Melissa P.- Luca Guadagnino tərəfindən 2005-ci ildə çəkilmiş erotik drama filmidir. Melissa Panarello "Yatmazdan əvvəl saça 100 fırça zərbəsi" romanı əsasında çəkilmiş filmin baş rollarında Luka Guadanino, Mariya Valverde, Leticia Tsiampy və Geraldine Çaplin çəkilmişdir.
Melisa P. | |
---|---|
ing. Melissa P. | |
Janr | dram janrıerotik |
Əsas mövzu | Bakirəlik |
Rejissor | Luca Guadagnino |
Baş rollarda |
Mariya Valverde Geraldine Çaplin Primo Reggiani Fabriziya Sacchi |
Bəstəkar | Lucio Godoy |
Distribütor | Columbia Pictures |
İlk baxış tarixi | 2005 |
Filmin növü | Bədii film |
Müddət | 113 dəq. |
Büdcə | $7 milyon |
Ölkələr | İtaliya ,İspaniya |
Dil | italyan dili |
İl | 2005 |
Rəng | rəngli |
IMDb | ID0443584 |
Melisa (Valverde) ailəsindən getdikcə uzaqlaşan 15 yaşındakı utancaq bir bakirə qızdır. Onun atası xarici neft qurğusu üzərində işləyir, anası isə onu başa düşməyən bir qadındır. Melisanı başa düşən yalnız nənəsi Elviradır. Lakin Elvira qocalar evinə getdiyi vaxt o tamamilə tək qalır. Melisa ilk dəfə yaraşıqlı və varlı Daniyel ilə hovuzun arxasında baş verən alçaldıcı bir oral seksdən sonraki görüşdə bakirəliyini itirir. Daha sonra cinsi gücünü hiss edir və Daniyel və onun dostu Arnaldo ilə üçlü seks həyatı başlayır.
Qıvrım başlığı altında "Yatmazdan əvvəl saça 100 fırça zərbəsi"(başqa adı ilə "Yüz toxunuş") romanı bir neçə il əvvəl İtaliya nəşr edilmişdir. Melissa Panarello — köhnə ad olmasına, güclü reklam olunmamasına və üz qabığında heç bir məşhurun adının olmamasına baxmayaraq milli bestseller oldu. Yazar öz intim gündəliklərini kitabın mövzusu olaraq götürdü. Zərif, təsirli, ehtiraslı, qalmaqallı və Avropada ilk erotik və ilk cinsi təcrübə haqqında olan kitab Lolita XXI əsrdə Avropada sensasiya yaratmışdır. Və indi bu valehedici kitab tammetrajlı kino formatında yeni həyat qazanır.