Menora

Menorah (ivr.חנוכייה‏‎) — Qüds məbədində zeytun yağı ilə yandırılan yeddi qollu şamdandır. Yəhudilərin ən qədim simvollarından hesab olunur. Musa peyğəmbərin Sina dağında gördüyü yanan kolun simvoludur. Doqquz qollu şamdan isə hanukiya adlanır. Menorah gündə iki dəfə tanrının dünyaya işıq saçmasını arzulamaq üçün yandırılırdı, hanukiya isə Hanuka bayramında istifadə edilir.