Mel Blank

Mel Blank (ing. Mel Blanc; 30 may 1908[1][2][…], San-Fransisko, Kaliforniya[3]10 iyul 1989[1][2][…], Sedars-Sinay Tibb Mərkəzi[d], Kaliforniya) — "Min səsli insan" ayaması ilə tanınan amerikalı.

Mel Blank
ing. Mel Blanc
Doğum adı Melvin Jerome Blanc
Doğum tarixi 30 may 1908(1908-05-30)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 10 iyul 1989(1989-07-10)[1][2][…] (81 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Emfizem
Dəfn yeri
  • Hollivud-Farever qəbiristanlığı[d]
Vətəndaşlığı
Təhsili
  • Linkoln Ali Məktəbi[d]
Fəaliyyəti aktyor, dublyaj aktyoru[d], televiziya aktyoru, səsləndirmə aktyoru[d]
Fəaliyyət illəri 1927-ci ildən
Əsərlərinin dili ingilis dili
Tanınmış əsəri
  • Looney Tunes[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mel Blank Warner Bros. cizgi filmlərinin bir çox qəhrəmanlarını və o cümlədən Baqz Bannini səsləndirib. Günlərin bir günü o avtomobil qəzasına düşür və kəllə sümüyünü sındıraraq 3 həftəlik komada olur. Komada Blanka dəfələrlə müraciət edilməsinə baxmayaraq o reaksiya vermirdi, lakin haçan ki, həkim ondan: "Necəsən, Baqz Banni?", soruşur, aktyor dərhal dovşan səsi ilə cavab verir.

Mel Blankın məzarı

Blankın məzarında bir çox cizgi filmlərinin sonluğunda donuz balası personajı Porki Piqin səsləndirdiyi məşhur "That's All Folks" (azərb. "Bu da son, uşaqlar"‎) frazası yazılmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]