Midaqrabindon

Midaqrabindon[1] (rus. Мидаграбиндон, oset. Мидӕгрӕбындон) — Şimali Osetiyanın Priqorodnı rayonunda axan çay. Axını nəticəsində ərazidə kanyon yaranıb.

Midaqrabindon
rus. Мидаграбиндон, oset. Мидӕгрӕбындон
Ölkə
Region
Vilayət
Mənbəyi Baş Qafqaz silsiləsi
Mənsəbi Gizeldon
Su sistemi GizeldonArdonTerekXəzər dənizi
DSR[ru] 07020000112108200003504

Mənbəyi Baş Qafqaz silsiləsində yerləşir, mənsəbi isə Gizeldon çayı hesab olunur. Bundan əlavə, aşağıdaki su sisteminə malikdir: Gizeldon çayı vasitəsilə Ardon çayına axır, oradan Terek çayına keçərək Rusiya Federasiyası ərazisində Xəzər dənizinə tökülür. Midaqrabindon çayına Skaron adlı kiçik çay axır.

Buranı təsvir etmək üçün Midaqrabindon şəlalələri adı da istifadə olunur,[2] onlardan biri Zeyqalandır. Bu şəlalələr mövsümidir, çünki onların içərisində su miqdarı fəsil və hava amillərindən asılıdır. Çayın özü də yüksəklikdən vadiyə "düşür". Djodjora çayına qovuşaraq, Gizeldon çayını əmələ gətirir.

Axın boyu yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]

Koban dərəsindən Kaxtisar yolu ilə bu obyektlərə yol tapmaq mümkündür. Köhnə yol, bir neçə tuneli ilə birlikdə 2002-ci ildə Kolka buzlağının enişindən sonra basdırıldı. Hadisədən sonra bir müddət Kurtat dərəsindən keçən alternativ yoldan istifadə olunurdu.

  • Tbauxox — Midaqrabindon tərəfdən görülə bilən və təqribən 3 km hündürlüyündə olan müqəddəs Osetiya dağı.
  1. "-don" osetin dilindən "çay" mənasını verdiyindən, mənbələrdə Midqarbin adına da rast gəlinir. Bu söz həmçinin bir neçə yerli toponimlərin (buzlaq, Midaqrabinxox dağı, dərə) adlarında istifadə olunur.
  2. "Водопады". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]