Metalların korroziyası

Metalların korroziyası və onların qarşısının alınması[redaktə | mənbəni redaktə et]

Metallar və onların ərintilərinin ətraf mühitin təsirindən kimyəvi və elektrokimyəvi dağılmasına korroziya deyilir. Korroziya latınca “aşınma” deməkdir. Metalların elektrik cərəyanı mühitlə qarşılıqlı təsiri nəticəsində dağılmasına kimyəvi korroziya deyilir. Kimyəvi korroziya quru qazların və qeyri-elektrolitlərin (neft, kerosin, benzin, sürtkü yağları və s.) təsiri nəticəsində baş verir. Kimyəvi korroziya zamanı elektronlar bilavasitə metal atomundan oksidləşdiriciyə keçir. Metalların və ya ərintilərin qalvanik cütlər əmələ gətirməsi və elektrik cərəyanının yaranması nəticəsində dağılmasına elektrokimyəvi korroziya deyilir. Mühiti su olan məhlullarda gedən korroziyanın bütün halları elektrokimyəvi korroziyaya aiddir. Elektrokimyəvi korroziya turş, qələvi, neytral mühitdə gedə bilər. Korroziyanın bu növü elektrolit mühitində müxtəlif metalların təmasda olması zamanı baş verir. Buna misal olaraq turş mühitdə mislə təmasda olan dəmirin korroziyasını göstərmək olar. Dəmir (anod) elektronlarını misə (katoda) verərək oksidləşir və (Fe)^(2+) ionlarına çevrilərək məhlula keçir. Mis katod rolunu oynadığından onun səthində hidrogen ionları reduksiya olunur. Elektrokimyəvi korroziya zamanı elektronlar daha aktiv metaldan az aktiv olan metala keçir və nəticədə aktiv metalın korroziyası sürətlənir.

Korroziyanı sürətləndirən amillər[redaktə | mənbəni redaktə et]

1.qalvanik cütü əmələ gətirən metallar gərginlik sırasında bir-birindən uzaq olduqda

2.məhlulun turşuluğu və oksidləşdiricilərin qatılığı çox olduqda

3.temperatur artdıqda

4.metalda qarışıqlar çox olduqda

5.məhlulda Cl-, Br-, SO2-3 ionları olduqda

Korroziyanın qarşısının alınması üsulları

Mühafizə örtükləri[redaktə | mənbəni redaktə et]

Metalların səthinə mühafizə ötrükləri çəkilir. Örtüklər metallardan (Zn, Sn, Pb, Ni, Cr və s.) və qeyri-metallardan ibarət ola bilər. Səthə çəkilən metal aktiv olduqda onun zədələndiyi yerdə əmələ gələn qalvanik cütdə aktiv metal anod vəzifəsini gördüyü üçün dağılır, əsas metal mühafizə olunur (anod örtükləri). Əgər qoruyucu örtük qorunan metaldan passiv olarsa, qorunan metalın korroziyası baş verir (katod örtükləri). Qeyri-metal örtüklərinə bəzi sürtkü yağlarını və yağlı boyaları göstərmək olar.

Korroziyaya davamlı ərintilərin alınması[redaktə | mənbəni redaktə et]

Ərintilərin tərkibinə Ni, Co, Cu və Cr əlavə etdikdə korroziyaya davamlı ərintilər alınır.

Elektrokimyəvi mühafizə[redaktə | mənbəni redaktə et]

a) protektor mühafizəsi zamanı qorunan məmulata nisbətən aktiv metal (Mg, Al, Zn) birləşdirilir və aktiv metal korroziyaya uğrayır. Əsas məmulat mühafizə olunur. b) katod mühafizəsi zamanı sabit cərəyan mənbəyinin katoduna (K^-) qorunan məmulat (polad qurğular), anoduna isə hər hansı dəmir parçası birləşdiriir.

Mühitin tərkibinin dəyişdirilməsi[redaktə | mənbəni redaktə et]

Korroziyanın qarşısını almaq və ya sürətini azaltmaq üçün metalın təmasda olduğu elektrolizə korroziyanı yavaşıdan maddə (inhibitor) əlavə edilir. Azotlu və təsirsiz qazlar (helium, neon, ksenon və s.) metalların korroziyasına təsir etmir.