Melissa Brannenin itkin düşməsi

Melissa Brannenin itkin düşməsi — 3 dekabr 1989-cu ildə Virciniya ştatının Lortondakı Woodside mənzillərində baş vermiş hadisə. O, kompleksdə yaşayan Maykl Brannen və Temmi Brannenin beş yaşlı qızı idi. Kompleksdə sakinlər üçün təşkil olunan ziyafətdə iştirak edərkən yoxa çıxdı. Kompleksdə hər işi bacaran Kaleb Daniel Hyuz pislik etmək məqsədilə qaçırmaqda ittiham olundu və 50 il həbs cəzasına məhkum edildi.[1][2] Onun cəsədi heç vaxt tapılmadı və heç vaxt öldüyü sübuta yetirilmədi.

Melissa Brannenin itkin düşməsi
Doğum tarixi (40 yaş)
Yoxa çıxıb
Status 34 il, 7 ay, 1 həftə və 3 gün axtarışdadır

Onun itkin düşmə hekayəsindən "The FBİ Files"-ın ilk mövsümünün 8-ci epizodunda bəhs olundu.[3] Həmçinin "Forensic Files" televiziya proqramının 4-cü sezonunun 5-ci epizodunda göründü.[4]

İtkin düşməsi

[redaktə | mənbəni redaktə et]

3 dekabr 1989-cu ildə Temmi Brannenin qızı Melissa ilə birlikdə yaşadığı mənzil kompleksində təxminən 100 qonağın olduğu Milad şənliyi təşkil olundu. Şənlikdən çıxarkən Melissa bir az çips almaq üçün geri qayıtdı və bir daha geri gəlmədi. O, tapılmayanda foul oyunundan şübhələnildi. Axtarış demək olar ki, dərhal başladı və 300-dən çox könüllü iştirak etdi.

Kaleb Daniel həmin axşam şahid ifadələri nəticəsində birinci dərəcəli şübhəli olaraq bilindi. Bir çox qadın Kaleb Danielin şənlik zamanı onlara qarşı cinsi təkliflər etdiyini və başqaları Melissanın daxil olduğu ziyafətdə uşaqlara qeyri-adi dərəcədə diqqət göstərdiyini bildirdilər. Polis gecə saatlarında Hyuzun həyat yoldaşının polislə əməkdaşlıq etdiyi mənzili ziyarət etdi. Hyuzun yoxa çıxdığı vaxt geyindiyi paltarların hamısı, ayaqqabıları, kəməri və böyük bir bıçaq üçün qabı paltaryuyan maşınında tapıldı. Bunlar eəvə gələndə Hyuz tərəfindən dərhal yuyulmaq üçün oraya qoylumuşdu. Polis sübut kimi onları ələ keçirdi. Polis, həmçinin Hyuzun sahib olduğu Honda Civic salon avtomobilini götürdü və sərnişin yerini lif sübutları üçün araşdırdı.

Hyuzun həyat yoldaşı Kerol istintaqda əsas rol oynadı. O, bildirdi ki, Hyuz adi haldan bir neçə saat daha çox işlədikdən sonra evə qayıtdı və həmçinin onun maşının odometrində əlavə məsafə qət olunması göstərilirdi. Hyuz altı qutu pivə almaq üçün məsafə qət etdiyini və evə qayıtmaq üçün başqa yoldan istifadə etdiyini bildirdi. Lakin o, evə qayıtmaq üçün niyə başqa yoldan istifadə etdiyini açıqlamadı. Hər halda axşam saat 12:30-da evə qayıtdığı üçün iddia etdiyi hekayəsi həqiqətə uyğun deyildi, çünki Virciniyadakı içki mağazalarında dövlət qaydalarına uyğun gecə yarısında içki satılmır.

