Midhət Ağamirov

Midhət Ağamirov (15 may 1920, Şuşa1 noyabr 1995) —Tanınmış filosof, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi və əməkdar elm xadimi. Azərbaycan SSR EA müxbir üzvü. Marksist-leninçi fəlsəfi fikir tarixinin tədqiqi, təbliği və tədrisinin görkəmli nümayəndəsi.

Midhət Ağamirov
Midhət Mir Musa oğlu Ağamirov
professor Z.Göyüşov və professor Midhət Ağamirov
professor Z.Göyüşov və professor Midhət Ağamirov
Doğum tarixi 15 may 1920(1920-05-15)
Doğum yeri
Vəfat tarixi 1 noyabr 1995(1995-11-01) (75 yaşında)
Vətəndaşlığı Azərbaycan
Elmi dərəcəsi fəlsəfə elmləri doktoru
Elmi adı Professor
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1982"Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 1970
"Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1946

Midhət Mir Musa oğlu Ağamirov 15 may 1920-ci ildə Şuşada ziyalı ailəsində dünyaya göz açmışdır. Orta təhsilini başa vurduqdan sonra, 1940-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. Midhət Ağamirov öz dövrünə görə elmin bir çox sahələrində məşhur olan Mir Möhsün Nəvvabın oğul nəvəsidir.

Midhət Ağamirov 15 yanvar 1939-cu ildən 12 oktyabr 1940-cı ilə kimi “Gənc işçi” qəzetində çalışmış, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi aparatında əməkdaçlıq etmiş, “Gənc bolşevik” jurnalında məsul katib kimi fəaliyyət göstərmiş, “Pionerskaya pravda” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olmuşdur.

1 sentyabr 1940-cı ildən 1 iyul 1941-ci ilə kimi Vladimir İliç Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tələbəsi olmuşdur. 8 oktyabr 1941-ci ildən 15 iyul 1942-ci ilə kimi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzdindəki Partiya Tarixi İnstitutunda-Sov.İKP MK yanında Marksizm-leninizm İnstitutunun Azərbaycan filialında elmi işçi vəzifəzində çalışmılşdır.

16 iyul 1942-ci ildən 28 iyul 1957-ci ilə kimi həmin İnstitutda böyük elmi işçi vəzifəsində fəaliyyət göstərmişdir. Həmçinin, bu illərdə ali məktəblərdə də dərs demişdir. 1947-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində “M.Ə.Sabirin ictimai-siyasi baxışları” mövzuisunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 27 iyul 1957-ci ildən 18 aprel 1977-ci lə kimi Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır.

18 aprel 1977-ci ildən 7 oktyabr 1986-cı ilə kimi Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutunda “Marksizm-leninizm fəlsəfəsinin tarixi” şöbəsinin müdiri işləmiş, 8 oktyabr 1986-cı ildən ömrünün sonuna kimi həmin institutda “Fəlsəfə və ictimai fikir tarixi” şöbəsinin müdiri vəzifəsində işləmişdir.

1972-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Azərbaycanda marksist-leninçi təlim uğrunda mübarizə tarixindən” adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. Bundan başqa, 1945-1947-ci illərdə Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutunda elmi işçi, 1948-1949-cu illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda marksizm-leninizm fəlsəfəsi kafedrasının assistenti, 1949-1951-ci illərdə həmin institutda marksizm-leninizm fəlsəfəsi kafedrasında baş müəllim, 1952-ci ildən 1982-ci ilə kimi həmin institutda fəlsəfə kafedrasının dosenti, 1983-1985-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində tarixi materializm kafedrasında mühazirə kursları aparmış, Çingiz İldırım adına Azərbaycan Politexnik İnstittunda fəlsəfə kafedrasının professoru kimi də fəaliyyət göstərmişdir.

Midhət Ağamirov XX əsrin əvvəllərində Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikrin , marksist-leninçi fəlsəfənin aparıcı tədqiqatçılarından biri olmuşdur. İnstitutda işlədiyi müddətdə 10 (on) monoqrafiya çap etdirmişdir. “Mirzə Ələkbər Sabirin dünyagörüşü”(1962), “Azərbaycan ictimai fikrində milli məsələ”(1963), “Azərbaycanda marksist-leninçi ideologiya uğrunda mübarizə tarixindən”(1965), “Azərbaycanda marksist-leninçi təlim uğrunda mübarizə tarixindən”(1971), “İrtiuca illərində Azərbaycanda marksist-leninçi fukir”(1980), “Abdulla Şaiqin dünyagörüşü”(1983), “Məhəmməd Hadinin fəlsəfəsi”(1987), “Azərbaycanda marksist-leninçi təlimin yayılması”(1988), “Azərbaycan romantiklərinin dünyagörüşü”(1989), “Azərbaycanda qeyri-marksist ideya cərəyanlarının tənqidi”(1989).

