Mersario (it. Merzario) 70-ci illərin sonunda, Formula 1 və Formula 2 yarışlarında iştirak edən İtalyan komandası. Komanda 39 Qran pri-də iştirak etsə də heç bir xal qazanmamışdır.
Qrup, 1977-ci ildə , Ferrari, Vilyams və March komandalarında iştirak edən Arturo Merzario tərəfindən yaradılmışdır. Növbəti ildə yarışda iştirak etmək üçün heç bir qrupda yer tapa bilmədiyi üçün öz komandasını yaratmaq qərarına gəlir. Çıxış etmək üçün March 761B modeli yaradılır. İspaniyada 21-ci yer, Belçika Qran pri də 14-cü yer tutur. 1977- ci ilin sonunda İtaliya Qran pri də komanda növbəti ilə kimi iştirakı dayandırdı. Mersario şassidə öz dizaynını tətbiq etmək qərarına gəlir.
Argentinada ilk mərhələdə qrup A1 şassini təqdim etdi. Komandanın sponsoru Amerikanın siqaret şirkəti Marlboro oldu. Bütün mövsüm boyu ən yaxşı yer İsveçdə 8-ci yer olmuşdu.
İlk üç mərhələdə komanda eyni şassi (761B) ilə çıxış etdi. Bu model A2 adlandırıldı. Mersario, ilk mərhələdə Argentinada 22-ci yeri tutdu. Daha sonra A3 modeli təqdim oundu. Qarlı hava olduğundan yarış 1 ay gecikdirildi. Fürsətdən istifadə edən Mersario yeni modeli Fioranoda bir neçə dəfə sınaqdan keçirdi və bir çox problemləri aşkar etdi. A4 modeli də uğur qazandırmadı. Maliyyə problemlərinə görə komanda Formula 2-ə keçid aldı.