Mahmud Şövkət Əfəndi

Mahmud Şövkət Əfəndi (20 iyul 1903, İstanbul1 fevral 1973 və ya 1973, Overn-Rona-Alp, Fransa metropoliyası) — 33. Osmanlı sultanı Əbdüləzizin ən kiçik oğlu Mehmed Seyfəddin Əfəndinin oğlu, Osmanlı şahzadəsi. Dövrün Osmanlı ailə rəisi Əbdülməcid Əfəndi tərəfindən ailə fərdliyindən çıxarılmışdır.

Mahmud Şövkət Əfəndi
محمود سفكت أفندي
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri
Atası Mehmed Seyfəddin Əfəndi
Anası Nevraliter xanım
Həyat yoldaşı Adilə xanım Sultan
Uşağı Həmidə Nərmin Sultan
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam

Şahzadə Mahmud Şövkət Əfəndi 1903-cü ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdüləzizin kiçik oğlu Mehmed Seyfəddin Əfəndi, anası isə onun ikinci xanımı olan Nervaliter xanım idi. O da atası kimi dənizçiliyə maraqlı idi. Hətta yaşadığı villanın həyətində böyük bir hovuz inşa etdirmişdi. Hətta bir müddət Osmanlı donanmasında və Osmanlı hava qüvvələrində xidmət etmişdi. 21 yaşında bütün ailəsi ilə birlikdə ölkədən sürgün edilmişdi. Ancaq o əsnada evləri əhali tərəfindən yağmalandığı üçün yanlarında heç nə götürmədən yük gəmisiylə Krit adasına yollandılar. Burdan isə gizlicə Qahirəyə getdi və uzun müddət burada yaşadı. 1928-ci ildə xanımı Sultan Əbdülhəmidin nəvəsi Adilə xanım Sultandan ayrıldı. Sürgünə çıxarkən 1 yaşında olan qızı Nərmin Sultan isə nənəsi Naimə Sultanla birlikdə Fransada idi. Pasportları olmadığı üçün ata-qız bir-birini 20 il boyunca görə bilmədi. Uşaq yaşda keçirdiyi sümük xəstəliyi səbəbilə şikəst qalan Nərmin Sultan isə İkinci Dünya müharibəsi əsnasında almanlar tərəfindən ələ keçirilmiş və Albaniyadakı həbs düşərgəsinə salınmışdı. Ancaq Şövkət Əfəndinin Qahirədəki keçmiş dostlarının köməyilə hərbi bir təyyarə ilə Nərmin Sultan Qahirəyə qaçırıldı.

Misirdə sosialistlərin hakimiyyətə gəlməsinin ardından Mahmud Şövkət Əfəndiı ikinci dəfə sürgün edildi və Fransadan gələn dəvətlə Parisə köçdü. Bu dəfə yanında qızı Nərmin Sultan və yaşı 100-ü keçən zənci hərəm ağası vardı. Burada 60 yaşından sonra kitabxanada işləməyə başlayan Şövkət Əfəndi əlində qalan son Osmanlı portretini də sataraq bir müddət bununla yaşadı. Nərmin Sultan isə müalicəsi üçün yetərli pul olmadığı üçün vəziyyəti ağırlaşmışdı. Mahmud Şövkət Əfəndi isə 1973-cü ildə kiçik bir Fransız qəsəbəsi olan Bagnolsda vəfat etdi və burada da dəfn olundu. Cəsədi qızı Nərmin Sultan tərəfindən yuyuldu və kilsə zəngləri ilə xristian məzarlığına dəfn olundu. Nərmin Sultana isə Fransa hökuməti tərəfindən kimsəszi maaşı bağlandı və 1999-cu ildə bir xəstəxananın kimsəsizlər bölümündə vəfat etdi.

4 may 1922-ci ildə Sultan Əbdülhəmidin qızı Naimə Sultanın qızı Adilə xanım Sultanla (d. 1900 — ö. fevral 1979) evlənsə də, 1928-ci ildə ayrıldılar. 1 övladı oldu.

  • Həmidə Nərmin Sultan (d. 27 yanvar 1923 — ö. 7 noyabr 1998, Fransa)