldı, Əli Sultanlı, Şahatlı, Quştan, Məlday, Mustafabəyli, Haşımxanlı, Potular) 500 ailə yaşayırdı.[33]

Muğan mahalı.
Muğan mahalı.

Muğan mahalını idarə edən mahalbəyi (naibi) Qalaqayında əyləşirdi. Mənbədə Qalaqayında (qalada) 100-ə qədər ailənin, ümumilikdə Muğan mahalında isə 400-ə qədər tərəkəmə ailəsinin məskunlaşdığı qeyd olunurdu. 300 ailə vergi verirdi.[13] Ellərə başçılıq edən bəylərin siyahısı cədvəldə verilir. Kollegiya qeydiyyatçısı Suşko tərəfindən tərtib olunmuş Şirvan əyaləti əhalisinin kameral təsvirinə dair sənədlərdə Muğan mahalının 19 kəndində 468 ailənin olduğu, bu ailələrdə 1216 kişi cinsli əhalinin yaşadığı göstərilir.[34][35]

Muğan mahalı bəylərinin siyahısı (1820-ci il)

[redaktə | mənbəni redaktə et]
1–2 Məmməd Rza bəy Məlik bəy
3–4 Məhəmməd Əli bəy Abdulla bəy
5–6 Yolçu bəy Səfi Mirzə bəy
7–8 Əhməd bəy Molla Abdulla
9–10 Cəmşid bəy Məhəmməd Hüseyn bəy
11–12 Ağa bəy Əsədulla bəy
13–14 Məhəmməd Xəlif bəy Şahmurad bəy
15–16 Kəlbəlai bəy Abdulla Hüseyn bəy
17–18 MəlikMəmməd bəy Əli xan
19–20 Əhməd Əli bəy Əli bəy
21–22 Talib bəy Şərif bəy
23–24 Məmməd Əli bəy Hüseyn bəy
25–26 Cəfər bəy Məşədi Həsən Əli bəy
27–28 Əhməd bəy Mehmed bəy
29–30 Qaynaqdan oxunmur Cosuz bəy
31–32 Əli Məmməd bəy Potu bəy
33–34 Əli Mirzə bəy Axund Qasım bəy
35–36 Ağa Rəhim bəy Seyid Qasım bəy
37–38 Allahverdi bəy İbrahim bəy

Qeyd: Cədvəl general Mədətov tərəfindən 1820-ci ildə həyata keçirilmiş Şirvan əyalətinin təsviri əsasında tərtib olunub.[36]

Qalaqayında icarə haqqı 150 şirvan rublu olan boyaq evi var idi. İcarə haqqını əvvəllər (1820-ci ilə qədər — S. İ.) Mustafa xana verirdilər. İrandan və digər yerlərdən Muğan mahalı ərazisindən keçən karvanın hər bir yükünə mahal bəyinin xeyrinə 6 abbası gömrük haqqı alınırdı. Qalaqayından 6 ağaclıqda 6 duz gölü var idi. Yerli əhali duz göllərindən vergi ödəmədən istifadə etdikləri halda, Şirvan əyalətinin digər yerlərindən duz aparmağa gələnlər hər yükə — taya 1 abbası verməli idilər. Kür arxasında yaşayan muğanlılardan çervondan (çervon 10-luq qızıl pul) başqa, digər vergi və mükəlləfiyyətlərdən azad olunurdular. Bunun əvəzində muğanlılar İran tərəfdən, Rusiyaya qarşı Muğançöldən gələn hər hansı təhlükənin qarşısını almalı, gözətçilik etməli və hərbi xidmətə həmişə hazır olmalı idilər. Beləliklə, muğanlılar ildə xəzinəyə hər ailəyə təqribən 1 çervon vergi ödəyirdilər. 1820-ci ildə sonuncu Şirvan xanlığının sonucu xanı Mustafa xan İrana qaçarkən Şirvan əyalətindən bir çox ailələr də onunla İrana qaçmışdı. Muğan mahalı da istisna təşkil etmirdi. Mustafa xanın mühacirəti zamanı xanın özündən narazı olanlar isə digər xanlıqlara dağılmışdı. Muğandan 50 ailə Talış xanlığına, 60 ailə isə Qarabağ xanlığına qaçmışdı. 1820-ci ildə Talış xanlığına qaçan ailələr geri qayıtsalar da Qarabağ xanlığına gedənləri Mehdiqulu xan hələ də geri qaytarmamışdı.[37]