Bu illərdə Midhət Ağamirovun Azərbaycanda marksist-leninçi təlimin yayılması tarixinə, elmi kommunizmin problemləri və marksist-leninçi fəlsəfənin tarixinə dair yüzdən çox elmi məqaləsi çap edilmişdir.

Midhət Ağamirov “Azərbaycanda fəlsəfə və ictimai-siyasi fikir tarixi” çoxcildliyinin baş redaktorunun müavini, dördüncü cildin məsul katibi olmuşdur. O öz əsərlərində külli miqdarda arxiv materiallarını, müxtəlif dillərdə olan çoxlu sayda bolşevik mətbuatını, müxtəlif burjua və digər cərəyanları öyrənib ümumiləşdirmək əsasında Azərbaycanda müxtəlif dövrlərdə marksist-leninçi təlimin yayılması tarixini, əsrin əvvəllərində idealist və materialist fəlsəfə arasında gedən gərgin mübarizəni açıqlamışdır. Habelə, fəlsəfi materializmin , tarixi materialistcəsinə anlamanın, sinif, sinfi mübarizə, dövlət, inqilab, millət və milli münasibətlər kimi problemlər ətrafında gedən mübarizənin təbliği və müdafiəsində V.İ.Leninin “Materializm və empiriokritisizm” əsərinin böyük əhəmiyyət daşıdığını qeyd etmişdir.

Midhət Ağamirovun Azərbaycanda marksist-leninçi fəlsəfənin tarixinə aid əsərləri mərkəzi elmi-nəzəri və respublikanın partiya mətbuatında çox yüksək qiymətləndirilmişdir. Onun 1971-ci ildə rus dilində nəşr olunmuş “Azərbaycanda marksist-leninçi təlim uğrunda mübarizə tarixindən” adlı əsəri haqqında “Fəlsəfə məsələləri” jurnalının 12-ci sayında müsbət rəy dərc olunmuşdu. 1972-ci ildə isə “Moskva Universitetinin Xəbərləri”ndə (№12) də belə bir rəy çap edilmişdi. Həmin rəydə deyilirdi: “Midhət Ağamirovun “Azərbaycanda marksist-leninçi təlim uğrunda mübarizə tarixindən(1906-1907)” adlı kitabı çox ciddi və orijinal elmi-tədqiqat əsəridir. Marksist-leninçi fəlsəfə elminin öyrənilməsinə vacib və qiymətli hədiyyədir”.

1980-ci ildə rus dilində nəşr olunmuş “İrtica illərində Azərbaycanda marksist-leninçi fəlsəfi fikir” adlı monoqrafiyası haqqında “Moskva Universitetinin Xəbərləri”ndə(1980,№3) dərc edilmiş rəydə deyilirdi:” Midhət Ağamirovun “İrtica illərində Azərbaycanda marksist-leninçi fikir” monoqrafiyası bütövlükdə özünün elmi ləyaqətinə, dərinliyinə, aydın ifadəsinə, irəli sürülən məsələlərin məntiqi dəlillərə əsaslanmasına, partiya yönümünə, üzə çıxarılmış faktlara elmi yanaşmasına görə, sözsüz, bizim son illərdə fəlsəfi fikir sahəsində əldə etdiyimiz ən böyük nailiyyətlərdən biridir. Marksist-leninçi fəlsəfə tarixinə qiymətli bir hədiyyə olduğu üçün onu cəsarətlə Sovet filosoflarının ən yaxşı tədqiqatları ilə bir sırada qoymaq olar”.

