Mett LeBlan

Mett Stiven LeBlan (ing. Matt Steven LeBlanc; 25 iyul 1967[1], Nyuton[d], Massaçusets) — amerikalı aktyor. NBC sitkomu Dostlar serialında Coyi Tribiani rolunu canlandırıb. Dostlar serialında uğurlu roluna görə 3 dəfə Emmi mükafatına nominasiya qazanmışdır. Epizodlar serialında özünün bədii versiyası olaraq rol almışdır.

Mett LeBlan
ing. Matt LeBlanc
Doğum adı Matthew Steven LeBlanc
Doğum tarixi (57 yaş)
Doğum yeri Nyuton, Massaçusets
Vətəndaşlığı ABŞ ABŞ
Həyat yoldaşı Melissa Maknayt (2003-2006)
Uşağı 1
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1987-indiyə kimi
Tanınma səbəbi Dostlar (1994-2004)
Epizodlar (2011-2017)
Boyu 1,77 m
IMDb ID0001455
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mett LeBlenk 25 iyul 1967-ci ildə Massaçusets ştatının Nyuton şəhərində anadan olub. Onun anası Patrisia italyan əsilli ofis meneceri, atası Pol LeBlan isə fransız-kanada əsilli mexanik idi.[2][3][4] O, 17 yaşında karyerasını model olaraq başlamaq üçün Nyu-Yorka köçdü. Qısa müddət sonra aktyorluğa başladı.[5]

Mett 2003-cü ildə İngiltərədə doğulmuş amerikalı model Melissa Maknayt ilə evləndi.[6] 2004-cü ildə onların bir qızı dünyaya gəldi. 2006-cı ildə isə cütlük ayrıldı.[7]

Mett ilk dəfə 1987-ci ildə "Heinz" şirkətinin reklam çarxında rol aldı. Sonradan bir neçə televiziya seriallarında kiçik və qonaq rollar aldı. Mett Dostlar serialında ağıldan kəm, amma sevimli rol olan Coyi Tribiani roluyla müvəffəqiyyət qazandı. Bu obrazı 10 il Dostlar serialında və 2 il Joey serialında olmaqla, 12 il davam etdi. Bu müddət ərzində o, həmçinin İtaliyalı axtarılır (1994), Ed (1996), Fəzada itkin (1998), Çarlinin mələkləri (2000) və onun davamı olan Çarlinin Mələkləri: Tam qaz gücü (2003) filmlərində rol aldı.

Joey serialının ləğvindən sonra Mett aktyorluğuna 5 il fasilə verəcəyini bildirdi. 2011-ci ildən etibarən Epizodlar serialında özünün bədii obrazını canlandırmağa başladı.[8][9] 2012-ci ildə keçirilən 69-cu Qızıl Kürə Mükafatlarında Mett televiziya serialında, musiqili və ya komediyada "Ən yaxşı aktyor" nominasiyasında Qızıl Kürə mükafatı qazandı və əlavə olaraq 4 Emmi mükafatına namizəd oldu.[10] Mett 2016-cı ildə yayımlanmağa başlayan CBS sitkomu Planlı adam serialında baş rolu ifa etməyə başladı və serial 2020-ci ildə ləğv edildi.[11]

  1. Matt Leblanc // GeneaStar.
  2. https://people.com/archive/cover-story-way-to-go-joey-vol-59-no-19/ Arxivləşdirilib 2022-05-03 at the Wayback Machine People. 19 may, 2003
  3. http://www.italoamericano.org/story/2015-10-16/mattleblanc Arxivləşdirilib 2020-02-26 at the Wayback Machine Italo-Americano. 16 oktyabr, 2015
  4. https://www.telegraph.co.uk/culture/tvandradio/10833366/Matt-LeBlanc-I-have-an-ego-but-I-try-to-leave-it-at-the-door.html Arxivləşdirilib 2015-01-07 at the Wayback Machine The Daily Telegraph. 17 may, 2014 tarixində dərc olunub.
  5. https://www.thetimes.co.uk/article/matt-leblanc-i-was-getting-divorced-work-wasnt-a-priority-it-was-a-rough-time-cmql82nl8 Arxivləşdirilib 2022-02-09 at the Wayback Machine The Times. 20 mart, 2018 tarixində dərc olunub.
  6. http://www.people.com/people/archive/article/0,,20157263,00.html Arxivləşdirilib 2016-05-31 at the Wayback Machine People. 17 aprel, 2006 tarixində dərc olunub.
  7. http://www.people.com/people/article/0,,1180477,00.html Arxivləşdirilib 2016-09-13 at the Wayback Machine People. 6 aprel, 2006 tarixində dərc olunub.
  8. https://www.hollywoodreporter.com/video/matt-leblanc-life-friends-taking-712923 Arxivləşdirilib 2018-08-27 at the Wayback Machine The Hollywood Reporter. 27 iyun, 2014 tarixində dərc olunub.
  9. http://www.accesshollywood.com/matt-leblanc-pokes-fun-at-the-world-of-tv-friends-and-himself-on-showtimes-episodes_article_41726 Arxivləşdirilib 2013-09-24 at the Wayback Machine Access Hollywood. 4 yanvar, 2011 tarixində dərc olunub.
  10. https://web.archive.org/web/20100108115828/http://www.goldenglobes.org/nominations/ Golden Globes.
  11. https://deadline.com/2016/06/cbs-fall-premiere-dates-2016-1201776569/ Arxivləşdirilib 2016-10-04 at the Wayback Machine Deadline Hollywood. 21 iyun, 2016 tarixində dərc olunub.