Muğan mahalı əhalisinin kəndlər üzrə yerləşməsi

[redaktə | mənbəni redaktə et]
Sıra sayı Kəndlər Həyətlərin sayı Kişi cinsli əhali (nəfərlə)
1 Bəylik 31 79
2 mənbədən oxunulmur 13 39
3 Məmişli 23 61
4 Kürkəndi 13 47
5 Çəngən 13 29
6 Rəncbər-1 16 46
7 mənbədən oxunulmur 2 3
8 Rəncbər-2 13 29
9 Qırağlı 24 46
10 Minbaşılı 18 52
11 Potubəyli 28 67
12 Molla-Vaizli 24 90
13 mənbədən oxunulmur 31 79
14 Əli-Sultanlı 24 58
15 Saatlı 28 67
16 Quzman 24 65
17 Molday 27 66
18 Mustafabəyli 20 60
19 QALAQAYIN 96 233
Cəmi 19 468 1216

Qeyd: Cədvəl Ali Gürcüstan Hökumətinin Xəzinə Ekspedisiyasının kollegiya qeydiyyatçısı Suşko tərəfindən həyata keçirilmiş 1831-ci ildə Şirvan əyaləti əhalisinin kameral təsviri əsasında tərtib olunub.[38]

Qalaqayın ərazisində Petropavlovka yaşayış məntəqəsinin yaranması, Sabirabad şəhərinin əsasının qoyulması

[redaktə | mənbəni redaktə et]

Əvvəllər buraya 1747-ci ildə yaranmış Cavad xanlığının mərkəzi olan Cavad şəhəri nəzarət edirdi. 1768-ci ildə Quba xanlığından asılı vəziyyətə düşdü. 1778-ci ildə şəhər Quba xanı Fətəli xana qarşı çıxan Gilan xanı Hidayətullah xan tərəfindən tutuldu və talan edildi. Əsir götürülən sakinlərdən bəziləri kənd təsərrüfatı işlərini yerinə yetirmək üçün RəştƏnzəliyə aparıldı. Cavad məhv edildi və bir daha əvvəlki mövqeyinə və əhəmiyyətinə qayıtmadı. 1805-ci ildə Cavad xanlığının ərazisi Rusiya imperiyasına birləşdirildi. 1868-ci ildə şəhəri bərpa etməyə cəhdlər edildi. Həmin il burada qəza hökuməti fəaliyyətə başladı, idarə binalarının tikintisi üçün yer ayrıldı və işlərə başlandı. Cavadı tez bir zamanda dirçəltmək və pravoslavları cəlb etmək üçün Cavad yaxınlığında (Kür-Araz qovşağının sağ sahilində, Qalaqayın ərazisində) pravoslav kilsəsinin tikilməsi qərara alındı ​​və Bakı hərbi qubernatoru, general-leytenant N. N. Kolyubakin 1870-ci il dekabrın 4-də Gürcüstan ekzarxı arxiyepiskop Yevsebiydən məbəd tikmək üçün icazə istədi. Ekzarxın, eləcə də Qafqazdakı qubernatoru, böyük hersoq Mixail Nikolayeviçin razılığını aldıqdan sonra tikinti başlandı. 26 fevral 1871-ci ildə müqəddəs həvarilər PyotrPavelin şərəfinə məbədin təməl daşı qoyuldu. Memar Çijovun hesablamalarına görə, kilsənin tikintisi üçün xəzinədən 11587 rubl ayrıldı. Kilsə layihəsinin müəllifi əyalət mühəndisi A. İ. Bardin idi və tikinti onun nəzarəti altında aparıldı. 1875-ci ildə tikilmiş kilsə uzun müddət təqdis olunmamış qalmışdır. Qəza hökuməti bir çox inzibati səbəblərdən Salyana köçürüldü və Cavadda hələ də pravoslav xristianlar yox idi. Yalnız 1887-ci ildə ilk məskunlaşanlar Cavadda peyda oldular, bir neçə ailə məbədin təqdis olunmasını xahiş etməyə başladı. O vaxta qədər bina artıq müəyyən təmir tələb edirdi və məbəddə hələ də ikonostaz yox idi. Bakı quberniya idarəsi Cavad kilsəsinin ehtiyacları üçün 671 rubl 64 qəpik ayırdı. Bu pulla Moskva rəsmindən nişanlar olan bir qatlı taxta ikonostaz alınmış, cökə qurbangahı quraşdırılmış, üç zəng və kilsənin təqdis edilməsi üçün lazım olan əşyalar alınmışdır. 1888-ci il mayın 9-da məbədi Bakı quberniyasının dekanı, protoyehni Aleksandr Yunitski Müqəddəs Möcüzəyaradan Nikolayın şərəfinə təqdis etdi. Köçürülənlər özləri məbədə yeni ad vermək istəyirdi.[39] Kilsənin kiçik olması səbəbindən yeni təqdis olunan kilsəyə daimi keşiş təyin edilmədi.

