Honda Civic

Honda CivicHonda şirkəti tərəfindən istehsal olunan mühərriki köndələninə yerləşdirilən kompakt avtomobil. İlk dəfə 1972-ci ildə təqdim olunub. Bu model sayəsində Honda nəhəng avtomobil istehsalçıları sırasına daxil ola bilib.

Honda Civic
Ümumi məlumatlar
İstehsalçı Honda
İstehsal ili 1972 — indiyədək
Sinfi kompakt
Dizayn
Ban tipi sedan, hetçbek, kupe, universal
Bazarda
Əlaqəli modellər Honda Ballade
Honda Domani
Bənzər modellər Toyota Corolla
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Honda Civic-in ilk nəsli 1972-ci ildə buraxılıb. Ön təkərləri aparıcı olan bu model avtomobil Honda şirkətinin əvvəlki avtomobillərindən fərqli olaraq Avropa istehsalı olan avtomobillərlə rəqabətə girə bildi. Maşın zaman-zaman gücü 54-75 a.g. (işçi həcmi 1169—1488 sm³) olan müxtəlif dördsilindirli mühərriklərlə təchiz olunmuşdur.