Üçyarpaq suyoncası (lat. Menyanthes trifoliata)[2] — suyoncası cinsinə aid bitki növü.[3]
Üçyarpaq suyoncası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Üçyarpaq suyoncası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Üçyarpaq yonca çoxillik ot bitkisi olub, su-bataqlıq bitkisidir. Kökümsovu uzun və sürünəndir. Kökümsovun zirvəsi azacıq qalxmış, üç hissədən ibarət qovuşuq uzun saplaqlı yarpaqlardan ibarətdir. Saplağın uzunluğu 20 sm, əsası genişlənmiş və uzun zarlı qını vardır. Yarpaqları bütövkənarlı, çılpaq, tərsyumurtaşəkilli və ya ellipsşəkillidir. Yazda çiçək oxunun uzunluğu 30 sm olur. Çiçəkləri tutqun-çəhrayı olub, diametri 1 sm-ə qədərdər. Çiçəklərdə toplanmış sıx fırçanın uzunluğu 3–7 sm-dir.
Yarpaqları yaşıl, nazik, adətən bürüşük, çılpaq, qısa üçbölümlü olub, saplağın uzunluğu 3 sm-ə qədərdir. Ümumi saplaq 3 qısa gövdəciyə bölünmüşdür. Yarpaqları ellipsşəkilli və ya uzunsov-tərsyumurtaşəkilli, bütövkənarlı və ya bərabər olmayan kənarlara malik olmaqla, uzunluğu 5–8 sm, eni isə 3–5 sm-dir. Kənarları dərin olmayan girintili-çıxıntılı, görünən ağımtıl və ya qəhvəyi rəngli qabarıq (sulu ağızcıq) olub, damarlıdır. Zəif iyli və olduqca acı dadlıdır.
Bu bitki mamır bataqlıqlarında, bataqlıqlaşmış çay kənarlarında, çəmən və meşələrdə, göl və sututarlarda yaşayır.
Keyfiyyətli xammal kimi yarpaqları toplanılır. İsti havada toplamaq lazımdır. Xammalın toplanılması əvvəlcə yarpaq sonra isə çıçək açan zaman iyul-avqust aylarında aparılır. Qısa saplaqlı yarpaqları toplanılmalıdır. Bitkilər toplanıldıqdan 2–3 il sonra təkrar toplanıla bilər. Toplanılan xammal açıq, lakin kölgəli, yaxşı ventiliyasiyalı naveslərdə və ya 45–50ОС temperaturda quruducu şkafda qurudulmalıdır. Nazik doğranmış xammal 3 sm qalınlığında sərilməlidir.
Havası quru, təmiz və sərin yerdə saxlanılmalıdır. Saxlama müddəti 2 ildir.[4]
Yarpaqların tərkibində acı qlükozidlər (loganin və sverezil), aşı maddələr və flavonoidlər vardır.
İştahartırıcı, ödqovucu və sedativ dərmandır. Yabanı çoxillik ot bitkisi olan üçyarpaq su yoncası yetişən zaman yarpaq vəmeyvələri keyfiyyətli xammal və dərman bitkisidir. Tərkibində meliantin qlükozidi vardır.
Tərkibindəki acı maddələr mədə-bağırsaq sistemi zəifliyində, xüsusən xroniki qastritlərdə, mədənin sekrektor hipofunksiyasında, iştahasızlıqda, ödqovucu və sidikqovucu, ümumi halsızlıq zamanı islədilir. Xüsusilə öddaşı xəstəliyində yaxşı səmərə verir. Orqanizmin möhkəmləndirilməsində vərəm əleyhinə müalicənin tərkib hissəsinə verilir. 2 xörək qaşığı quru yarpaqlarını 0,5 litr qaynanmış suda (sutqalıq doza) dəmləyib (termosda), gündə 2–3 dəfə yeməkdək 20–40 dəqiqə əvvəl qəbul edilir. Ödqovucu və acı tərkiblərə daxildir. Yarpaqları (bütöv və bölünmüş) keyfiyyətli iştahartırıcı, məhlulu yaxşı həzmedici, acı məhlulu isə ödqovucu və orqanizmi möhkəmləndirici dərmandır.
Sinir sistemini möhkəmləndirir, taxikardiya əleyhinə, hərarət salıcı, qurdqovucu, qanazlığı, malyariya, oynaq və dərinin iltihabi xəstəliklərində xalq təbabətində istifadə edilir.[4]
Əks göstəriş – Yoxdur.
Bitki haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |