Meyvəli bazarı

Meyvəli bazarı — Meyvə və tərəvəzlərin topdan və pərakəndə satış bazarı və bazası. Bazar Qaradağ rayonunun LökbatanXocasən ərazisində, Sədərək Ticarət Mərkəzinin yaxınlığında yerləşir. Baza həmçinin Beynəlxalq avtomobil və dəmir yolu magistralının kəsişdiyi dairədədir. Regionda ən böyük Meyvə Tərəvəz Bazasıdır.

Meyvəli bazarı
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Meyvəli Məhdud Məsuliyyətli Cəmiyyəti 16 may 2008-ci ildə bir qrup işadamı tərəfindən təsis edilmişdir. Meyvəli MMC-nin əsas faaliyət istiqaməti Meyvə və Tərəvəzlərin Topdan və Pərakəndə Satış işinin təşkilidir. Meyvəli MMC-nin əsas yaranma məqsədi Azərbaycan Respublikasında ölkə əhalisinin tələblərinə cavab verə bilən və yerli fermerlərin kənd təsərrüfatı məhsullarını keyfiyyətli və rahat şəkildə yerli bazara çıxarılmasını təmin etməkdir. Bunun üçün Meyvəli Bakı şəhərinin girişində yerləşməklə ölkənin hər bir istəqamətindən gətirilən kənd təsərrüfatı məhsullarının rahat şəkildə paytaxta gətirilməsinə şəait yaratmışdır. Bundan əlavə Meyvəli tikilib yerli fermelərin istifadəsinə verilən soyuducu anbarda kənd təsərrüfatı məhsullarının keyfiyyətini itirmədən əhalinin istifadəsinə verilməsi də bu məqsədə qulluq etməkdədir. Ən əsası olaraq da, ölkəmizdə müasir standartlara tələb verən Meyvəlinin qurulması nəinki regionda və hətta MDB məkanında analoqu olmayan bir Meyvə Tərəvəz Bazası olmaqla ölkənin inkişaf tempinə ozdəstəyi və əhalinin rifahini yaxşılaşdırılması və yeni iş yerlərinin açılması baxımından oz əvəzedilməz tovhəsini vermiş və bununla da ölkə rəhbərliyinə bir dəstək nümunəsi nümayiş etdirmişdir.[1]

2009-cu ildə istifadəyə verilib. Ümumi ərazisi 35 ha olan "Meyvəli" — meyvə və tərəvəz məhsullarının saxlanması, satışı və tranziti üçün nəzərdə tutulur. 3 korpusdan ibarət 8.000 m² sahəsi olan 16,000 ton tutumlu 80 satış anbarı; 2 korpusdan ibarət 7.000 m² sahəsi olan 14,000 ton tutumlu 36 soyuducu saxlama anbarları; kənd təsərrüfatı məhsullarının yarmarka və pərakəndə satış bazarı üçün isə 4000 m² -lik sahə fəaliyyətdədir. Anbarlar Amerika, Almaniya, İtaliya, Belçika, Danimarka, İsveç, Yaponiya, Türkiyə ölkələrinin istehsalı olan avadanlıqlar, elektron tərəzilər, mexaniki yük qaldırıcı qurğularla (kara "TOYOTA" firması) təchiz olunmuşlar.[2]

  1. "Meyvəli Məhdud Məsuliyyətli Cəmiyyəti". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-05.
  2. "Meyvəli 8 yaşını qeyd edir". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-05.