Midland (ing. MF1 Racing) Formula 1 yarış komandası idi. 2006-cı ildı Formula 1-də sürücülər Kristian Albers və Tiago Monteiro çıxış etmişlər. Komandanın adı, Kanadalı iş adamı, Alex Shnaider tərəfindən satın alındıqdan sonra dəyişdirildi. Jordan Grand Prix adı Midland Group ilə əvəz olundu. Komandanın, Britaniya əsasən İordaniyanın Silverstone zavodunda olmasına baxmayaraq, Shnaiderin köklərinə əsasən ilk olaraq Rusiya Formula 1 komandası olaraq qeydiyyatdan keçdi.
2004-cü ildə Midland Group, Formula 1 yarışlarına qatılmaq fikrini bildirir və 2006-cı il, Formula 1 yarışına qatılmaq üçün komanda yaradılacağını bəyan edirlər. 2005-ci il Mövsüm başlanğıcında qrup, Cordan komandasını Eddie Jordandan satın alır. Beləliklə, Midland komandası Formula 1-də yeni deyildi və ilkin olaraq, $ 48 mln məbləğində yatırım etmək məcburiyyətində qalmır. 2005-ci ildə komanda köhnə adı ilə çıxış etdi. Sürücülər, Narain Karthikeyan və Tiago Monteiro heç bir nəticə əldə edə bilmədi.
Bu mövsümdə komanda ilk olaraq öz adı və Rusiya bayrağı altında çıxış etdi. Rusiyalı test –pilot Roman Rusinov, qış ayı boyu sınaq idarəetmədə iştirak etdi. Komanda Midland M16 avtomobili və Ford mühərriklərindən istifadə etdi. Avtomobilin səthi qrupun xüsusi rəng çalarları olan, qırmızı, qara və ağ rənglərlə dizayn olundu. 10 sentyabr, 2006-cı ildə, Midland Group rəsmi olaraq komandanın satışını elan etdi. Şirkətin yeni sahibi Spyker Cars NV və adı dəyişdirilərək Spyker MF1 Racing oldu.