Rus dilində: Bu daşın altında Bakı quberniyasının Cavad qəzasının Petropavlovka kəndinin (indiki Sabirabad şəhəri) ilk sakini 9 yanvar 1915-ci ildə Tanrı qulu Pyotr Stepanoviç Solonin 78 yaşında dəfn olunub.

Qafqazda mülki hissənin baş komandanı A. M. Dondukov-Korsakovun əmri ilə 1887-ci ildə Cavad qəza şəhəri ləğv edildi.[40] Onun yerində yeni köçkünlər dəstəsinin məskunlaşmasına icazə verildi. 1892-ci ildən mərkəz kimi Cavadın əvəzində Qalaqayın ərazisində yaranan rus kəndi Petropavlovka (qovşağın sağ sahili) adlandırılmağa başladı. Müqəddəs Möcüzəyaradan Nikolay kilsəsi ziyarətçilərinin sayı artdı və müstəqil kilsə təşkil edilməsi zərurəti yarandı. 1892-ci ildə keşiş İohan Meiparianov kilsənin ilk keşişi oldu. Məzmur oxuyan da təyin olundu. Xəzinədən alınan maaş ildə keşiş üçün 450 rubl, məzmur oxuyan üçün isə 150 ​​rubl idi.

Arxeoloji və tarixi mədəni abidələri

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Qalaqayın məscidi

Qalaqayın kəndinin ərazisində qədim yaşayış yerləri və nekropollar e.ə. V–I əsrlər, V–II, b.e. I əsrlər və III əsirlərə aid edilir. Əlavə olaraq 1657-ci ildə Səfəvilər dövründə əsası qoyulmuş Qalaqayın məscidi də daxildir.[41]

Qalaqayında qovaq ağacları

Sabirabad rayonun şimali-qərb hissəsində yerləşən Qalaqayın kəndi yalnız Saatlı rayonuyla həmsərhəddir. İqlimi quru subtropik iqlimdir. Burada il ərzində yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimi müşahidə olunur. Ərazidə il ərzində günəşli saatların miqdarı çoxdur. Bu da bitkiçiliyin inkişafına müsbət təsir göstərir. Torpaqları əsasən boz-çəmən, boz- qonur torpaqlardır. Dəniz səviyyəsindən 28 metr, okean səviyyəsindən 17 metr aşağıdır.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

İnfrastrukturu

[redaktə | mənbəni redaktə et]

Qalaqayında dəmir-beton zavodu, məktəb,[42] mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, poçt, ATS və 3 məscid[43] var.

