Miçat qətliamı

Miçat qətliamı (vyet. Thảm sát Mỹ Trạch) — Birinci Hind-Çin müharibəsində Fransa ordusunun vyetnamlı mülki şəxslərə qarşı törətdiyi müharibə cinayəti. Fransa qoşunları 29 noyabr 1947-ci ildə səhər saat 5-dən səhər saat 8-ə qədər Vyetnamın Kuanqbin vilayətinin Lethyui rayonunun Mithyui kommunasının Miçat kəndində qətliam törətmişdilər. Fransa ordusu burada 326 evi yandırmış və kənd sakinlərinin yarıdan çoxunu qətlə yetirmişdir.[1] Fransa qoşunları bir çox qadını öldürməzdən əvvəl onları zorlamışdılar. Fransa ordusu Miçatda 300-dən çox mülki sakini, o cümlədən 170 qadın və 157 uşağı qətlə yetirmişdir.[2]

Miçat qətliamı
Ümumi məlumatlar
Tarix 29 noyabr 1947
Ölü sayı
  • 300

Qətliam yeri Miçat Dəmiryol Stansiyasının yanında, Şimal-Cənub Dəmiryolunda yerləşən Miçat körpüsünün ətəyində idi. Fransa əsgərləri qurbanları körpünün ətəyinə məcburən apararaq onları sıraya düzmüş, sonra pulemyot atəşi ilə öldürmüşdür.[2]

Miçat sakinləri hər il 29 noyabr tarixində "Nifrət tarixi" kimi yas tuturlar.[3]

27 dekabr 2001-ci ildə Vyetnam Mədəniyyət Nazirliyi memorial saytın yerləşdiyi memorial parkı Vyetnamın Milli Tarixi Reliktlərindən biri kimi təsnif etmişdir.[4]

  1. Minh, Huệ. "Visit My Trach village". Thanh Nien. December 7, 2018. April 16, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 15, 2021.
  2. 1 2 "My Trach Massacre Care Service". Quảng Bình Official Website. October 9, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 15, 2021.
  3. "The My Trach Massacre - An aching pain for 66 years". Dan Tri. November 28, 2013. March 30, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 15, 2021.
  4. Sources: Information on the Memorial Stele and on Official Website of Quảng Bình Provincial Government

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]