Mehmet Vehib paşa

Mehmet Vehib paşa (türk. Mehmed Vehib Paşa və ya Mehmet Vehib Kaçı) (1877 - 1940) — Türkiyə hərbi xadimi, general-leytenant.

Mehmet Vehib paşa
türk. Mehmed Vehib Paşa
Osmanlı Üçüncü Ordu Komandiri Mehmed Vehib Paşan həkimi Salim Bəy və vəzifəli polkovnik Hüsrev Bey ilə birlikdə.
Osmanlı Üçüncü Ordu Komandiri Mehmed Vehib Paşan həkimi Salim Bəy və vəzifəli polkovnik Hüsrev Bey ilə birlikdə.
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Yanya, Osmanlı İmperiyası
Vəfat tarixi
Vəfat yeri İstanbul, Osmanlı İmperiyası
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Hərbi fəaliyyəti
Qoşun növü quru qoşunları
Xidmət illəri 1897-1920
Rütbəsi general-leytenant
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Piyada hərbi məktəbini, sonra Hərbi Akademiyanı bitirmiş, 1909-cu ildə hərbi məktəbin rəisi təyin edilmişdir. 1912-ci ildə başlanan Balkan müharibəsinin iştirakçısı olmuşdur. Birinci dünya müharibəsi (1914-18) illərində diviziya komandiri, korpus komandanı vəzifələrində xidmət etmişdir. Çanaqqala döyüşlərində hərbi təşkilatçılıq bacarığı və qabiliyyəti ilə fərqlənmişdir. Sonradan Ənvər paşanın əmri ilə Şərq cəbhəsində döyüşən 3-cü ordunun komandanı təyin edilmişdir. Fevral inqilabından (1917) sonra Zaqafqaziyadakı rus ordusu komandanlığı ilə sülh müqaviləsi bağlanmasının təşəbbüsçüsü olmuş və bu müqavilə həmin il dekabrın 18-də onun iştirakı ilə Ərzincanda imzalanmışdı.

Vehib paşa Osmanlı hərbi nazirliyinin 1918-ci il 7 və 9 iyun tarixli əmrləri ilə yaradılan Şərq orduları qrupunun komandanı təyin olundu. Ordu qrupuna Vehib paşanın komandan olduğu 3-cü, habelə 6 və 9-cu ordular daxil idi. Türk hərbi qüvvələrinin iştirakı ilə Azərbaycanda təşkil edilmiş Qafqaz İslam Ordusu da inzibati xətlə şərq ordular qrupuna tabe idi. Ona görə də Qafqaz İslam Ordusunun ilkin təşkilatlanması Vehib paşanın nəzarəti altında aparıldı. Lakin 1918-ci il iyunun 29-da bu vəzifədən istefa verdi və onun yerinə Xəlil paşa təyin edildi. Birinci dünya müharibəsinin sonunda Vehib paşa xaricə mühacirət etdi.[1]

  • Baykara H., Azərbaycan istiqlal mübarizəsi tarixi, B., 1992;
  • Süleymanov M., Qafqaz İslam Ordusu və Azərbaycan, B., 1999;
  • Yüceer N., Birinci Dünya Savaşında Osmanlı ordusunun Azərbaycan və Dağıstan harekatı, Ankara, 1996.
  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 423. ISBN 9952-417-44-4.