"Sədərək Ticarət Mərkəzi" — Azərbaycanın ən böyük ticarət mərkəzlərindən biri
"Sədərək Ticarət Mərkəzi" 1995-ci ildən Binə qəsəbəsi yaxınlığında fəaliyyətə başlamış, sonradan şəhərdə aparılan tikinti və abadlaşdırma işləri ilə əlaqədar 2009-cu ilin aprel ayında Lökbatan qəsəbəsinə köçürülmüşdür.
Sədərək Firmasının rəhbərliyinin dəstəyi sayəsində iş adamları ABŞ, Fransa, İtaliya, Çin, Yunanıstan, Rusiya, Türkiyə, İran Çexiya, Polşa kimi bir sıra xarici ölkələrin aparıcı fabrik və zavodları ilə işgüzar əlaqələr quraraq əməkdaşlıq edirlər. Bu əməkdaşlıq nəticəsində regionda qiymətlərin 30-40%-ə qədər enməsinə, Ticarət Mərkəzində dünyanın bir çox xarici ölkələrindən gətirilən yüksək keyfiyyətli malların satılmasına nail olunmuşdur. Bu gün Sədərək Ticarət Mərkəzi yalnız Azərbaycanda, deyil eyni zamanda Cənubi Qafqaz regionunda yerləşən qonşu Gürcüstan, Rusiyanın iş adamları üçün də əsas topdansatış mərkəzinə çevrilmişdir.
Sədərək Ticarət mərkəzinin ərazisində təmizlik, yaşıllaşdırma və abadlıq işləri hər gün aparılır. Ticarət mərkəzinin ərazisindəki istər istehsal, istərsə də satışla məşğul olan qurumlar mövcud ekoloji standartlara uyğun fəaliyyət göstərir. Sədərək Ticarət mərkəzinin ərazisindəki çirkab sular, dünya standartlarına uyğun xüsusi su təmizləmə qurğu vasitəsi ilə təmizlənir, təmiz texniki su halına gətirilərək, ərazidəki yaşıllıqların suvarılmasında istifadə olunur.
Məscid Qafqazın ən böyük ticarət mərkəzlərindən biri olan Sədərək Ticarət Mərkəzinin ərazisində 2007-ci ildə tikilmişdir.[1] Məscid əsasən işçilər üçün nəzərdə tutulmuşdur.[2]
Sədərək Ticarət Mərkəzi şərti olaraq 6 hissəyə bölünürː
Sədərək Ticarət Mərkəzi ərazisində böyük miqdarda münasib şəraitli, örtüklü anbarlar fəaliyyət göstərir. Tikinti materialları, geyim əşyaları, qida məhsulları, xalçalar, məişət avadanlıqları, xəz-dəri məhsulları və başqa istənilən malların saxlanıldığı və emal edildiyi bu anbarlar, malların topdansatışına əlverişli zəmin yaradır.
Sədərək Ticarət Mərkəzinin ərazisində yerləşən 10 yük Cargo terminalına Çin, Türkiyə, İran, Gürcüstan, Rusiya kimi ölkələrdən daşınan yük malları qəbul olunur.Yükdaşımaların operativliyi və yüklərin təhlükəsizliyi ən yüksək səviyyədə təşkil olunub.
TM ərazisində Sədərək turizm agentliyi də fəaliyyət göstərir. Agentlik aviobiletlərin satışı, pulsuz çatdırılma, viza dəstəyi, Bakıda və xaricdəki mehmanxanalarda yerləşdirilmə, nəqliyyat: dəmiryolu, avtomobil və mikro-avtobus xidmətləri, Azərbaycan və xaricdə grup və VIP turların təşkili, bələdçi və tərcüməçi, Hava limanında qarşılama və yola salma, daxili və xarici turizm kimi xidmətlər təqdim edir.