Mikayıl Əhməd

Mikayıl Soltan oğlu Əhmədov (d.13 may 1920, Bakıö. 20 oktyabr 1995, Bakı, Azərbaycan) — Böyük Vətən müharibəsi veteranı.

Mikayıl Əhməd
Mikayılmahmud Soltan oğlu Əhmədov
Mikayıl Əhməd.png
Doğum tarixi
Doğum yeri Bakı
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri Bakı Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Tanınır Böyük Vətən müharibəsi veteranı
Mükafatları "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı"SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı"SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı"Əmək veteranı" medalıQızıl Ulduz ordeni

Həyatı[redaktə | mənbəni redaktə et]

1920-ci ilin may ayının 13-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. Atası Soltanəhməd həkim və ilahiyyatçı olmuşdur. Soltanəhmədin babası Əhməd bəy şəcərə etibarilə "Soltan-Əhməd" xanədanına mənsubdur. Mikayılmahmudun babası doktor Kərbəlayı Mahmud Pirşağı bəylərindən idi. Mikayılgil ailədə 3 uşaq olurlar: Məsumə böyük bacısı, Bibixanım kiçik bacısıdır. Mikayılmahmud isə ailənin tək oğlu olmuşdur.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Mikayıl 1947-ci ildə Bakı Neft Texnikumunun sonuncu kurs tələbəsi Almaxanım Kərbəlayı Əzim qızı ilə evlənir. Bu izdivacdan 6 övladları olur və onların hər biri ali təhsil alır. Onun böyük oğlu Əhməd fizik-ixtiraçı alim, ortancıl oğlu Mövsüm yazıçı-dramaturq, bəstəkar, kiçik oğlu Vüqar Əhməd şair, ədəbiyyatşünasdır. Nəvəsi Almaxanım Əhmədli VI Televiziya Muğam Müsabiqəsinin qalibi- "Qran-Pri" mükafatçısıdır. Qızları həkim, mühəndis və maliyyəçidir[1].

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dram teatrının ilk baş rejissoru və direktoru Bilal Əhmədin (əmisi) təkidi ilə Mikayıl Əhməd 30-cu illərdə Bakı Teatr Texnikumunda oxuyur. Görkəmli aktrisa Nəsibə Zeynalova ilə tələbə yoldaşı olan M.Əhməd burada böyük rejissor Aleksandr Tuqanovdan dərs alır və Dram teatrında müxtəlif rollarda çıxış edir. Lakin müharibələr Mikayılı yaradıcılıqdan uzaq salır. O, əvvəlcə |Sovet-fin müharibəsinə, sonra isə Böyük Vətən müharibəsinə yollanır. Berlinə qədər döyüş yolu keçən Mikayıl Qələbə günü ağır yaralanır. Dörd qabırğası sıradan çıxır və ona süni qabırğa qoyulur. Müharibə illərində ondan heç bir xəbər ala bilməyən ailəsinə onun ölüm xəbəri gəlir. İl yarım Avstriyada hərbi hospitalda müalicə alan döyüşçü ancaq 1947-ci ildə Bakıya qayıda bilir. Dəfələrlə ağır zədə alan, bədəni qəlpələrlə dolu olan döyüşçü, baş leytenant Mikayıl Əhməd şücaətinə görə müxtəlif orden və medallarla təltif olunur[1].

1995-ci il 9 may Heydər Əliyevlə görüş

Müharibədən sonra Bakıda hərbi zavodların mühafizə idarəsinin rəisi işləyən Mikayıl Əhməd az sonra bu işindən ayrılır və taleyini "Xəzər Dəniz Gəmiçiliyi" ilə bağlayır. O, "Sovet Özbəkistanı", "Həmid Sultanov" gəmi bərələrində müxtəlif vəzifələrdə işləyərək kapitanın baş köməkçisi vəzifəsinə qədər yüksəlir. 55 yaşında pensiyaya çıxan dənizçi 65 yaşına qədər gəmiçilikdə çalışır[2].

Mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Vətən üçün döyüşən qəhrəman". www.moderator.az. 2020-02-06 tarixində orijinalından arxivləşdirilib.
  2. "Nəsillərə örnək ömür yolu". 525.az. Archived from the original on 2020-02-07.