Memet Baydur

Memet Baydur — (9 avqust 1951, Ankara - 24 noyabr 2001, İstanbul) türk dramaturqu. 1974-cü ildə İngiltərəyə gedən və London Universitetində sosiologiya təhsili alan Baydur təhsilini yarımçıq qoyaraq Türkiyəyə qayıdır. İlk məqaləsi 1979-cu ildə “Yeni İnsan” jurnalında dərc olunub. Milliyet Sanat, Hürriyet Gösteri, Yapı Kredi Yayınlarının Kitap-lık və Sanat Dünyamız jurnallarında məqalə və hekayələri çıxmağa başlayandan sonra diplomat olan həyat yoldaşı Sina Baydur vəzifəsi ilə əlaqədar müxtəlif ölkələrə səyahət edib. 1

1982-ci ildə Keniyaya gedib. Keniyanın paytaxtı Nayrobidəki (Kenya Institute of Mass Communication) Keniya Kütləvi Kommunikasiya İnstitutunda kino tarixi, kinematoqrafiyateatr haqqında mühazirələr oxuyub.

O, Uğur Mumcu Jurnalistika Araşdırmaları Vəqfində kinodan dərs deyib, “Cümhuriyyət” qəzetində yazılar yazıb. O, İspaniyaya gedərək və Madriddəki Beynəlxalq Aralıq dənizi Teatr İnstitutunun qurucu üzvləri arasında yer aldı. 1992-ci ildən Bonn Teatr Biennalesinin Türkiyə məsləhətçisi vəzifəsində olan Memet Baydur dramaturgiyasına Afrikada olarkən başlayıb.

O, pyeslərində türk dilindən çox uğurla istifadə edirdi. ABŞ-da xərçəng xəstəliyindən müalicə alan yazıçı İstanbulda dünyasını dəyişir. 28 noyabr 2001-ci ildə Teşvikiyə məscidində keçirilən dəfn mərasimindən sonra İstanbul Ortaköy qəbiristanlığında dəfn edilib.[1]

  • Səssiz göyərçinlər diyarında Cümhuriyyət məqalələri, 2006, "İletişim" nəşriyyatı, ISBN 978-975-05-0416-7
  • Məktublaşmalar, 2005, İletişim nəşriyyatı, ISBN 978-975-05-0332-0
  • Kino yazarları bütün əsərləri 2, 2004, "İletişim" nəşriyyatı, ISBN 978-975-05-0236-1
  • Lozan Gün Gece / Oyun Ölüm / Kuşluk Zamanı, 2003, "İletişim" nəşriyyatı, ISBN 978-975-05-0154-8
  • Toplu Oyunları 5 Maskalı Atlı / Bənövşəyi quldurlar, 2000, Mitos - Boyut Yayınları
  • Toplu Oyunları 4 Alma oğruları, Yalançının rəsmi, Ümumi anlamda öpüşmə, Çin kəpənəyi, 1997, Mitos - Boyut Yayınları, ISBN 978-975-8106-20-2
  • Toplu Oyunları-3 Yaşıl tutuquşu Limited / Sevgi ayaqları / Yük maşını, 1994, Mitos - Boyut Yayınları
  • Tensing, 1994, Mitos - Boyut Yayınları
  • Kutu Kutu, 1995, Mitos - Boyut Yayınları, ISBN 979-975-8023-10-2
  • Uccello'nun Kuşları, 2002, İletişim nəşriyyatı, ISBN 978-975-05-0016-9
  • Yangın Yerinde Orkideler, 1991, Remzi Kitabevi nəşriyyatı, ISBN 975-14-0233-6
  • Cumhuriyet Kızı, 1990, Remzi Kitabevi nəşriyyatı, ISBN 975-14-0201-8
  • Toplu Oyunları 1 Doğum / Limon / Yalnızlığın Oyuncakları / Kadın İstasyonu, 1993, Mitos - Boyut Yayınları, ISBN 975-508-057-0
  • Toplu Oyunları-2 Düdüklüde Kıymalı Bamya / Aşk / Vladimir Komarov, 1993, Mitos - Boyut Yayınları, ISBN 975-7468-40-1
  • Gözün Kahverengi Suyu Hikayeler 1974-1994, 1995, Yapı Kredi Yayınları, ISBN 975-363-428-5
  1. "Arxivlənmiş surət" (Türkçe). 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-23.