Mehri SES

Mehri SES (bəzən Аraz SES) — tikintisi davam etdirilən SES. Stansiya Araz çayının üzərində yerləşir. Mehri şəhəri yaxınlığında Ermənistan (Qərbi Azərbaycan) və İran arasındakı sərhəddə yerləşir. SES tikintisinə 8 noyabr 2012-ci ildə başlanmışdır. Layihənin tikintisinin başa çatdırılması 2017-ci ilə təsadüf edəcəkdir. Stansiyanın güçü günlük olaraq 793 kVts enerjiyə hesablanmışdır. Mehri stansiyasının ümumi güçü 130 МVt[1]

Mehri SES
Xəritə
Ümumi məlumatlar
Çay Araz
Status Tikilir
Tikilmə tarixi 2009
İstismara verilib 2017
Əsas xüsusiyyətləri
Elektrik enerjisi gücü 100 MVt
Avadanlıq xüsusiyyətləri
Turbin tipi Hidroaqreqat
Əsas qurğular
Bənd tipi Torpaq
Bəndin hündürlüyü 40 m
Yerləşməsi
39°23′18″ şm. e. 46°16′07″ ş. u.HGYO
Ölkə  Ermənistan
Rayon
Yer Sünik mərzi
Mehri SES xəritədə
Mehri SES
Mehri SES
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Burada kaskad tikintisi planlaşdırılmasada Araz üzərində yerləşən iki SES tikiləcəkdir. Mehri SES idarə baxımından Ermənistana, Qaraçılar SES isı İrana mənsub olmalıdır. Ermənsitan hissəsində tikinti işlərinin ümumi qiyməti 323 milyon dollar olaraq qiymətləndirilir.

Layihənin tarixi

[redaktə | mənbəni redaktə et]

SES tikintisi ilə əlaqədar iki ölkə arasında 20072008-ci illərdə dövlətlər arası müqavilələr imzalanmışdır[2]. 14 aprel 2009-ci ildə Ermənistan prezidenti Serj Sarkisyan Mehri SES tikintisi ilə əlaqədar İrana səfər edir. Burada SES maliyyələşdirilməsi ilə əlaqədar memarandum imzalanır. Ermənistan tikinti ilə əlaqdar bütün maliyyəni İranın öhtəsinə buraxır. İran isə bunun əvəzində 15 il müddətində əldə edilən enerjinin hamısına sahib olur. 15 il bitdikdən sonra isə SES Ermənistanın nəzarətinə keçməlidir[2][3]

8 noyabr 2012 ildə gələcək Mehri SES-nın təməlqoyma mərasimi keçirilmişdir. Təməlqoyma mərasimində Ermənistan prezidenti Serj Sarkisyan və İranın Energetika Naziri iştirak etmişdir. İran-erməni hökumətlər arası komisiyanın səhbəri Məcid Namcu[4] olmuşdur.

2015-ci ilin dekabrında İran tərəfi Su Elektrik Stansiyanın güçünün 100 MVt güçə qədər endirməyi təklif edir[5].

  1. "Mehri SES təməlatma mərasimi" (rus). Ermənistan xəbərləri - NEWS.am. 2012-11-08. 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-01.
  2. 1 2 "Armenian-Iranian HPPs to be constructed on Araks River" (ingilis). News.am. 2010-09-16. 2015-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-01.
  3. "Mehri SES tikintisinə başlanıldı" (rus). 2013-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-01.
  4. "Итак, дан стар строительству Мегринской ГЭС" (rus). ARMENPRESS. 2012-11-08. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-01.  (rus.)
  5. "Mehri Su Elektrik Stansiyanın güçü 100 MVt endirildi". 2016-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.