Midhət Ağamirovun məqalələrinin əsas hissəsi marksizm-leninizm klassiklərinin aşağıdakı görkəmli əsərlərinə həsr edilmişdir: Karl Marks və Fridrix Engelsin “Kommunist partiyasının manifesti”, Karl Marks və Fridrix Engelsin 3 cildlik seçilmiş əsərlərinin birinci cildi, Fridrix Engelsin “Anti-Dürinq”, V.İ.Leninin “Materializm və empiriokritisizm”, “Fəlsəfə dəftərləri”, “Mübariz materializmin mahiyyəti haqqında” və sair. Midhət Ağamirovun məqalələri, yazıları əsasən marksizm-leninizm klassiklərinin əsərlərinə həsr olunduğu üçün , şübhəsiz, elmi maraq doğurur. Bu əsərlər ilk dəfə olaraq Midhət Ağamirov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdur. Bir sıra məqalələri isə elmi kommunizm problemlərinə həsr edilmişdir.

Midhət Ağamirov Azərbaycan SSR EA tərəfindən hazırlanan və 35 çap vərəqi həcmində olan ilk fundamental “İctimai-siyasi terminlər lüğəti”nin baş redaktoru olmuşdur. Bu lüğət fəlsəfəni, siyasi iqtisadı, elmi kommunizm nəzəriyyəsini , qismən də etikanı, estetikanı, elmi ateizm və hüququ əhatə edir.

Marksizm-leninizm klassiklərinə aid əsərlərin Azərbaycan dilinə tərcümə edilməsində Midhət Ağamirovun əməyi olduqca böyükdür. Klassiklərin başlıca fəlsəfi əsərlərininm tərcüməçisi, demək olar ki, Midhət Ağamirovdur. O, aşağıdakı əsərləri Azərbaycan dilinə tərcümə etmişdir: Karl Marksın 1, 2, 3 və 4-cü cildlərini, “Siyasi iqtisadın tənqidinə dair”, “Fəlsəfə yoxsulluğu”,Marks və Engelsin “Kommunist partiyasının manifesti”, iki cildlik “Seçilmiş əsərlər”in 1-ci və 2-ci cildini, “Seçilmiş məktublar”ı, üçcildlik “Seçilmiş əsərlər”in 1,2 və 3-cü cildlərini, Fridrix Engelsin “Anti-Dürinq”ini, , “Təbiətin dialektikası”əsərini, “Sosializmin utopiyadan elmə doğru”, “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi” əsərlərini, V.İ.Leninin “Materializm və empiriokritisizm”, “Fəlsəfə dəftərləri” və s. cəmi 18 cild.

Midhət Ağamirov B.İ. Leninin 55 cildlik əsərlərinin hamısının tərcüməsində iştirak etmişdir. 1970-ci ildə Midhət Ağamirova “ V.İ.Leninin əsərlərinin 4-cü nəşrinin Azərbaycan dilinə tərcüməsi sahəsindəki yüksək fəaliyyətinə görə” “respublikanın Əməkdar Mədəniyyət işçisi” fəxri adı verilmişdir. 1982-ci ildə ona”Elmin inkişafında və elmi kadrların hazırlanmasındakı xidmətlərinə görə” “Azərbaycan SSR-nin Əməkdar Elm Xadimi” kimi fəxri ad verilmişdir. 1985-ci ildə Midhət Ağamirov V.İ.Leninin 55 cildlik külliyyatının Azərbaycan dilinə tərcüməsində iştirakına görə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən “Fəxri Fərman”la təltif edilmişdir. Midhət Ağamirov beynəlxalq elmi konqreslərdə respublikanı təmsil etmiş, dəfələrlə ümumittifaq elmi forumlarda nəzəri məruzələrlə çıxış etmişdir. O, eyni zamanda, böyük ictimai iş aparmaqla da məşğul olmuşdur. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin redaksiya komissiyası sədrinin müavini, Azərbaycan Sovet Ensiklopediyasının fəlsəfə üzrə elmi məsləhətçisi, Azərbaycan SSR EA Terminologiya Komitəsinin üzvü, Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutu Elmi Şurasının üzvü, Sov.İKP MK yanında MLİ-nin Azərbaycan KP MK-nin nəzdindəki filialı olan Partiya Tarixi İnstitutu Elmi Şurasının üzvü, Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutunun nəzdindəki doktorluq dərəcəsi verən İxtisaslaşdırılmış Şuranın üzvü olmuşdur.

1944-cü ilin may ayında “Qafqazın müdafiəsinə görə”, 1945-ci ildə “Böyük Vətən müharibəsi illərində fədakar əməyinə görə” , 1946-cı ildə “Əmək fədakarlığına görə”, 1985-ci ildə “Böyük Vətən müharibəsində (1941-1945) qələbənin 40 illiyinə görə” medalları ilə təltif olunmuşdur.