Landşaftları və bioloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

İqlimi yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqliminə aiddir. Ayrı-ayrı sahələrdə səhra bitkiliyi də mövcuddur. Səhra bitkiliyində şoran torpaqlara da rast gəlinir. Şoran yarımsəhralarında çox vaxt halofit kolcuqlara: qara-soğan , xəzər sarıbaşı rast gəlinir. Onlar yumru təpəciklər əmələ gətirir. Burada, həmçinin, Xəzər şahsevdisi , kolvari dəvəayağı , çərən , həmçinin birillik lətli şorangələr — duzlaq coğanı və s. bitkilərə rast gəlinir.

Regionda yarımsəhra qruplaşmalarında yovşanlı , şorangəli efemerli və az sahədə kəvər yarımsəhraları geniş yayılmışdır.[44] Yovşan yarımsəhrasının geniş sahələri pambıq və taxıl bitkiləri altında istifadə olunur.[45]

Efemer qruplaşmaları üçün soğanaqlı qırtıc daha xarakterikdir. Çəmən yarımsəhrasının tərkibinə taxıl otları — yabanı arpa, bülbülotu üstünlük təşkil edir. Ağyarpaq qovaq, qaragac, söyüd, yulğun və iydə üstünlük təşkil edir.

Ay Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İl
Orta temperatur (°C) 3.7 4.5 7.8 14.4 19.3 24.2 27 26 22.4 16 11.3 5.6 15.2
Orta yağıntı (sm) 26.3 36.6 36.2 35.5 35.2 27.5 10.4 14.4 30.5 49.3 34 26.6 362.5
Orta yağıntının miqdarı (günlər) 6.1 7.4 7.8 5.6 6.4 3.8 1.9 2.4 4.3 6.7 6.6 5.1 65.1
Orta gün uzunluğu (saatlar) 10.2 11.2 12.4 12.4 14.9 15.5 15.2 14.2 12.9 11.6 10.5 9.9 12.7
Orta nisbi rütubət (%) 77.6 78.8 74.1 67.8 66.1 60.7 56.5 60.5 67.8 76.5 70.2 75.1 69.3
Orta şeh nöqtəsi (°C) 0.1 1.1 3.5 8.5 12.8 16.1 17.6 17.8 16.2 11.9 6.1 1.5 9.6
Küləyin orta sürəti (km/h) 7.6 7.6 7.9 7.6 7.6 7.6 7.2 7.2 7.2 7.2 7.2 6.5 7.4
Mənbə: www.weatherbase.com

Ərazi, əsasən, su-bataqlıq quşları ilə zəngindir. Burada boz qaz , ağqalın qaz , ağqaş qaz , qırmızıdöş kazarka , harayçı ququ quşu , fısıldayan ququ quşu , anqut və s. quşlara rast gəlinir. Burada məməlilərdən canavar, adi tülkü və s. canlılar yaşayır.[46]

border=none Əsas məqalə: Azərbaycan mətbəxi

Bu gün Sabirabad bostan bitkisi olan qarpızı ilə məşhurdur. Hətta onun qabığından belə mürəbbə bişirirlər. Qarpız çox yeyilən həm də müalicəvi məhsuldur. Məclislərdə və evlərdə ən çox bişirilən ət yeməkləri piti, qovurma, dolma, çığırtma, cız-bız, kabab, bozartma, kələfur və s. lobyalı, balqabaqlı plov, qaralı aş, tutmac, kəsmə əriştə, ovduğ, dovğa, ayran, təndir çörəyi, lavaş, fətir Qalaqayının mili kulinariyasının əsasını təşkil edir.

Qış aylarında müxtəlif turşular, şorabalar da qoyulur, tut və qarpızdan doşab və bəkməz hazırlanır.

2024-cü ilin siyahıyaalınmasına əsasən kənddə 7571 nəfər əhali yaşayır.[47]

1820-ci il 1831-ci il 1895-ci il 1925-ci il 1970-ci il 2018-ci il 2019-cu il 2020-ci il 2021-ci il 2024-cü il
100 ailə
(qala daxilində)
[13]
233
(yalnız kişi cinsi)
[48]
834[49] 1588[50] 4142[51] 7489 7551 7631 7658 7571

Görkəmli şəxslər

[redaktə | mənbəni redaktə et]

1.Qiyas xan ŞahsevənŞahsevən elinə mənsub olan Cavad xanlığının qurucusu, ilk xanı, sərkərdə.

