Mehmet Harmancı (1977, Nikosiya) — əslən Kipr türkü olan siyasətçi; Lefkoşa Türk Bələdiyyəsinin başçısı.
Mehmet Harmancı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1977 |
Doğum yeri |
|
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Mehmet Harmancı 28 dekabr 1977-ci ildə Lefkoşada anadan olmuşdur. Mehmet Harmancı Türk Maarif Kollecinin məzunudur. Şərqi Aralıq dənizi Universitetini beynəlxalq münasibətlər ixtisası üzrə bitirmişdir. Daha sonra Liverpul Con Murs Universitetində Avropa Birliyi və siyasət ixtisası üzrə magistr təhsili almışdır.
13 iyun 2013-cü ildən 30 avqust 2013-cü ilə qədər Şimali Kiprin turizm, ətraf mühit və mədəniyyət naziri vəzifəsində çalışmışdır. 30 iyun 2014-cü ildən Lefkoşa Türk Bələdiyyəsinə rəhbərlik edir.