Mercedes (brend)

Mersedes — 1901–1926-cı illər arasında Gottlieb Daimlerin şirkəti olan Daimler Motoren Gesellschaft tərəfindən istehsal olunan avtomobillər markası. 1926-cı ildə Karl Benzin şirkəti olan Benz & Cie ilə birləşdikdən sonra marka adı Mercedes-Benz olaraq dəyişdirilmişdir.

Mercedes
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Daimler Motoren Gesellschaft tərəfindən istehsal olunan avtomobillər markası
Sənaye avtomobil sənayesi
Məhsulu avtomobil
Təsis tarixi 1902
Bağlanma tarixi 1926
Bağlanma səbəbi Birləşmə
Baş qərargahın yeri Ştuttqart Almaniya
Rəhbərlik
Təsisçi Gottlieb Daimler

Markanın yaranması

[redaktə | mənbəni redaktə et]

1897-ci ildə Fransanın Nitsa şəhərində yaşayan Avstriya taciriAvstriyanın Nitsadakı baş konsulu Emil Yellinek, Gottlieb Daimlerin zavodunda olur və maşın alır. Beynəlxalq maliyyə dünyası və aristokratiya ilə yaxşı əlaqələrə sahib olan Jellinek, Daimler avtomobili ilə Fransız Rivierasında böyük diqqət çəkir. Daha sonra Yelinek, 1899-cu ildə 23 at gücünə malik mühərrik ilə təchiz olunmuş Daimler yarış avtomobilinə böyük qızı Mersedesin adını verir[1] və bu maşın ilə Nitsa yarışında iştirak edərək birinci olur. Bu müvəffəqiyyətdən sonra Yelinek Daimler fabrikinə 36 avtomobil sifariş verir və bu vasitələrin Mercedes adlandırılmasını tələb edir.

Emil Yelinekin əldə etdiyi satış müvəffəqiyyətindən sonra Daimler 1901-ci ildən sonra istehsal etdiyi avtomobilləri "Mersedes" adlandırmaq qərarına gəlir. 23 iyun 1902-ci ildə Mercedes marka adı kimi qeydiyyata alınmışdır. 26 sentyabr 1902-ci il tarixindən etibarən də qanunla da müdafiə edilir.

  • Mercedes 35 hp
  • Mercedes 8/11 PS
  • Mercedes 12/16 PS
  • Mercedes 15/20 PS
  • Mercedes 14/30 PS
  • Mercedes Simplex
  • Mercedes 38PS
  • Mercedes 39PS
  • Mercedes 55PS
  • Mercedes 8PS
  • Mercedes 28PS
  • Mercedes Knight
  • Mercedes 22PS
  • Mercedes 35PS (1905)
  • Mercedes 37PS
  • Mercedes 12/32 PS
  • Mercedes 28/95 PS
  • Mercedes 6/25/40 PS
  • Mercedes 10/40/65 PS
  • Mercedes 15/70/100 PS
  • Mercedes 24/100/140 PS