2.Həsən xan MuğanlıŞahsevən elinə mənsub olan Cavad xanlığının ikinci xanı, sərkərdə.

3.İbrahim xan MuğanlıŞahsevən elinə mənsub olan Cavad xanlığının üçüncü xanı, sərkərdə.

4.Səfi xan MuğanlıŞahsevən elinə mənsub olan Cavad xanlığının dördüncü xanı, sərkərdə.

5.Məhəmmədsalah хanŞahsevən elinə mənsub olan Muğan mahalının hakimi.

6.Mustafa bəy MuğanlıŞahsevən elinə mənsub olan Muğan mahalının hakimi.

7.Bəybala Xankişiyev — İqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin ilk azərbaycanlı professoru, Azərbaycan Respublikasının əməkdar iqtisadçısı.

8.Zəminə Aslanova — Azərbaycan SSR Ali Sovetinin (7, 8 və 9-cu çağırış) deputatı, Azərbaycan pambıq ustası (1973), SSRİ Dövlət Mükafatı laureatı (1976)

9.Asif HüseynovŞabran Rayon İcra Hakimiyyətinin başçısı.

10.Aslan Xankişiyev — Ədalət Keşiyində qəzetinin təsisçi və baş redaktoru, MediaMaqnatTV.info saytının rəhbəri.

11.Fəqan ZalovAzərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı, Aprel döyüşlərinin iştirakçısı, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

11.Süleyman QarayevAzərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.

13.Məmmədov Nuqay İsgəndər oğlu (1911-24 dekabr,1937; Qalaqayın, Sabirabad rayonu-Leninqrad vilayəti) — repressiya qurbanı.[52][53][54][55]

Şəkil Soyadı, adı, atasının adı Doğum tarixi Ölüm tarixi Vəfat yeri Dəfn yeri
Məmmədov Mehman Sahibəli oğlu[56] 26 yanvar 1971 20 yanvar 1990 Bakı
Azərbaycan SSR
Mirzəyev Sahib Paşa oğlu[57][58] 15 may 1974 4 aprel 1993 Kəlbəcər
Azərbaycan
Məmmədov Elman Əlqənbər oğlu[57][58] 1975 1 yanvar 1994 Füzuli
Azərbaycan
Mirzəyev Elşən Barat oğlu[57][58] 11 avqust 1975 17 fevral 1994 Ağdərə
Azərbaycan
Fərzullayev Zakir Ulduz oğlu[57][58] 20 fevral 1974 20 aprel 1994 Tərtər
Azərbaycan
Fərzullayev Vaqif Ulduz oğlu[57][58] 1967 20 aprel 1994 Ağdam
Azərbaycan
Əliyev Bəxtiyar Məzlum oğlu[57][58] 29 dekabr 1974 24 yanvar 1994 Füzuli
Azərbaycan
Abuşov Fikrət Nərçə oğlu (itkin)[57][58] 4 yanvar 1975 23 avqust 1993 Ağdam
Azərbaycan
Qarayev Süleyman Əlbağış oğlu 3 iyul 1995 7 oktyabr 2020 Ağdam
Azərbaycan

Kənddə Qalaqayın kənd məscidi dini icması fəaliyyət göstərir.[59]

  • Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II (ŞƏRQ-QƏRB). Bakı: Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. 2007.
  • Abbasqulu ağa Bakıxanov. Gülüstani-İrəm (tərcümə edən: M.Əsgərli) (PDF) (Minarə). Bakı: Minarə. Buraxılışa məsul Haçı Əli Dərkah oğlu İbrahimov. 2000. Təkrar nəşr (düzəlişsiz). 224. ISBN B-47020600000 108M-00.
  • Prof.S.Əliyarlı. Azərbaycan tarixi. Bakı:Azərbaycan. 1996. 870.
  • ŞAHİN FƏRZƏLİYEV- tarix elmləri doktoru, professor. Quba xanlığı: əhali tarixi və azadlıq mücadiləsi. Bakı: "Elm". 2012. 336. ISBN 978-9952-453-43-0.
  • Mustafazadə Tofiq. Quba xanlığı (PDF) ("Elm"). Bakı: A.A.Bakıxanov adına Tarix İnstitutu. 2005. 480. ISBN 5-8066-1747-5.
  • Г.Б. Абдуллаев. Азербайджан в XVIII веке и взаимоотношения его с Россией. Баку: Изд-во Академии наук Азербайджанской ССР. 1965. 620.
  • Nailə Bayramova. Şamaxı xanlığı. Bakı: Təhsil. 2009.
  • Ənvər Çingizoğlu. Həsən xanın törəmələri. Bakı: "Soy" dərgisi, 2 (22). 2009.
  • Описание Ширванской провинции, составленное въ 1820 году, по распоряжению главноуправляющего въ Грузии А.П.Ермолова, генералмаером князем Мадатовымъ и действи- тельным статским советником Могилевским. Тифлис: типо- графия Главного Управления наместника Кавказского. 1867. 287.
  • Аzərbaycan Respublikası Dövlət Тarix Аrxivi (АRDТА). Bakı.
  • "MOḠĀN". Encyclopædia Iranica. 2013-01-21 tarixində arxivləşdirilib.
  • Русская Проваславная Церковь Московского Патриархата. ЦЕРКОВЬ СВЯТИТЕЛЯ НИКОЛАЯ ЧУДОТВОРЦА СЕЛЕНИЯ ПЕТРОПАВЛОВКА (САБИРАБАД). Баку: Официальный сайт Бакинской и Азербайджанской епархии. 2021.
  • Rəzzaq Xansuvar, Ağaəli Varsaman. LƏNKƏRAN QƏZASININ (Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Sabirabad, Saatlı, İmişli) KAMERAL TƏSVİRİ, 1849-CU İL. Bakı. 2024.
  • ARDTA, Камеральное описание селений Муганского участка, Ленкоранского уезда за 1850г. ,Φ. 10 Оп. 1, Док. 29
  1. Sabirabad rayon icra hakimiyyəti. "Sabirabad rayon İcra Hakimiyyəti başçısının aparatında rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı" (az.). Archived from the original on 2018-12-22. İstifadə tarixi: 2018-12-12.
  2. "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Arxivləşdirilib 2018-08-16 at the Wayback Machinee-qanun.az  (az.)
  3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarına 1 nömrəli əlavə Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, İstifadə tarixi:9 yanvar 2015
  4. 1 2 Bibliothèque orientale, article Nagia
  5. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.380
  6. 1 2 M.v. Bieberstein, Beschr. d. Lander zw. Terek und Kur am Kasp. M. Frankf. am M.,", 1803. səh. 58
  7. Sabirabad rayon icra hakimiyyəti. "Sabirabad rayonunda fəaliyyət göstərən bələdiyyələr haqqında məlumat" (az.). 2019-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-12.
  8. "Sabirabad rayon bələdiyyələri". 2024-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-14.
  9. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  10. İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ TƏSNİFATI, 2019 (PDF) (az.). BAKI: AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ. 2020. 86. (#invalid_param_val)
  11. Joachim Ottens. Nova ac Verissima Maris Caspii.1723
