Melodifestivalen (azərb. Mahnı festivalı) — Sveriges Television (SVT) və Sveriges Radio (SR)-nin Avroviziya Mahnı Müsabiqəsinə qatılacaq sənətçi və mahnının seçilməsi üçün təşkil olunan mahnı müsabiqəsidir. 1959-cu ildən bəri hər il keçirilir və ölkədə ən çox izlənən tele-müsabiqədir. 2012-ci ildə yarışma 4 milyon İsveçli tərəfindən izlənmişdir.
Yarışmanı qazananlardan altısı Avroviziyada da qələbə qazanmışdır və iyirmi dördü isə ilk beşlikdə yer almışdır. Melodifestivalendə Avroviziya təmsilçisi münsiflər və telesəsvermə yolu ilə bəlli olur.
2002-ci ildən bu yana yarı finalda yarışan mahnı sayısı 12-dən 32-yə qaldırılıb. Eyni zamanda, İsveçin Avroviziya Uşaq Mahnı Müsabiqəsindəki təmsilçisini seçmək üçün yarışmanın uşaqlar üçün versiyası olan Lilla Melodifestivalen yaradılmışdır.