Meydan Larousse

Meydan Laruss: Böyük lüğət və ensiklopediya (türk. Meydan Larousse: Büyük Lugat ve Ansiklopedi) — 1969–1973-cü illərdə 12 cilddə nəşr olunmuş Türkiyə ensiklopediyası. Nəşriyyatçısı "Meydan Gazetecilik ve Neşriyat Limited Şirketi" olmuşdur. Safa Qılınclıoğlu, Nəzihə Araz, Haqqı Dəvrim nəşriyyatına dəstək olmuşdur.

Meydan Laruss
Janr ensiklopediya
Orijinalın dili türk dili

"Meydan Laruss" nəşri "Böyük Laruss Ensiklopediyası" əsasında hazırlanmışdır və müəllif hüquqlarını qoruyan türkcə məqalələrdən ibarətdir. 12 cildi tamamladıqdan sonra 2 əlavə cildlə yeni maddələr yerləşdirilmişdir. "Meydan Laruss"un hər cildi təxminən 1000 səhifədən ibarətdir.[1] 1990-cı illərdə "Hürriyet", "Milliyet" və "Sabah" qəzetləri arasında keçirilən reklam rəqabəti zamanı "Sabah" qəzeti "Meydan Laruss" nəşrini 3-cü cildin üzərinə çap edərək kupon müqabilində öz oxucularına təqdim etmişdir.[2]

  1. "Meydan Larousse Büyük Lugat ve Ansiklopedisi". Kültür ve Turizm Bakanlığı. 10 Haziran 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2022.
  2. "O Meydan Larousse'lar atılmayacak!". hurriyet.com.tr. 19 mart 2017. 25 Kasım 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2022. (#first_missing_last)