Mende

Mende (fr. Mende) — Fransada şəhər, Lozer departamentinin prefekturası (Langedok-Russilyon bölgəsi). Onun sakinləri Mendois adlandırılır. Şəhər qədim tarixə malikdir. Burda yaşayış yerlərinin ilk izləri də daxil olmaqla şəhər eramızdan əvvəl 200-cü ilə aiddir.[2] O, əvvəlcə Mimata adlandırılmışdır. Ehtimal etmək olar ki, onu əhatə edən dağlara görə belə ad verilmişdir.

Mende
fr. Mende
Gerb
Gerb
44°31′10″ şm. e. 3°30′05″ ş. u.
Ölkə Fransa
Departament Langedok-Russilyon
Başçı Alen Bertran
Tarixi və coğrafiyası
Sahəsi 36,56 km²
Mərkəzin hündürlüyü 732 m
Saat qurşağı
Əhalisi
Əhalisi 12,227 nəfər[1] nəfər (2008)
Sıxlığı 670/km2 (1,700/sq mi)
Aqlomerasiya 332 nəfər/km²
Rəsmi dili Fransız dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 48000
Digər
mende.fr
Mende xəritədə
Mende
Mende
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mende nisbətən seyrək məskunlaşan yaşayış məskəni (təxminən 12.000 əhali) olaraq qalmasına baxmayaraq, Lozer departamentinin ən mühüm şəhəri olaraq qalır. Bundan əlavə, bu departamentin unikal-tarixi şəhər ərazilərindən biridir.

Mende Roma Katolik Yeparxiyasının yerləşdiyi yerdir.

Tarixi və coğrafiyası

[redaktə | mənbəni redaktə et]

Lo çayı vadisində yerləşən Mende uzun müddət Lion, Overn və Lanqedokdan ticarət yollarının kəsişdiyi yer olmuşdur. Yaşayış yeri Tunc və ya hətta Mis dövründə yaranıb və Roma Qaliyası dövründə mövcud olub. Əfsanəyə görə alemanlar tərəfindən Müqəddəs Privatın şəhərdə öldürüldüyü guman edilir. Uzun müddət onun öldürüldüyü yer ziyarətgaha çevrilmişdir. Orta əsrlərdə Privatın ölüm yeri Mandanın inkişafına kömək edən ziyarət mərkəzi idi.

Şəhər ya Barselonadan, ya da Fransadan asılı idi. Yepiskop III Aldebertin hakimiyyəti dövründə (XII əsr) şəhərdə güclü istehkamlar tikildi. 1307-ci ildə yepiskop VI Giy IV Filip Gözəl ilə birgə şəhəri idarəetmə müqaviləsi bağladı. Manda iqtisadiyyatı Yüzillik müharibə zamanı ciddi zərər gördü, lakin 1368-ci ildə Lozereli V Urban şəhərdə kafedralın təməlini qoydu.

Müharibənin sonunda Mand Fransanın cənubundakı ən zəngin yeparxiyalardan birinə çevrilir. 1470-ci ildə yepiskop Antuan qraf Armanın üsyanını dəstəkləyır, nəticədə yepiskoplar bir neçə il ərzində şəhərdə dünyəvi hakimiyyətdən məhrum olurlar. 1478–1483-cü illərdə kafedrala gələcək Papa II Juli rəhbərlik etmişdir.

Fransada dini müharibələr zamanı şəhərə ciddi ziyan dəydi, kafedral yalnız 1605-ci ildə açıldı. Şəhərin yeni yüksəlişi XVII əsrin sonunda baş verir. Yepiskop sarayı bəzədildikdə isə xəstəxana da qurulur. XVIII əsrin əsas hadisəsi 1307-ci il müqaviləsinin nəhayət ləğv edildiyi Böyük Fransa inqilabı baş verir. Loser isə ilk departamentlərdən biri olur.

XIX əsrdə Mandanın yaxınlığında daşqınlardan qorunmaq üçün şam meşəsi salınır, şəhərdə dəmir yolu və elektrik işıqlandırma da çəkilir. XX əsrin əvvəllərindən yun sənayesinin tənəzzülü ilə əlaqədar iqtisadi tənəzzül baş verir. İkinci Dünya müharibəsi zamanı Mand Fransa Müqavimət Hərəkatının mərkəzlərindən birinə çevrilir. 1990-cı illərdə şəhərciyi canlandırmaq üçün layihələr hazırlanmış, külək turbini və istilik məntəqəsinin tikintisi nəzərdə tutulmuşdur.

Görməli yerlər

[redaktə | mənbəni redaktə et]

Manda şəhərinin görməli yerləri arasında Müqəddəs Məryəm Katedrali və Müqəddəs Pyotr kilsəsi daxildir. Həmçinin bir neçə fəvvarə, XII əsr qalası, köhnə körpü, Müqəddəs Privatın mağarası, konsulluq evi, Baur qəsri də turist marşrutuna daxildir. Şəhərdə mütəmadi olaraq idman yarışları keçirilir.

  1. "Populations légales 2018 Commune de Mende (48095)". 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-24.
  2. Des fouilles vers le quartier de la Vabre ont révélé la présence d'un petit village celtique de cette période. Félix Buffière, Ce tant rude Gévaudan, tome I, p. 648
  3. "Lozère Online". 2011-02-24 tarixində orijinalından arxivləşdirilib.
  4. "Comité départemental du tourisme". 2008-06-09 tarixində orijinalından arxivləşdirilib.
  5. According to the plans of L. Causse
  • Bardy, Benjamin. Mende [Mende] (fransız). Ingersheim: Éditions SAEP. 1973.
  • Un siècle d'images mendoises [A century of mendoises pictures] (fransız). 1974.
  • Marcillac, Sylvain; Salles, Jean-François. Guetteurs du temps : la basilique cathédrale de Mende [Lookouts of the time: the Cathedral Basilica of Mende] (fransız). Mende: ARACAM. 1996.
  • Taillefer, Didier. Mende : 2000 ans d'histoire [Mende: 2000 years of history] (fransız). Toulouse: Editions Privat. 2003. ISBN 2-70899-718-1.
  • Les campagnes de Mende, les communes rurales des cantons de Mende [Mende countryside, the rural communes of the cantons of Mende] (fransız). Lyon: Éditions Lieux-dits. 2007. ISBN 978-2914528368. Inventory of heritage, southern France.
  • Desdouits, Michel; Laurans, Alain. Mende-en-Gévaudan [Mende-en-Gévaudan] (fransız). Alan Sutton. ISBN 2842535383.
  • Bunel, Claude. Bulletin de la Société des lettres, sciences et arts de la Lozère [Bulletin of the Society of the letters, sciences and arts of the Lozère] (fransız). 1954.
  • Barbot, Dr. Marcel. Les siècles obscurs de la primitive histoire de Mende [The obscure centuries of the primitive history of Mende] (fransız). 1958.
  • Remize. Saint Privat, martyr, évêque du Gévaudan, IIIe siècle [Saint Privat, martyr, Bishop of Gévaudan, 3rd century] (fransız). Mende. 1910.
  • André, Auguste. La Bête du Gévaudan [The beast of Gévaudan] (fransız). Mende: H. Chaptal. 1931.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]