Mersedes Yellinek

Adriana Manuela Ramona Yellinek (alm. Adriana Manuela Ramona Jellinek‎; ləqəbi Mersédes (isp. Mercédes) olub; 16 sentyabr 1889[1], Vyana[1]23 fevral 1929[1], Vyana[1]) — Avstriyalı iş adamı Emil Yellinekin qızı, "Mersedes" avtomobil markası onun şərəfinə adlandırılıb.

Mersedes Yellinek
Doğum tarixi 16 sentyabr 1889(1889-09-16)[1]
Doğum yeri
Vəfat tarixi 23 fevral 1929(1929-02-23)[1] (39 yaşında)
Vəfat yeri
Vəfat səbəbi sümük xərçəngi[d]
Dəfn yeri
  • Vyana mərkəzi qəbiristanlığı[d]
Atası Emil Yellineki
Fəaliyyəti müğənni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ailəsinin üçüncü uşağı idi. Anası Raxel Qoqqman Senrobert (Rachel Goggmann Cenrobert, 1854–1893) əlcəzairli Səfərad yəhudilərindən idi. Onun babası Adolf Yellinek Vyana şəhərinin baş ravvini olmuşdur. Onu evdə "Mersedes" (Ladino dilində "şəfqət", "məlahət" deməkdir) çağırırdılar. Avstriyalı bankir və Qotlib Daymlerin avtomobil firmasının təsisçisi olan atası müəssisədə buraxılan avtomobil markasını qızının şərəfinə adlandırmışdır. "Mersedes" "Daymler"in əvvəlki modellərinin elementləri əsasında hazırlanmışdır, onun texniki yenilikləri ştamplanmış rama və giriş klapanlarının mexaniki ötürücüsü idi, amma sonradan şirkət onlardan imtina etməli oldular. Maşının idarə edilməsi qeyri-adi dərəcədə asan və ən əsası istismarda etibarlı idi. O vaxtdan "Daymler" kompaniyası "Mersedes" adını daha tez-tez istifadə etməyə başladı, firmanın bütün sonrakı modelləri bu marka altında çıxdı. Bu seriyadan olan ilk avtomobil 1901-ci il istehsalı "Mercedes 35 PS" olmuşdur. 23 fevral 1902-ci ildə "Mercedes" sözü rəsmi əmtəə nişanı kimi qeydə alındı. Həmin ildə Parisdə keçirilən avtomobil sərgisində stendlərin birində Mersedesin portreti asılmışdı. 1903-cü ilin iyununda Emil Yellinek "Yellinek" soyadını "Yellinek-Mersedes"ə dəyişmək üçün rəsmi icazə aldı.

Mersedes Vyanada yaşamış və iki qalmaqallı boşanma ilə məşhur idi. O, musiqi ilə məşğul olurdu və yaxşı səsi vardı, amma atası kimi maşın həvəskarı deyil idi. 1929-cu ildə sümük xərçəngindən vəfat etdi.

Onun qardaşı Raul Ferdinand Yellinek (1888–1939) avstriyalı yazıçı idi.

  1. 1 2 3 4 5 6 7 8 Deutsche Nationalbibliothek Record #143613537 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.