Mikkel muzeyi (Eston dili: Mikkeli muuseum)- Estoniyada yerləşən incəsənət muzeylərindən biridir. Tallində Kadriorq parkının yaxınlığında yerləşir. Muzey 1994-cü il iyunun 25-də incəsənət kollekioneri Yohannes Mikkel tərəfindən qurulmuşdur. Yohannes Mikkel muzeyə Qərb incəsənəti və Çin çini toplusu nümunəklərini hədiyyə etmişdir.
Mikkel | |
---|---|
Mikkeli muuseum | |
| |
Əsası qoyulub | 1997 |
Mövzu | Universal:incəsənət |
Ölkə | |
Yerləşir | Estoniya, Veyzenberqi 28 Tallin |
Ziyarətçi sayı | 10744 nəfər (2013)[1] |
Muzeyə yetişmək | Kadriorq,TLT |
www.mikkelimuuseum.ee | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey incəsənət kolleksioneri Yohannes Mikkel tərəfindən qurulmuşdur. Yohannes Mikkel muzeyə Qərb incəsənəti və Çin çini toplusu nümunələrini hədiyyə etmişdir. Yohannes Mikkel (1907-2006) cənubi Estoniyada anadan olmuşdur. Tartu Universitetində müxtəlif fənlər üzrə dərs demiş, İkinci Dünya Müharibəsindən sonra isə antik mağazada menecer kimi işləmişdir. O, internet vasitəsilə indiki muzeyin kolleksiyasını toplamağı bacardı. 1996-cı ildə Kadriorq sarayının köhnə mətbəxinin yerində muzeyin yeni binası inşa edildi.[2]
Muzeydə təxminən 600 eksponat var. Eksponatların əsas hissəsini 16-cı əsrdən 19-cu əsrə qədər Hollandiya rəssamlarının qızıl dövrünə aid rəsm nümunələri təşkil edir. Buraya Albrext Dürer, Lukas Kranax (böyük), Rembrandt, Klaude Lorreyn, Adrian van Ostade, Yakob van Ruisdal, Felisyan Ropsun əsərləri daxildir. Kolleksiyanın əhəmiyyətli hissəsi təxminən eyni vaxt müddətində çəkilmişdir; Rəssam Melçinor d'Hondekoter və Jin François de Troy tərəfindən çəkilmiş bir şəkli və Antoni van Dayk tərəfindən çəkilən bir portreti misal göstərmək olar.[2][3]
Rəsm əsərlərindən başqa muzeydə Avropa keramika və Çin saxsı qabları nümunələri nümayiş olunur. Mikkelin kolleksiyası bir neçə əsri əhatə edən, Avropa keramika kolleksiyasını nümayiş etdirən yeganə Estoniya muzeyidir. Çini qabların kolleksiyasına Meissen çini qabları, Sevres çini qabları, Royal Kopenhagen çini qabları və Rusiya çini qabları daxildir. Çin çini kolleksiyası ağ-göy çinilərdən təşkil olunub.[3]