Mehman Məmmədov (idmançı)

Mehman Məmmədov (31 mart 1988-ci il, Bakı) — Azərbaycanlı idmançı. Hal hazırda Qarışıq döyuş sənətləri (MMA) üzrə yarışlarda iştirak edir.[1] Müxtəlif illərdə Ciu-citsu, Kunq fu Sanda, Pankration ilə məşğul olub. 2021-ci ildə, "Eagles Fighting Championship" təşkilatının Moldovada təşkil elədiyi turnirdə 57 kiloqram çəki dərəcəsi üzrə çempion olub.[2][3][4][5][6]

Mehman Məmmədov
Şəxsi məlumatlar
Vətəndaşlığı Azərbaycanlı
Doğum tarixi (35 yaş)
Doğum yeri Bakı
İdman növü Kungfu sanda
Boyu 172 sm
Çəkisi 56 kq
Ağırlıq dərəcəsi yungul
Komandası Olimpia fight

Həyatı[redaktə | mənbəni redaktə et]

Mehman Məmmədov 1988-ci il mart ayının 31-də Bakıda anadan olub. İdman ilə məşğul olmağa uşaq yaşlarından Bakıda başlayıb.

2004-cü ildə Cui citsu üzrə Azərbaycan çempionu olur. Bu uğurunu 2005, 2006 və 2010-cu illərdə təkrarlayır.

2009-cu ildə free fighting üzrə Azərbaycan çempionu olur. Ardınca Gürcustanın paytaxtı Tiflis şəhərində keçirilən beynəlxalq turnirin qalibi olur.

2011-ci ildə free fighting üzrə növbəi dəfə Azərbaycan çempionu olur. Eyni ildə pankration üzrə dünya kubokuna yollanır və bürunc medal qazanır.

2012-ci ildə Kung fu Sanda üzrə Azərbaycan çempionu olur. Bu uğurlarını 2013, 2014 və 2015-ci ildədə təkrarlayır.

2013-cü ildə Kung fu Sanda üzrə Pekində keçirilən dünya çempionatının qalibi olur.

2014-cü ildə Kung fu Sanda üzrə növbəti dünya çempionatında bürunc medal qazanır.

2015-ci ildə MMA döyuşlərində debüt edir. Debütu, 4 oktyabr 2015-ci ildə, Qazaxıstanın paytaxtı Astana şəhərində çinli idmançı Guangu Çuya qarşı baş tutur.[7]

MMA statistikası[redaktə | mənbəni redaktə et]

Tarix Nəticə Rəqib Turnir Raund Vaxt
13.3.2021 Qələbə Evgeny Sibirskiy-Manko Eagles FC — Reset 5 5.00
15.2.2020 Naməlum Noureddin Hazret Eagles FC — Next Level 1 1.48
26.10.2019 Qələbə Ivan Andrushchenko EFC — Eagles Elimination 3 5.00
26.10.2019 - Evgeni Manko Döyuş ləğv edilib.[8]
22.6.2019 Məğlubiyyət Dmytro Predebaylo Eagles Fighting Championship — Eagles Elimination 3 0.00
25.1.2019 - Döyuş ləğv edilib.[8]
18.8.2018 Məğlubiyyət Magomedgadzhi Sirazhudinov WFCA 50 — Emelianenko vs. Johnson 3 5.00
4.5.2018 Qələbə Abdulhakim Medzhidov WFCA 48 — Zhamaldaev vs. Khasbulaev 2 3 0.18
3.6.2017 Məğlubiyyət Dimitar Kostov FVE — Fight Vision Europe 1 3 5.00
1.4.2017 Qələbə Assu Almabaev Alash Pride — Alash Aibary 3 5.00
25.2.2017 Məğlubiyyət Qasım Qasımov Akhmat Fight Show 34 3 5.00
31.12.2016 Qələbə Mojtana Keybani Azərbaycan və İran milli komandalarının göruşu[9]. 1 2.37
4.10.2015 Məğlubiyyət Guangu Çu Kunlun Fight 3 5.00

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  2. "Arxivlənmiş surət". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  3. "Arxivlənmiş surət". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-09.
  4. "Arxivlənmiş surət". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-09.
  5. "Arxivlənmiş surət". 2022-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-09.
  6. "Arxivlənmiş surət". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-09.
  7. "Arxivlənmiş surət". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-09.
  8. 1 2 "Arxivlənmiş surət". 2022-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-09.
  9. "Arxivlənmiş surət". 2021-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-09.