Uğur Mumcu

Uğur Mumcu (türk. Uğur Mumcu) (22 Avqust 1942 Kırşəhər) (24 Yanvar 1993 Ankara) Türk jurnalist və yazar.

Uğur Mumcu
türk. Uğur Mumcu
Doğum tarixi 22 avqust 1942(1942-08-22)
Doğum yeri
Vəfat tarixi 24 yanvar 1993(1993-01-24)[1] (50 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
  • Ankara Universitetinin Hüquq fakültəsi[d]
Fəaliyyəti jurnalist, yazıçı, vəkil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ailədə dörd uşağın üçüncüsü olmuşdur. Ankarada məktəbi, sonra 1965-ci ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1965-1969-cu illərdə öz ixtisası üzrə çalışıb. Sonra 1972-ci ilə qədər Ankara Universitetində çalışıb.

1971-ci ildə Türkiyədə dövlət çevrilişindən sonra Mumcu həbs edilib. Həbsxanada ona işgəncə verilib. Mumcu daha sonra iddia edir ki, ona işgəncə verən adamlar ona deyiblər: “Biz əks-partizanlarıq. Hətta respublika prezidenti də bizə heç nə edə bilməz”.

1974-cü ildən “Yeni Ortam”, 1977-ci ildən “Cümhuriyyət” qəzetində köşə yazıları yazdı

Nejla Güldal ilə evli olmuşdur. Onların Özgür və Özge adlı iki uşaqları olub.

Araşdırma jurnalistikası ilə məşğul olmuşdur. Bir sıra kitabları nəşr olunub. Ölümü zamanı o, Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə PKK əlaqələrini araşdırırdı[2][3][4].

Mumcu ölümündən bir müddət əvvəl Türkiyə silahlı qüvvələrinə məxsus 100 min odlu silahın İraq kürdlərinin liderlərindən biri olan Cəlal Tələbaninin sərəncamına necə keçdiyini araşdırırdı. Mumcunun ölümündən 25 gün sonra, təyyarə qəzası nəticəsində, bu işi də araşdıran general Eşref Bitlis vəfat edir[3]. 8 yanvar 1993-cü ildə Mumcu “Cümhuriyyət” qəzetində “Ültimatom” adlı məqalə dərc etdirərək, tezliklə kürd millətçiləri ilə bəzi kəşfiyyat təşkilatları arasındakı əlaqəni ortaya qoyacağı bir kitab nəşr etdirəcəyini bildirmişdi[5].

Oğlu Özgür Mumcunun sözlərinə görə, 27 yanvar 1993-cü ildə Uğur Mumcu keçmiş prokuror Baki Tuğla ilə görüşməli idi. Uğur Mumcu onunla türk kürdlərinin lideri Abdullah Öcalanın MİT ilə mümkün əlaqələrini müzakirə etmək istəyirdi[6]. 1972-ci ildə Öcalan Ankara Universitetində oxuyarkən bir qrup tələbə ilə birlikdə həbs olunub. Onların işi Buki Tuğ tərəfindən idarə olunurdu. Bir müddət sonra o, MİT-dən həbs olunanların hamısının azadlığa buraxılması əmri alır, çünki onlardan birinin MİT agenti olması bidirilir. Baki Tuğ daha sonra həbs edilənlərdən hansının MİT agenti olduğunu xatırlamadığını bildirmişdi.

1993-cü il yanvarın 24-də Uğur Mumcu evdən çıxır və özünün Renault 12 markalı avtomobilinə minir və onu işə salan zaman partlayış baş verir. Bomba C-4-dən hazırlanmışdır[7].

Uğur Mumcunun qətlinin üstü hələdə açılmayıb suiqəsdi Hizbullah və İBDA-C kimi qruplar öz üzərinə götürmüşdür. Sui-qəsddən dərhal sonra hadisə yerini araşdıran ekspertlərin heç bir dəlil tapa bilmədiyi, partlayış nəticəsində ətrafa səpələnmiş və maqqaşla toplanması lazım olan dəlillərin süpürgə ilə süpürüldüyü iddia edilmişdir.

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Aydin, Zulfikar Ali. "PKK-MİT ilişkisini yazamadan öldürüldü". Sabah (Turkish). 27 July 2008. 2009-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2008.
  3. 1 2 Ergenekon linked to Mumcu murder Arxivləşdirilib 2013-12-13 at the Wayback Machine, Today's Zaman, 5 August 2008
  4. Duzel, Nese. "Mumcu, Apo'nun devletteki bağlantısını buldu". Radikal (Turkish). 29 May 2006. 2009-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 December 2008. It was reported by press that Mumucu was killed due to his discovery of the relation between MIT and Abdullah Ocalan. (#chapter_ignored)
  5. Mumcu: «Yakında yayımlanacak bir kitabımda, Kürt milliyetçileri ile istihbarat örgütleri arasındaki ilişkilere ışık tutacak çok ilginç belgeler açıklayacağım!» Quoted in Kumbasar, İsrafil K. "Uğur Mumcu, kendisini dört kez çağıran İsrail Sefiri ile ne konuştu?". Yeni Çağ (Turkish). 2006-05-26. 2006-05-26 tarixində arxivləşdirilib.
  6. Alpman, Nazım. "Babam bir şeylere ulaşmıştı". Milliyet (Turkish). 24 January 1999. 2008-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-29.
  7. İşleyen, Ercüment. "Artık konuşun". Milliyet (Turkish). 1999-01-24. 2008-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-29. O tür bir olay hatırlıyorum. Ancak Apo'yla mı ilgiliydi, başka bir mensupla mı ilgili onu çözemedik. Sayın Mumcu'ya da söylediğim şuydu: Bana böyle birşey gelmişti. Onunla ilgili mi değil mi bende resmi yazı olacak, dedim. O yazıyı ararken o olay oldu. Gelen yazı `dokunmayın' mealinde değil `bizim mensubumuzdur' şeklindeydi. Aradığım belge oydu. Belgede bir şahıs ismi var. MİT hesabına çalışan bir sanığın ismi. O belgeyi arıyorum. Onu bulursak Mumcu'nun aradığı düğüm çözülecek.