Mehmed Kəmaləddin Paşa (1869 – 1920, Konstantinopol, Osmanlı imperiyası) — Plevna qəhrəmanı Qazi Osman Paşanın oğlu, Sultan Əbdülhəmidin kürəkəni.
Mehmed Kəmaləddin Paşa | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1869 |
Vəfat tarixi | 1920 |
Vəfat yeri | |
Atası | Osman Nuri paşa |
Anası | Fatma Zatıgül xanım |
Həyat yoldaşı |
|
Uşaqları |
Sultanzadə Cahid bəy Adilə xanım Sultan |
Hərbi xidmət | |
Rütbəsi | Müşir |
|
|
Təltifləri |
|
1869-cu ildə dünyaya gəldi. Atası Plevna qəhrəmanı Qazi Osman Paşa, anası isə ferik Ömər Neşət Paşanın bacısı Fatma Zatıgül xanımdır (ö. 1940).[1] Atasının Sultan Əbdülhəmidə yaxınlığı səbəbilə, qardaşlarıyla birgə ilk təhsillərini Ulduz sarayındakı şahzadələr məktəbində aldı.[2] Böyük qardaşı Əli Nurəddin bəyin 20 aprel 1889-cu ildə Sultan Əbdülhəmidin qızı Zəkiyə Sultanla evlənməsiylə ailənin sarayla əlaqələri daha da gücləndi. Ulduz sarayında baş tutan toy mərasiminin ardından Kəmaləddin bəy da mirliva rütbəsindən fərik rütbəsinə yüksəldildi.
Çox keçmədən Kəmaləddin bəy də Sultan Əbdülhəmidin digər qızı Naimə Sultanla nişanlandı. Cütlüyün toy mərasimi 17 mart 1898-ci ildə Ulduz sarayında baş tutdu. Toy hədiyyəsi olaraq gəlininə dəyərli daşlarla bəzəli tac göndərən Qazi Osman Paşanın xanımı Zatigül xanım Məcidiyə nişanıyla təltif edildi. Bu isə Osmanlı tarixində bir ilk idi. Saray ənənələrinə zidd olaraq, Naimə Sultan toy mərasimində ilk dəfə olaraq ağ gəlinlik geyindi. Yeni evli cütlüyə bacısı Zəkiyə Sultanın yaşadığı Tarlabaşı sarayının qarşısında yeni bir saray təsis edildi. Bu səbəblə 2 bacının qarşı-qarşıya baxan sarayları Əkiz köşklər adlanmağa başlandı.[3]
1903-cü ildə müşirliyə yüksələn Kəmaləddin bəy üçün saray xəzinəsindən aylıq maaş təsis edildi. Toy mərasiminin keçirildiyi 1898-ci ilin sonlarında Serbiya kralı tərəfindən Takova nişanıyla, ertəsi il isə Sultan Əbdülhəmid tərəfindən Məcidiyyə nişanıyla təltif edildi. Bundan başqa "Fəxri legion" ordeni sahibi olduğu bilinir.
Naimə Sultan eşqbazlığı səbəbilə ərini tez-tez atasına şikayət edirdi. Bu eşq macəralarından biri də əmisi Sultan Muradın qonşu sarayda yaşayan qızı Xədicə Sultanla oldu. 1904-cü ildə Kəmaləddin bəylə Xədicə Sultan arasındakı məhəbbəti aşkarlayan məktublar atası Sultan Əbdülhəmidə göndərildi və ifşa olundu.[4] Bir çoxlarına görə, bu, Xədicə Sultanın intiqamı idi. Skandalın aşkara çıxmasının ardından Naimə Sultan dərhal ərindən boşandı və Kəmaləddin bəy bütün rütbə və vəzifələrindən alınaraq Bursaya sürgün edildi. Bursada ev həbsində tutuldu.
1908-ci ildə İkinci Məşrutiyyətin elan edilməsinin ardından bağışlanan Kəmaləddin bəyə bütün ünvan və rütbələri geri verilsə də, hər hansı bir dövlət vəzifəsinə təyin olunmadı. Bu müddət ərzində xanımı Naimə Sultan ikinci dəfə evlənmişdi. Adı eşq macəralarına qarışan Xədicə Sultana evlilik təklifi etsə də, Xədicə Sultan boşanmasına baxmayaraq bu təklifi qəbul etmədi.
İstanbula döndükdən sonra oğlu Sultanzadə Cahid bəyi yanına almağa çalışsa da, Naimə Sultan bunu qəbul etmədi. Uzun müddət davam edən məhkəmə prosesinin qəti nəticəsi bilinməsə də, uşağın atasına verilməsiylə bağlı hansısa məlumat yoxdur. Qalan ömrü ilə bağlı yetərli məlumat olmayan Kəmaləddin bəy 1920-ci ildə İstanbulda vəfat etdi.