Midhət Ağamirovun elmi yaradıcılıq fəaliyyətini əks etdirən işləri təxminən aşağıdakılardan ibarətdir:

  • 1. Proletar beynəlmiləlçiliyi beynəlxalq kommunist hərəkatının əsasıdır (1978).
  • 2. Onun təlimi ölməzdir(Karl Marksın anadan olmasının 160 illiyi münasibətilə, rus dilində (1978).
  • 3. Marksizm xəzinəsinin sərvəti (K.Marks və F.Engelsin 3 cildlik “Seçilmiş əsərləri”nin 1-ci cildi haqqında(1978).
  • 4. Həyatımızın qanunu (SSRİ Konstitusiyasının 1-ci ildönümü münasibətilə (1978).
  • 5. Dövrümüzün ən böyük fəlsəfi əsəri (V.İ.Leninin “Materializm və empiriokritisizm” əsəri haqqında(1978).
  • 6. Hamı bütün hüquqlarda bərabər olmalıdır (Məhəmməd Hadinin sosial-siyasi baxışları haqqında, rus dilində, 1978)
  • 7. Mütəfəkkir (Məhəmməd Hadinin fəlsəfi baxışları haqqında (1979).
  • 8. İrtica illərində Azərbaycanda marksist-leninçi fəlsəfi fikir, rus dilində, (1980).
  • 9. Marksist fəlsəfənin klassik əsəri(V.İ.Leninin “Materializm və empiriokritisizm” əsərinin 70 illiyi münasibətilə (“Leninçi fəlsəfi irs və müasirlik” adlı topluda, 1980).
  • 10. Azərbaycan dilində fəlsəfi və sosial-siyasi terminologiyanın yaradılmasına dair (“Terminologiya məsələləri” toplusunda, 1984).
  • 11. Birinci rus inqilabı illərində Azərbaycanda marksist-leninçi fəlsəfənin təbliği və yayılması,(1976).
  • 12. Birinci rus inqilabı ərəfəsində Azərbaycanda tarixi materializm məsələlərinin təbliği və yayılması(1978).
  • 13. Qeyri-marksist sosioloji konsepsiyaların tənqidi(1980)
  • 14. Oktyabraqədərki dövrdə Azərbaycanda maxist və pozitivist konsepsiyaların tənqidi(1980).
  • 15. Xalqlararası əlaqənin qüdrətli vasitəsi (1981)
  • 16. Marksizmin xəzinəsinə qiymətli hədiyyə ( V.İ.Leninin “Mübariz materializmin mahiyyəti haqqında” kitabı barədə, 1982)
  • 17. Böyük fəlsəfi əsər (V.İ.Leninin “Fəlsəfə dəftərləri” kitabı haqqında, 1982)
  • 18. Partiya rəhbərliyi və kütlələrin ruh yüksəkliyi (1982).
  • 19. Marksizm-leninizm canlı yaradıcı təlimdir (1983).
  • 20. Azərbaycan romantiklərinin fəlsəfəsi(çoxcildli “Azərbaycan fəlsəfəsi tarixi” üçün, 1982)
  • 21. Marksizmə layiqli hədiyyə (1983)
  • 22. Azərbaycan romantiklərinin fəlsəfəsi(1982)
  • 23. Böyük məqsədə doğru(1983)
  • 24. Karl Marks və müasirlik (rus dilində, 1983)
  • 25. V.İ.Leninin “Fəlsəfə dəftərləri haqqında”(1983)
  • 26. X1X əsrin axırlarında Azərbaycanda marksizm-leninizm ideyalarının təbliği və yayılması (1983)
  • 27. 1905-1907-ci illər birinci rus inqilabına qədər Azərbaycanda marksizm-leninizm ideyalarının yayılması (1984)
  • 28. Hüseyn Cavidin fəlsəfi baxışları (1984)
  • 29. Böyük ideyalar şairi (1984)
  • 30. Görkəmli şair-mütəfəkkir (Hüseyn Cavid haqqında, rus dilində, 1984).
  • 31. Hüseyn Cavidin fəlsəfi düşüncələri haqqında (1984)
  • 32. Böyük şərəf(1985)
  • 33. Böyük ideya irsi(rus dilində, 1985)
  • 34. Birinci rus inqilabı illərində Azərbaycanda marksist-leninçi fəlsəfənin yayılması (1985)
  • 35. Aktual tədqiqat(M.İsmayılovun”İmperializm dövründə Azərbaycanın sosial-iqtisadi quruluşu” kitabına rəy.Rus dilində, 1985).
  • 36. Midhət Ağamirov akademik A.O.Makovelskinin 80 çap vərəqi həcmində iki kitabını redaktə etmişdir.
  • 37 Tarixi marksist-materialistcəsinə anlamanın təbliği (1986)
  • 38 Sinif və sinfi mübarizə haqqında marksist-leninçi təlimin təbliği və müdafiəsi (1986)
  • 39. İrtica illərində Azərbaycanda marksist-leninçi fəlsəfənin təbliği və müdafiəsi(1986)
  • 40. Marksist-fəlsəfi materializmin təbliği və müdafiəsi(1987)
  • 41. Nəriman Nərimanov-marksist filosof(1986)
  • 42. Sultan Məcid Əfəndiyev- marksist filosof(1986)
  • 43. Yeni inqilabi yüksəliş illərində Azərbaycanda marksist-leninçi fəlsəfənin intişarı(1988)
  • 44. Birinci dünya müharibəsi və ikinci rus inqilabı illərində marksist-leninçi fəlsəfənin geniş yayılması(1988)
  • 45. “Azərbaycanda marksist-leninçi fəlsəfə tarixi”nə giriş.
  • 46. Azərbaycanda marksist-leninçi fəlsəfə tarixi”nə xülasə (oktyabraqədərki dövr, 1980). Siyahını davam etdirmək olardı, lakin bizcə, bu da kifayətdir. Midhət Ağamirov son üç ildə (1987-1989) ümumi həcmi 315, 5 çap vərəqi olan mətn hazırlamışdır.

