Midilli

Lesbos (yunan. Λέσβος, türk. Midilli) — Egey dənizinin şimal-şərq hissəsində yerləşən, Yunanıstana məxsus ada.

Lesbos
Λέσβος
Ümumi məlumatlar
Sahəsi
  • 1.641 km²
Hündür nöqtəsi 968 m
Əhalisi
  • 90.634 nəf. (2001)
Yerləşməsi
39°12′36″ şm. e. 26°16′48″ ş. u.HGYO
Ölkə
Lesbos xəritədə
Lesbos
Lesbos
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Lesbos adasının ən yüksək nöqtəsi – Olimp dağının zirvəsi (968 m.)

Lesbos adasının ərazisi 1 636 km²-dir. Ada ərazisinin böyüklüyünə görə Yunanıstan adaları arasında 3-cü, Aralıq dənizi hövzəsində isə Siciliya, Sardiniya, Kipr, Korsika, Krit, MalyorkaEvbeyadan sonra 8-ci yeri tutur. Əsas şəhəri Mitilenadır.

Şair Terpandr (e.ə. VIII əsr) bu adada anadan olmuşdur. Qədim yunan şairəsi Sapfo da e.ə. VII–VI əsrlərdə bu adada yaşayıb-yaratmışdır. Onun yaradıcılığının bəzi elementləri əsas götürülərək "lesbi sevgisi" (qadının qadını sevməsi) termininin başlanğıcını bu adadan götürdüyü iddia edilir.

Eramızın II əsrində yaşamış və adanı özünün məşhur "Dafnis və Xloya" romanında məşhurlaşdırmış yazıçı Lonqun da məhz burada yaşadığı ehtimal olunur.

Makedoniya hökmdarı Filipin sarayına getməmişdən əvvəl məşhur yunan filosofu Aristotel də bir müddət bu adada yaşamışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]