Midhət Əhmədov

Midhət ƏhmədovAzərbaycan bəstəkarı, pedaqoq.

Midhət Əhmədov
Midhət Məmmədhəsən oğlu Əhmədov
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı
Musiqiçi məlumatları
Fəaliyyəti Bəstəkar

1914-cü ildə Bakıda neftçi - mühəndis ailəsində dünyaya gələn M.Əhmədov orta məktəbi bitirdikdən sonra işçi fakültəyə, - kontrabas sinfinə daxil olur. O illər Azərbaycanda milli musiqiçi kadrların yetişdirilməsi məsələsi aktual idi və elə bu məqsədlə 1934-cü ildə M.Əhmədov Leninqrada (Sankt-Peterburq) ezam olunur. Leninqrad konservatoriyasının professorları K.Kuşnaryov və M.O.Şteynberqin sinfində bəstəkarlıq sənətinin sirlərini mənimsəyir (həmçinin D.Şestakoviçin dərslərində də könüllü iştirak edən).

İkinci Dünya müharibəsi M. Əhmədovu təhsilini yarımçıq qoyub Bakıya dönməyə məcbur etdi. Bakı Konservatoriyasında təhsilini davam etdirməklə yanaşı (B.İ.Zeydmanın sinfində) o, ictimai fəaliyyətə də başlayır. Azərbaycan Konsert Birliyində, Respublika Uşaqların Bədii Tərbiyəsi Evində M.Əhmədov genişmiqyaslı işlər aparır.

Bir çox dövlət mükafatı qazanıb. Bunların sırasında 1978-ci ildə layiq görüldüyü Azərbaycan SSR Əməkdar Müəllimi fəxri adı var.[1]

Simfonik əsərləri
  • Simfonik orkestr üçün "Cəngi"
  • "Qəhrəmanlıq uvertürası"
  • "Bəhram Gur" simfonik poeması
  • "Bakı komissarları"na həsr olunmuş simfoniya
Uşaqlar üçün əsərlər
  1. N. Abdullayeva - Bəstəkarlar ustadı (Midhət Əhmədov haqqında). Arxivləşdirilib 2022-01-24 at the Wayback Machine "Musiqi dünyası" jurnalı.
  2. "Azərbaycan uşaq ədəbiyyatı - "Ayı" mahnısının sözləri". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-16.
  3. "Azərbaycan uşaq ədəbiyyatı - "Canlı guşə" mahnısının sözləri". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-16.
  4. "Azərbaycan uşaq ədəbiyyatı - "Güllər" mahnısının sözləri". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-16.