1980-ci ildə Azərbaycan SSR EA-na həqiqi və müxbir üzvlərin seçilməsi münasibətilə komissiya yaradılır. M.M.Ağamirovu müxbir üzvlüyə layiqli namizəd kimi irəli sürən və müdafiə edən çoxlu məktub Azərbaycan SSR EA-nın seçki komissiyasına daxil olmuşdur.

Tatarıstandan, Başqırdıstandan, Qazaxıstandan, Qərğızıstandan və sair respublikalardan olan və marksizm-leninizm fəlsəfəsi tarixinə aid doktorluq dissertasiyası yazan filosof-alimlər Azərbaycan SSR EA-na gələndə mütləq Midhət Ağamirovla görüşür, ondan məsləhətlər alır, onun təklif, qeyd və mülahizələrini məmnuniyyətlə dinləyir və səmimiyyətinə inanırdılar.

ƏDƏBİYYAT

  • 1.”Sabirin dünyagörüşü”, 1962.
  • 2.”Azərbaycan ictimai fikrində milli məsələyə dair”, 1963.
  • 3.”Azərbaycanda marksist-leninçi ideologiya uğrunda mübarizə tarixindən”, 1965 (rus dilində).
  • 4.”Azərbaycanda marksist-leninçi təlim uğrunda mübarizə tarixindən”, 1971.
  • 5. “İrtica illərində Azərbaycanda marksist-leninçi fəlsəfi fikir”, 1980 (rus dilində).
  • 6.”Abdulla Şaiqin dünyagörüşü”, 1983.
  • 7.”Məhəmməd Hadinin fəlsəfəsi”, 1987.
  • 8. “Azərbaycanda marksist-leninçi təlimin yayılması”, 1988.
  • 9. “Azərbaycan romantiklərinin dünyagörüşü”, 1989.
  • 10. “Azərbaycanda qeyri-marksist ideya cərəyanlarının tənqidi”, 1989.
  • 11.Midhət Ağamirovun tərcümeyi-halı
  • 12. Ağayar Şükürov.”XX əsr və müstəqillik dövrünün filosofları və fəlsəfəsi”, 2006.
  • 13.İnstitutun midhət Aağmirova verdiyi xasiyyətnamə.
  • 14. Fəlsəfə elmləri doktoru, professor Nurqələm Mikayılovun Midhət Ağamirov haqqında xatirələri.
  • 15. Midhət Aağmirovun AMEA-nın müxbir üzvlüyünə namizədliyini irəli sürən Moskva və Leninqrad Universitetləri tərəfindən göndərilən məktublar.