  12. Mirzə Rəhim Fəna. Qarabağnamələr. Bakı,Şərq-Qərb. 2006. 247. ISBN 9952-34-070-2,978-9952-34-070-9.
  13. 1 2 3 А.П.Ермолова, генералмаером князем Мадатовы, 1867. səh. 252
  14. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II, 2007. səh. 11
  15. Zabil PƏRVİZ. "Gül" və onun spektri... - Bir sözün açması" (az.). 18.08.20 20:01. 2023-12-30 tarixində arxivləşdirilib.
  16. Г. А. Гейбуллаев, О НЕКОТОРЫХ АЗЕРБАЙДЖАНСКИХ ЭТНОТОПОНИМАХ, 1985.
  17. Пагирев Д. Д. Указ. раб., с. 124.
  18. Руденко С. И. Башкиры. М,— Л.; Изд-во АН СССР, 1955; Кузеев Р. Г. Указ. раб., с. 34; Долгих Б. О. Родовой и племенной состав народов Сибири в XVII в. М.: Изд-во АН СССР, 1960, с. 110—111.
  19. "Рапорт полковника Мищенко генерал-адъютанту Паскевичу от 23-го октября 1826 года. Лагерь при сел. Джевате". 2024-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-06.
  20. Prof.S.Əliyarlı, 1996. səh. 494
  21. "Azərbaycan Nadir şah imperiyasının tərkibində (1736-1747)" (PDF) (az.). 2018-04-03 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  22. AKAK, c. Vl, his. 2, əlavələr, sən. 38
  23. Зубов (1873), 889–890)
  24. Alexander, 1989. səh. 321
  25. "Дубровин Н. cild 3. 1886 193"
  26. Ismail bey Zardabli. "Ethnic and political history of Azerbaijan.From ancient times to the present day" (ingilis). Published by Rossedale Books 3101 Hillsborough Street Suite 210 Raleigh,NC 27607-5436 United States of America. 2018. səh. 570. ISBN 978-0-244-99782-3. 2022-03-28 tarixində arxivləşdirilib.
  27. Левиатов В.Н, 187
  28. Бутков П., II c., 418–419
  29. Левиатов В.Н, 188
  30. Fariz Xəlill — Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlarının şəcərəsi" (PDF) (az.). Bakı: Elm və təhsil,. 2019. 2021-08-31 tarixində arxivləşdirilib (PDF).
  31. ARDTA, Камеральное описание селений Муганского участка, Ленкоранского уезда за 1850г. ,Φ. 10 Оп. 1, Док. 29
  32. Rəzzaq Xansuvar, Ağaəli Varsaman. LƏNKƏRAN QƏZASININ (Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Sabirabad, Saatlı, İmişli) KAMERAL TƏSVİRİ, 1849-CU İL., 2024. səh. 837
  33. Bayramova Nailə. Şamaxı xanlığı (PDF). Bakı: "Təhsil". 2009. səh.44. Archived from the original on 2016-12-28. İstifadə tarixi: 2018-12-11.
  34. ARDTA 2, iş.347, vər.5
  35. Şahin Fərzəliyev - tarix elmləri doktoru, professor. "Quba xanlığı: əhali tarixi və azadlıq mücadiləsi" (PDF) (az.). Elm. 2012. 2021-08-31 tarixində arxivləşdirilib (PDF).
  36. А.П.Ермолова, генералмаером князем Мадатовы, 1867. səh. 244-253
  37. Salman Ərzuman oğlu İbişov. "Quba xanlığının əhalisi" (PDF) (az.). Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu. 2007. 2019-01-23 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  38. ARDTA, fond 24, siy.1, iş.347, vər.5
  39. Там же, с. 155
  40. Багиров Ф. А. Переселенческая политика царизма в Азербайджане (1830–1914 гг.). Москва, изд. Маросейка, 2009. Стр. 18
  41. "Управление делами Президента Азербайджанской Республики. Административно-территориальное деление. С. 120" (PDF). 2012-03-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-26.
  42. Sabirabad Rayon Təhsil Şöbəsi. "Ümumtəhsil məktəbləri - Sabirabad Rayon Təhsil Şöbəsi" (az.). İstifadə tarixi: 2018-12-12.[ölü keçid]
