Midhəd Qəfərov

Midhəd Qəfərov (1966, Salyan rayonu) — hüquq elmləri doktoru, professor.[1]

Midhəd Qəfərov
Doğum tarixi 1966
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi hüquq
Elmi dərəcəsi
  • hüquq doktoru[d]
Elmi adı
Təhsili

Midhəd Seyidəhməd oğlu Qəfərov 1966-cı ildə Azərbaycan Respublikasının Salyan rayonunun Noxudlu kəndində anadan olmuşdur. 1973–1983-cü illərdə Salyan rayonunun Noxudu kəndindəki orta məktəbdə təhsil almışdır. O, 1988–1993-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsini fərqlənmə ilə bitirmiş, 1994–1999-cu illərdə BDU-nun "Cinayət prosesi" kafedrasının aspirantı olmuşdur. M. Qəfərov 1993–1994-cü illərdə BDU-nun "Cinayət prosesi" kafedrasının baş laborantı vəzifəsində işləmişdir. 1994-cü ildən BDU-nun "Cinayət prosesi" kafedrasının müəllimidir.[1]

Elmi yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Midhəd Qəfərov 1999-cu ildən hüquq elmləri namizədi, dosent, 2009-cu ildən hüquq elmləri doktorudur. 2004–2011-ci ildən BDU-nun hüquq fakültəsinin magistratura üzrə dekan müavini vəzifəsində çalışmışdır. 2012-ci ildən "Cinayət prosesi" kafedrasının professorudur.[1]

Təhqiqat sahəsi: Cinayət prosesində müstəntiq tərəfindən müttəhimin hüquqları və qanuni mənafeyinin təmin edilməsi; Müqayisəli cinayət prosessual hüquq;AR-in hüquq-mühafizə orqanları; Təhqiqat; Appelyasiya və kassasiya instansiyalarında icraat.[1]

Əsas əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Hüquq-mühafizə orqanları. Bakı, 2010 (Hikmət Eyvazovla müştərək)[2]
  • İbtidai istintaqda müstəntiq tərəfindən müttəhimin hüquqları və qanuni mənafeyinin təmin edilməsi
  • Azərbaycan Respublikasinin Cinayət prosesində şəxsiyyətin hüquqlarinin təmin edilməsi . monoqrafiya
  • Azərbaycan Respublikasinin Cinayət prosesində şəxsiyyətin hüquqi vəziyyəti və onun təminatı problemləri monoqrafiya
  • Azərbaycan Respublikasinin hüquq mühafizə orqanlari dərslik
  • Azərbaycan Respublikasinin hüququ mühafizə orqanlari dərs vəsaiti
  • Yuvenal Ədliyyə. Yetkinlik yaşina catmayanlar tərəfindən törədilən cinayət işləri üzrə ədalət mühakiməsi icraati.dərslik
  • Yuvenal ədliyyə yetkinlik yaşina catmayanlarin ədalət mühakiməsi dərs vəsaiti[1]
  1. 1 2 3 4 5 "Qəfərov Midhəd Seyidəhməd oğlu". 2020-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-06.
  2. "Hüquqşünaslar üçün yeni dərslik çapdan çıxıb". 2014-04-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-06.