Meskiana döyüşü — 698-ci ildə Şimali Afrikada Həsən ibn Numanın Əməvi qüvvələri ilə kraliça Dihyə arasında baş tutmuş döyüş.
Battle of Meskiana | |
---|---|
Tarix | 698 |
Tarixçi İbn İzarinin yazdıqlarına görə, Karfageni məhv etdikdən sonra Həsən ibn Numan bütün Afrikanın ən güclü başçısı haqqında sorğu-sual etmişdir. Ona bildirilmişdir ki, bütün bərbərlərin itaət etdiyi kraliça Dihyədir və onu məğlub etsə, bütün Məğribi təslim etməyə nail olacaq.[1]
698-ci ildə Həsən ibn Numan Oresi ələ keçirməyə cəhd etmiş, lakin Dihyə tərəfindən məğlubiyyətə uğradılmış və Liviyaya geri çəkilməyə məcbur olmuşdur.[1] Əməvi ordusu ağır itki vermiş və çoxlu sayda ərəb əsgəri əsir düşmüşdür.[1][2] Bu qələbədən sonra kraliça Dihyə təxminən beş il ərzində bütün Məğribin mübahisəsiz hökmdarı olaraq qalmışdır.[1][3][4][5]