Liflər nəqliyyat vasitəsinin ön oturacağında götürülmüşdür. Qurbanın J. C. Pennidən satın alınan Big Bird paltarı geyindiyi bildirildi. Müstəntiqlər eyni paltarı əldə etdilər və onun lifləri Hyuzun avtomobilinin oturacağında olanlarla müqayisə edildi. Paltar və maşındakı liflər arasında bir uyğunluq tapıldı. Həmçinin şənlikdə Temmi tərəfindən geyinilən xəz kürkdən bir neçə saç tapıldı. Bu sübut qurbanın axşam saatlarında sərnişin oturacağında oturma ehtimalına işarə etdi.[3][5]

Müstəntiqlər Hyuzun Melissanı öldürdüyünə az qala əmin idilər. Virciniya qanunu qətl ittihamı üçün qurbanının cəsədini tələb etməsə də, lakin qanun prokurorlardan qətlin yerini müəyyənləşdirməsini tələb edir. Bu dəlil olmadığına görə Hyuz Melissanı pis niyyətlə oğurlamaqda ittiham olundu. Hyuz 8 mart 1991-ci ildə Melissanı oğurlamaqda ittiham olundu və 50 il həbs cəzasına məhkum edildi.[3][6]

Brannenin işi ilə əlaqəsi olmayan iki nəfər 75.000 dollar fidyə tələbi ilə pul tələb etməyə çalışdılar. Adamlar fidyəni toplayarkən həbs olundular.[7][8] Onlar 7 il 8 ay və 3 il 10 ay müddətinə azadlıqdan məhrum edildilər.[9]

1995-ci ildə enerji şirkətinin işçisi göldə qırmızı parça tapdıqdan sonra göldə axtarışa başlanıldı. Lakin cəsədlə bağlı heç bir dəlil tapılmadı.[10]

Təxminən Melissanın itkin düşməsindən 8 il sonra anası yenidən evləndi. Baxmayaraq ki, o, ikinci həyat yoldaşının soyadını götürdü, lakin Brannen adını siyahılarda saxladı ki, qızı sağ olduğu halda onunla əlaqə qura bilsin. O, ikinci həyat yoldaşı ilə onun 4 uşağını böyütdü.[3]

Kaleb Daniel Hyuz 2 avqust 2019-cu ildə 50 illik cəzasının 28 ilini çəkərək sərbəst buraxıldı.[11]

  1. "USDOJ/OIG FBI Labs Report" (ingilis). U.S. Department of Justice Office of the Inspector General. 16 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2017.
  2. Karen S. Schneider. "Crime and Punishment – Vol. 35 No. 16" (ingilis). Time Inc. 29 aprel 1991. 5 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2017.
  3. 1 2 3 4 Davis, Patricia. "Mother's Memory Has Never Faded" (ingilis). washingtonpost.com. 27 noyabr 1999. 16 dekabr 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2012.
  4. "Forensic Files Episode List - Forensic Files" (ingilis). forensicfiles.com. 28 aprel 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2017.
  5. "The clothes make the man . . . guilty - Dec 03, 1989 - HISTORY.com" (ingilis). A&E Networks. 2009. 1 aprel 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2017.
  6. "Crime and Punishment" (ingilis). People.com. 9 dekabr 2014. 5 oktyabr 2016 tarixində arxivləşdirilib.
  7. "Ransom paid, Melissa still missing" (ingilis). The Free Lance-Star. 19 fevral 1990. 2019-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2014.
  8. Howe Robert F., Patricia. "2 CHARGED WITH EXTORTION IN MELISSA BRANNEN CASE" (ingilis). The Washington Post. 2019-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2017.
  9. "BRANNEN CASE EXTORTIONIST GETS 7 YEARS" (ingilis). The Washington Post. 28 iyun 1990. 1 aprel 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 oktyabr 2018.
  10. "Lake dredged for girl missing since 1989" (ingilis). The Free Lance-Star. 27 iyun 1995. 3 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2017.
  11. "Offender Locator (offender ID: 1058054)" (ingilis). Virginia Department of Corrections. 10 avqust 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 oktyabr 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]