Mikayıl Rəhimov (zootexnik)

Rəhimov Mikayıl İsmayıl oğlu (26 sentyabr 1930, Tumaslı, Naxçıvan MSSR31 oktyabr 2004) – zootexnik. Kənd təsərrüfatı elmləri doktoru (1985), professor (1986), Azərbaycan Milli Elmlər Akademiyasının (2001) və Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasının (1991) müxbir üzvü. SSRİ Dövlət mükafatı laureatı (1985).[1]

Mikayıl Rəhimov
Doğum tarixi 26 sentyabr 1930(1930-09-26)
Doğum yeri
Vəfat tarixi 31 oktyabr 2004(2004-10-31) (74 yaşında)
Vətəndaşlığı
Elm sahəsi zootexnika
Elmi dərəcəsi
İş yerləri
Təhsili
  • Perm Dövlət Kənd Təsərrüfatı Akademiyası[d]
Mükafatları SSRİ Dövlət mükafatı SSRİ Nazirlər Sovetinin mükafatı

Həyatı[redaktə | mənbəni redaktə et]

  • 1930-cu ildə Şərur rayonunun Tumaslı kəndində anadan olmuşdur.
  • 1937-ci ildə valideynləri ilə birlikdə Qazaxıstana sürgün edilmişdi.
  • Perm Kənd Təsərrüfatı İnstitutunun zootexnika fakültəsini (1958) və həmin institutun aspiranturasını (1964) bitirmişdir.
  • 1978-ci ilədək Rusiyanın ali məktəb və elmi idarələrində çalışmış, Tümen Kənd Təsərrüfatı İnstitutunda kafedra müdiri, dekan, Sibir Elmi-Tədqiqat Layihə-Texnoloji Heyvandarlıq İnstitutunda şöbə müdiri işləmişdir.
  • 1987-ci ildən F. Ə. Məlikov adına Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun direktorudur.
  • Heyvandarlıq məhsulları istehsalının texnologiyasının hazırlanmasına və tətbiqinə dair tədqiqatların, 3 kitabın və 150-dən çox elmi məqalənin müəllifidir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Mikayıl Rəhimov Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine // Naxçıvan Ensiklopediyası / V. Y. Talıbov. — Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. — NaxçıvanAMEA Naxçıvan bölməsi, 2005. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 380. — Səh.: 231. — ISBN 5-8066-1468-9.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]