Mikayıl Qasımov

Mikayıl Dadi oğlu Qasımov (6 may 1972, Sumqayıt4 iyun 1993, Gəncə) — Birinci Qarabağ müharibəsi şəhidi.[1]

Mikayıl Qasımov
Şəxsi məlumatlar
Doğum tarixi 6 may 1972(1972-05-06)
Doğum yeri
Vəfat tarixi 4 iyun 1993(1993-06-04) (21 yaşında)
Vəfat yeri
Dəfn yeri Bibiyoni
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Dadi Qasımov
Anası Məstəgül Racıyeva
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Xüsusi dövlət mühafizə xidməti (XDMX)
Xidmət illəri 3 il
Rütbəsi Çavuş
Döyüşlər Şuşa, Ağcəbədi, Füzuli, Kəlbəcər, Cəbrayıl, Konstitusiyanın müdafiəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mikayıl Qasımov 1972-ci il mayın 6-da Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhərində 14 saylı Orta Məktəbdə təhsil alıb. 7 nömrəli texniki-peşə məktəbini dülgərlik üzrə bitirmişdir. Hərbi xidmətə 1990-cı ildə çağrılmış, Leninqradda il yarım xidmət etmişdir. Erməni təcavüzkarların torpağımıza hücumu zamanı Vətənə üz tutur və könüllülər batalyonuna yazılır. Cüssəsi , enlikürəkliyi ilə digərlərindən seçilən Mikayıl Qasımov Xüsusi Dövlət Mühafizə Xidəmətinə (əvvəlki adı ilə Milli Qvardiya) seçilir. Bütün müharibə bölgələrində vuruşub. 21 yaşı vardı. Subay idi.

Hərbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan ordusunun əsgəri olan Mikayıl Qasımov konstitusiyanın müdafiəsi uğrunda şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycanın bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhid olduqdan sonra "Turan Kültür Vakfı", "Yörük Türkmen Vakfı", "Ülkü Ocakları Genel Merkezi", "İnsan Vakfı", "Eski Müsavatcılar Uluslararası Örgütün Türkiye Temsilciliği" tərəfindən Tərifnamə ilə tərtib edilmişdir.

Ağcəbədidə döyüş yolunda olmuşdur. Müxtəlif istiqamətlərdə döyüşmüşdür. Bundan başqa Füzuli, Cəbrayıl, Kəlbəcər, Şuşa rayonlarında döyüş əməliyyatlarında olmuşdur. Şuşa şəhərində döyüşdə gözündən qəlpə yarası almışdır, lakin ilk tibbi yardımdan sonra təkrar döyüşə qatılmışdır. Həmçinin Murovdağda da xidmət etmişdir. Hava şəraitinə görə qida təminatı olmadığı üçün əsgər yoldaşları ilə 3 gün ac, susuz qalmışdır. Sumqayıt Şəhidlər Xiyabanına ilk Şəhidi döyüş bölgəsindən çıxardaraq gətirmişdir. 1-ci Qarabağ müharibəsi zamanı şəhid olan komandirini düşmən atəşi altında olan bölgədən çıxartmışdır. Milli Qvardiyada olan zaman aldığı maaşı bütövlüklə cəhbədə olan əsgərlərin ərzaq, qida təminatı üçün xərcləmişdir.

Lerik rayonu özündə, rayon istiqamətində olan yolun 37 km-liyində abidə yerləşir. Sumqayıt şəhəri 41ª-da 3-cü binada həmin binanın şəhidlərinin abidəsi açılmışdır. Bundan başqa Lerik rayonu Bibiyani kənd məktəbinə Mikayıl Qasımovun adı verilmişdir.

  1. "LERİKİN ŞƏHİD ÖVLADLARI". 2022-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-10.