  43. "Məscid və minarələr" (az.). 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-12.
  44. Musayev M. Ə., Hacıyev D. V., Qasımov Ə. Q. və b. Azərbaycanm heyvanlar alomi, 3 cilddə. Bakı: Elm, 2000–2004.
  45. Biomüxtəiiflik və bitkilərin introduksiyası. AMEA Nəbatat Bağmın 75 iiliyinə həsr olunmuş beynəlxalq elmi konfransm materialları. 2 cilddə. Bakı: CBS, 2009.
  46. Tuayev D. Azərbaycan quşlarının kataloqu. Bakı: Şur, 1996
  47. "Sabirabad rayon bələdiyyələri". 2024-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-14.
  48. Ali Gürcüstan Hökumətinin Xəzinə Ekspedisiyasının kollegiya qeydiyyatçısı Suşko tərəfindən həyata keçirilmiş Şirvan əyaləti əhalisinin kameral təsviri, 1831
  49. МИНИСТЕРСТВО ДЕМЛЕДЕЛИЯ И ГОСУДАРСТВЕННЫХЪ ИМУЩЕСТВЪ Изданіе Отдѣла Земельныхъ Улучшений. С. А. Мелик-Саркиван. МУГАНСКАЯ СТЕПЬ. Естественно-историческій и сельско- хозяйственный очеркъ С-ПЕТЕРБУРГЕ. Типографія С.-Петербургскаго Градоначальства, Милліонная ул.у д. № 17. 1897. https://elib.rgo.ru/safe-view/123456789/229610/1/MTgyMDAyNTlfTWVsaWstU2Fya2lzeWFuLCBTZXJnZWkgQXZldGlzb3ZpY2ggKDE4NjYtKS4gTXVnYS5wZGY= Arxivləşdirilib 2024-05-14 at the Wayback Machine https://elib.rgo.ru Arxivləşdirilib 2024-05-14 at the Wayback Machine. səh.75
  50. COBET ТРУДА И ОБОРОНЫ KOMИCCИЯ по СБСЛЕДОВАНИЮ МУГАНИ. ОБЩЕСТВО ОБСЛЕДОВАНИЯ И ИЗУЧЕНИЯ АЗЕРБАЙДЖАНА. МУГАНЬ И САЛЬЯНСКАЯ СТЕПЬ НАСЕЛЕННО-ЗЕМЛЕПОЛЬЗОВАНИЕ ВОДНОЕ ХОЗЯЙСТВО. (Обследование 1925 г.) БАКУ 1927 год. https://elib.rgo.ru/safe-view/123456789/216490/1/MDAwMDIwNjBfQXZkZWV2LCBNaWto0LBpbCBOaWtvbNCwZXZpY2ggKDE4ODEtKS4gTXVn0LBuYCBpIFPQsGxgLnBkZg==
  51. "Сабирабадский район 1970". www.ethno-kavkaz.narod.ru. 2018-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-12.
  52. "Мамедов Нугай Искандер Оглы, 1911 г. р., уроженец с. Калагаин Сабир-Абадского р-на Азербайджанской ССР. Особой тройкой УНКВД ЛО 19 декабря 1937 г. приговорен к высшей мере наказания. Расстрелян в г. Ленинград 24 декабря 1937 г. https://ru.openlist". 2024-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-03.
  53. "Нугай Искандер Оглы, 1911 г. р., уроженец с. Калагаин Сабир-Абадского р-на Азербайджанской ССР. Особой тройкой УНКВД ЛО 19 декабря 1937 г. приговорен к высшей мере наказания. Расстрелян в г. Ленинград 24 декабря 1937 г. (Нет сведений о реабилитации.) https://visz.nlr.ru". 2024-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-03.
  54. "Arxivlənmiş surət". 2024-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-03.
  55. "Arxivlənmiş surət". 2024-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-03.
  56. ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-25.
  57. 1 2 3 4 5 6 7 "Sabirabad LAYF Jurnalı ŞƏHİDLƏR ÖLMƏZ Xüsusi buraxılış". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-25.
  58. 1 2 3 4 5 6 7 "Azərbaycanın bütövlüyü uğrunda həlak olan, itkin düşən və Azərbaycanın Milli Qəhramanı adına layiq görülən Sabirabadlı döyüşçülər haqqında məlumat". 2020-01-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-26.
  59. ""Qalaqayın" məscidi" (PDF) (az.). 2019-02-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]