Meyvə qabıqyeyəni

Meyvə qabıqyeyəni (lat. Scolytus mali Bechst.) — buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin qabıqyeyənlər fəsiləsinə aid olan növ.

Meyvə qabıqyeyəni
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Meyvə qabıqyeyəni
Beynəlxalq elmi adı

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Sürfə mərhələsində qışlayır. Ədəbiyyat məlumatlarına əsasən aprel ayında pup mərhələsində keçir, bizim tədqiqatlara görə, pup mərhələsinə əsasən may ayının birinci ongünlüyündə keçir. Böcəklərin təbiətdə uçuşu, iyunun əvvəlindən iyulun ortalarına qədər davam edir. bu müddətdə dişi fərdlər ağacın qabıq hissəsini gəmirərək, iri deşiklər açır və oraya 60-dan 120-yə qədər yumurta qoyur. 6-8 gündən sonra yumurtalardan çıxan sürfələr qidalana-qidalana uzun yollar açaraq qabığın alt qatlarına, oduncağa qədər gedirlər. Sürfə mərhələsindən sonra oduncaq hissədə də puplaşırlar. İldə bir nəsil verir, bəzək bitkilərindən başqa digər meyvə ağaclarına da ciddi zərər verir. Bizim müşahidələrimizə görə ən çox əriyə (25-30%) və şama (20-24%) zərər verir. 2 növ (Dermestes bicolor L., Tanasimus formicarius L.) entomofaqı müəyyən olunmuşdur.

Yayılması[redaktə | mənbəni redaktə et]

Keçmiş SSRİ-nin Avropa hissəsində, Qafqazda, Sibirdə və Orta Asiyada, Azərbaycanda isə Şəki-Zaqatala, Quba-Xaçmaz, Şamaxı- Qobustan, Gəncə- Daşkəsən, Dağlıq Qarabağ, Naxçıvan MR, Lənkəran bölgəsində.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (Dissertasiya). Bakı, 2013
  1. Integrated Taxonomic Information System (ing.). 1996.