Meybl Striklend (malta Mabel Edeline Strickland 8 yanvar 1899[1] – 29 noyabr 1988[2][3]) — Maltalı jurnalist, qəzet sahibi və siyasətçi.
Meybl Striklend | |
---|---|
Doğum tarixi | 8 yanvar 1899[1] |
Vəfat tarixi | 29 noyabr 1988[2][3] (89 yaşında) |
Vəfat səbəbi | xəstəlik |
Fəaliyyəti | jurnalist, siyasətçi, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Striklend ser Cerald Striklendin qızıdır[4]. Cerald Stiklend Maltanın 4-cü baş naziri olmuşdur. Anası Ledi Edelin Sakvil Kent qraflığının 7-ci qrafı Dela Varralı Recinald sakvilin qızıdır[5]. Meybl heç vaxt ərə getməmişdir. Ona məxsus varidatın böyük hissəsi onun yerganə varisi Robert Xorniold-Stiklendə qismət olur[6].
Meybl Striklend ömrünün çox hissəsini Licdəki Villa Parizioda keçirir. Ondan əvvəl o, Maltanın Attard şəhərində ailəsinə məxsus olan Villa Bolonyaya yaşamışdır. Vila Lord Striklandın evi idi.
Meybl Striklend atası və ögey anası Ledi Striklend (Marqaret, Edvard Haltonun qızı) ilə birlikdə Maltada bir qəzet təsis edir. 1935-ci ildə The Times of Malta və İl Berka qəzetlərinin redaktoru olur. 1940-cı ildə atasının ölümündən sonra qəzetlərin idarəedici direktoru vəzifəsini tutur. Qəzet İkinci Dünya müharibəsində Maltanın mühasirəsi zamanı bir dəfə də olsun itkiyə məruz qalmasına baxmayaraq heç bir sayını əsirgətmir. Meybl 1950-ci illərdə mütərəqqi Konstitusiya Partiyasını qurur və rəhbərlik edir. 1950-ci illərin əsas siyasi liderlərindən biri kimi 1956-57-ci illərdə inteqrasiya danışıqlarında iştirak edir. 1964-cü ildə müstəqilliyə qarşı çıxır. 1962-ci ildə Malta Parlamentinə seçilir. Həmişə sərbəst və müstəqil mətbuat uğrunda mübarizə aparır və Maltanın İngiltərə və Birlik ilə əlaqələrini qorunmasının tərəfdarı olur. Təqaüdə çıxdıqdan sonra ailəsi adından Striklend Vəqfini qurur.
Meybl Striklend 29 noyabr 1988-ci ildə vəfat edir və Striklendlərin ailə qəbrstanlığı olan Müqəddəs Pol Katedralında dəfn edilir.
Она особенно гордилась своим наследием в Стрикленде и в 1975 году решила уточнить свое право наследования, выбрав меня своим наследником. Это был первый раз, когда она написала завещание с 1940 года после смерти своего отца.