Merkel hüceyrələri, eyni zamanda Merkel-Ranvier hüceyrələri və ya toxunma epiteliya hüceyrələrionurğalılarındərilərində yer alan xəfif təmas hissi üçün lazım olan, oval formalı mexanoreseptorlardır. İnsanların barmaq ucları kimi olduqca həssas dəridə sıx olaraq mövcuddur və somatosensor gətirici sinirlərlə sinaptik bağlantı qurarlar.[1] Geniş yayılmasa da, bu hüceyrələr bədxassəli ola bilər, aqressiv və müalicəsi çətin dəri xərçəngi növü olan merkel hüceyrə karsinoması yarada bilər.[2][3]
Hər nə qədər sinir darağı (neural crest) mənşəli,[4] olduqları bilinsə də son zamanlarda məməlilər üzərində edilən təcrübələr əslində epitel mənşəli olduqlarını göstərmişdir.[5]
Merkel hüceyrələri bütün onurğalıların dərisində və selikli qişanın bəzi hissələrində mövcuddur. Məməli dərisində epidermisin bazal qatında təxmini 10 μm diametrli hüceyrələr kimi görünürlər. Həmçinin ayaqaltı səthində rete uzantıları olaraq da adlandırılan epidermis uzantılarında da mövcuddur.[6] Əsasən sensor sinir ucları ilə əlaqələndirilir və merkel sinir ucu olaraq adlandırılırlar. Onlar yavaş uyğunluq göstərən (SA1) somatosensor sinir lifləri ilə əlaqələndirilir. Yavaş titrəşimlərə (5–15 Hz) və formal, kənar kimi dərin statik təmaslara reaksiya verirlər. Kiçik aşkarlama sahələri səbəbi ilə daha çox barmaq ucları kimi bölgələrdə mövcuddur və xaricdən örtülməmiş olmadığı üçün uzun davamiyyətli təzyiqlərə reaksiya verirlər.
Merkel hüceyrələrinin mənşəyi iyirmi ildən çoxdur müzakirə mövzusudur. Quşlar üzərində sınaqdan keçirilən dəri köçürülməsi təcrübələri neural crest mənşəli olduqlarını nəzərdə tutsa da məməlilər üzərində reallaşan təcrübələr epidermis mənşəli olduqlarını da ortaya qoyur.[7][8]
Alman bədən alimi Fridrix Siqmund Merkel bu hüceyrələrdən Tastzellen və ya "toxunma hüceyrələri" olaraq bəhs etmişdir. Ancaq bu təklif olunan funksiyalarını sübut etmək çox çətin olduğu üçün mübahisəli mövzu kimi qaldı. Lakin son zamanlarda gen nəqli siçanlar üzərində edilə təcrübələrdə gətirici sinirlərin həssas geometrik detalları deşifrə etmək üçün istifadə etdiyi kodlamalarda Merkel hüceyrələrinin elzem olduğu göstərilmişdir.[9] Merkel hüceyrələrində sıx nüvə qranullarına sahib olduğu üçün bəzən APUD hüceyrələri olaraq da qəbul edilir. bu səbəbdən neyroendokrin funksiyaları ola bilər.
↑Baumann; Halata, Zdenek; Moll, I. (2003). The Merkel cell: structure-development-function- cancerogenesis. Springer. ss. 99-. ISBN 978-3-540-00374-8. 2 may 2010.
↑Halata, Z; Grim, M; Bauman, KI (2003). "Friedrich Sigmund Merkel and his "Merkel cell", morphology, development, and physiology: review and new results". The Anatomical Record Part A: Discoveries in Molecular, Cellular, and Evolutionary Biology. Cilt 271. ss. 225–39. doi:10.1002/ar.a.10029. PMID 12552639Arxivləşdirilib 2020-04-07 at the Wayback Machine. 2 mart 2020.