Meyci Universiteti Muzeyi

Meyci Universiteti Muzeyi (明治大学博物館, Meyci Dayqaku Hakubutsukan?)Yaponiyanın Tokio şəhərinin Oçanomizu məhəlləsində yerləşən, Meyci Universitetinin nəzdində olan muzey.

Meyci Universiteti Muzeyi
Meyci Dayqaku Hakubutsukan (明治大学博物館?)
Xəritə
Əsası qoyulub 1929 (kriminal materiallar)
1951 (əmtəələr)
1952 (arxeologiya)
Açılış tarixi aprel 2004
Ölkə Yaponiya Yaponiya
Yerləşir Oçanomizu,  Tokio
35°41′55″ şm. e. 139°45′42″ ş. u.
meiji.ac.jp/museum/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muzey üç bölmədən ibarətdir: kriminal materiallar, əmtəələr və arxeologiya.[1] Bu bölmələr, müvafiq olaraq, 1929, 1951 və 1952-ci illərdə yaradılmışdır.[2]

Kriminal materiallar bölməsi XVIII əsrin ikinci yarısında cinayətkarları cəzalandırmaq üçün istifadə olunan işgəncə növlərinə həsr olunmuşdur.[1] Bu bölmədə haritsuke, qokumonişidaki qoqu kimi işgəncə metodlarına dair miniatür nümunələr,[1] Edo dövrünün feodal polisləri tərəfindən istifadə olunan cittesasumata kimi silahlar və Kamakura dövrünə aid leqal sənədlər sərgilənir.[2] Ənənəvi işgəncə metodlarından əlavə bu bölmədə gilyotindəmir gəlin kimi Qərb işgəncə alətlərinin replikalarına da rast gəlmək mümkündür.[1]

Əmtəələr bölməsi yapon əl işlərinə həsr olunmuşdur.[1] Burada dulusçuluq, bambuk, metal və lak məmulatları, vaşi nümunələri, kalliqrafiyada istifadə olunan fırçalar, kokeşi kuklaları, parçalar, mətbəx bıçaqları sərgilənir.[1][3]

Arxeologiya bölməsində Hoşikuso keçidi obsidianı, Yamaqata saxsısı, İvacukuda tapılmış paleolit ox ucluqları kimi Əhəmiyyətli mədəni mülk elan edilmiş eksponatlar sərgilənir.[2] Muzeyin arxeoloji eksponatlarına İvacuku, İzuruhara, Sunqaqava arxeoloji qazıntı yerlərindən və Natsuşima qabıq təpəsindən tapılmış tapıntılar daxildir.[3]

  1. 1 2 3 4 5 6 "Meiji University Museum". Time Out Tokyo (ingiliscə). Archived from the original on 2022-09-05. İstifadə tarixi: 5 sentyabr 2022.
  2. 1 2 3 "Meiji University Museum's Criminal Materials Department". Atlas Obscura (ingiliscə). 5 avqust 2022. Archived from the original on 2022-09-05. İstifadə tarixi: 5 sentyabr 2022.
  3. 1 2 "Meiji University Museum 明治大学博物館". Japan Experience (ingiliscə). Archived from the original on 2022-09-05. İstifadə tarixi: 5 sentyabr 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]