Mehriban Abdulla qızı Abdullayeva ( 15 may 1963, Ləkit, Qax rayonu) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2018).
15 may 1963-cü il Qax rayonunun Ləkit kəndində doğulub. 21 iyun 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib. 1 sentyabr 1989-cu ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. 2013-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunmuşdur. 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1]
- Müşfiq (Rafiq Hüseynov) — Dilbər
- Səsin sehri (Tofiq Kazımov) — Nuriyyə
- Yazığam sevmə məni (Əkrəm Əylisli) — Şirin
- Məhəbbət bir bəladır (Əhməd Orucoğlu) — Səbinə
- Büllur sarayda (İlyas Əfəndiyev) — Aynur
- Mahmud və Məryəm (Elçin) — Aysulu
- Mənim ağ göyərçinim (Tamara Vəliyeva) — Sara
- Ana laylası (İskəndər Coşğun) — ana
- Şəhidlər (Bəxtiyar Vahabzadə) — Fərizə
- Qaraca qız (Süleyman Sani Axundov, Abdulla Şaiq) — Pəricahan
- Cənnətin üç alması (Nicat Kazımov) — Şirməmmməd
- Zorro (İspan xalq rəvayətləri əsasında) — Klaudia
- Mustafa (Orxan Asena) — Zübeydə xanım
- Ölüm hökmü (Elçin) — Firuzə
- Pəri Cadu (Ə.B.Haqverdiyev) — Hafizə xanım
- Aydın (C.Cabbarlı) — Böyükxanım
- Şelkunçik (E.T.A.Hofman) — ana
- Əcəl atı (V.Əlixanlı) — Sədəf qarı
- Mən səni sevirəm (Ə.Əmirli) — Sabah müəllimə
- Romeo və Cülyetta (U.Şekspir) — Ledi Kapuletti
- Pələng ili (F.Mustafa) — Sevda
- III Riçard (U.Şekspir) — Yelizaveta, kraliça
- Dovşanın ad günü (X.Əliyəbli) — tülkü
- Leyli və Məcnun (M.Füzuli) — Qeysin anası
- Çipollino (C.Rodari) — Qrafinya Albalı böyük bacı
- İstədiyim kimi yaşamışam (mono tamaşa, Vilyam Lyus) — qadın
- “Kod adı V.X.A” (M.Ələkbərzadə) - 2239 Firəngiz Rzayeva
- Solğun çiçəklər (film, 1987)
- Məşədi İbad-94 (film, 2005)
- Yoxlama (film, 2006)
- Pərvanələrin rəqsi (serial, 2012)