MiQ-29 təyyarəsinin qəzası (2008)

MiQ-29 təyyarəsinin qəzası29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" döyüş təyyarəsinin təlim uçuşu zamanı qəzası.

MiQ-29 təyyarəsinin qəzası
Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi
Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi
Ümumi məlumatlar
Tarix
Yer Azərbaycan Azərbaycan
Komanda 2
Ölü sayı 2
Təyyarə
Təyyarə modeli "MiQ-29"

29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub. Ə. Aslanovun cəsədi bir neçə gün sonra dənizdən aşkarlansa da, F. Əsgərovun nəşini tapmaq mümkün olmayıb.[1]

Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi bazadan təlim uçuşu üçün havaya qalxan "MiQ-29" markalı döyüş təyyarəsi sahildən 6 km uzaqlıqda dənizə düşüb. Həmin gün Azərbaycan şahinləri – kapitan Əfqan Aslanov və polkovnik-leytenant Fəxrəddin Əsgərov qəzaya uğrayan təyyarəni yaşayış məntəqələrindən mümkün qədər uzaqlaşdıraraq dənizə salmaqla daha dəhşətli faciənin qarşısını ala bildilər. Təyyarənin qalıqları və pilotlardan Ə. Aslanovun cəsədini dənizin dibindən 1 ay sonra çıxarmaq mümkün olub, digər pilotun nəşi isə tapılmayıb.

MiQ-29 təyyarələri Rusiyada istehsal olunur. Lakin qəzaya uğrayan təyyarə Ukraynadan alınıb.[2]

  1. Vüqar Ələsgərov. "Azərbaycanla bağlı təyyarə qəzaları - XRONOLOGİYA". news.lent.az (azərb.). Lent.az. 23.01.2011. 1 February 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 may 2016.
  2. Aqşin Rafiqoğlu. "Bu gün Azərbaycanın "Miq-29" təyyarəsinin qəzaya uğramasından 3 il ötür" (azərb.). ANS-Press. 29 Yanvar, 2011. 6 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2016.