Robin Benqtsson

Robin Benqtsson (isv. Robin Bengtsson; 27 aprel 1990[1][2], Revesjö[d], Elvsborq[d][2]) — İsveç müğənnisi. O, "I Can't Go On" mahnısı ilə İsveçi Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə beşinci yeri qazandırmışdır.

Robin Benqtsson
isv. Robin Bengtsson
Robin Benqtsson Avroviziya 2017-nin açılış mərasimində
Robin Benqtsson Avroviziya 2017-nin açılış mərasimində
Ümumi məlumatlar
Doğum adı Robin Benqtsson
Doğum tarixi 27 aprel 1990(1990-04-27)[1][2] (34 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2008–h.h.
Janr
Albom şirkəti Merion Music
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Musiqi karyerası

[redaktə | mənbəni redaktə et]

Robin Benqtsson 27 aprel 1990-cı ildə İsveçin Svelyunqa şəhərində anadan olmuşdur. İsveç tamaşaçısı Robin Benqtssonu ilk dəfə ölkədə keçirilən "Idol 2008" müsabiqəsində tanımağa başlamışdır. Robin həmin müsabiqədə 3-cü yeri qazanmışdır. Robin 2009-cu ilin ortalarında Merion Music albom şirkəti ilə anlaşma imzalamış və daha sonra "Another Lover's Gone" adlı ilk sinqlını dinləyicilərə təqdim etmişdir.

2010-cu ildə Robin Karl Martindahl və Daniel Karlsson ilə birlikdə Haitidə baş verən zəlzələ nəticəsində həlak olan insanlara həsr edilmiş "Wake Up World" mahnısını ifa etmişdir. Həmin ildə müğənni eyni zamanda İsveçin Wipeout yarışmasında iştirak etmiş və ikinci yeri qazanmışdır.

Robin Benqtsson Avroviziya 2017 səhnəsində

2016-cı ildə Robin Benqtsson uzun müddətdən sonra səhnəyə geri dönüş etmiş və İsveçin ən böyük musiqi festivalı olan Melodifestivalen mahnı müsabiqəsinə qatılmışdır. "Constellation Prize" adlı mahnı ilə müsabiqədə iştirak edən müğənni birbaşa final mərhələsinə keçməyə nail olmuş və final mərhələsində 5-ci yerdə qərarlaşmışdır. Həmin müsabiqənin qalibi isə "If I Were Sorry" mahnısı ilə Frans olmuşdur.

2017-ci ildə Robin Benqtsson Melodifestivalenə geri dönüş etmişdir. Bu dəfə Robinin ifa etdiyi mahnı İsveçin tanınmış bəstəkarlarından olan David Kryuqer və İsveçi 2013 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən müğənni-bəstəkar Robin Şernberq tərəfindən bəstələnmişdir. "I Can't Go On" təqdim olunduğu andan Avropa hit paradlarında ilk pillələrdə yer almağa başlamışdır. Robin bu mahnı ilə Melodifestivalendə uğurla final mərhələsinə adlayaraq, finalda bütün rəqiblərini geridə qoyaraq müsabiqədə qələbə qazanmağa nail olmuşdur. Beləliklə Robin Benqtsson "I Can't Go On" mahnısı ilə İsveçi Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanmışdır[3]. Kiyevdə baş tutan müsabiqədə Robin Benqtsson ölkəsi İsveçə 5-ci yeri qazandırmışdır.

Albom adı İl
Under My Skin 2014
Mahnı adı İl
"Fields of Gold" 2008
"Another Lover's Gone" 2009
"Long Long Night"
(Kim Fransson ilə duet)
2010
"Cross the Universe" 2012
"I Don't Like to Wait" 2013
"Fired"
(J-Son ilə duet)
2014
"Sleep On It"
"Constellation Prize" 2016
"I Can't Go On" 2017
"Dark Angel"
"Day by Day" 2018
  1. 1 2 Robin Bengtsson // https://pantheon.world/profile/person/Robin_Bengtsson.
  2. 1 2 3 4 Bengtsson, Hans Robin Gustav // Sveriges befolkning 2000 (швед.). Sveriges Släktforskarförbund, 2020.
  3. "Sweden:Robin Bengtsson wins Melodifestivalen!". eurovision.tv. 11 mart 2017. 2017-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-14.
Əvvəlki:
Frans
"If I Were Sorry"
İsveç Avroviziya Mahnı Müsabiqəsində

2017
Sonrakı:
Benyamin İnqrosso
"Dance You Off"

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]