Mikotorfizm

Mikotorfizm (yun. mikros - kiçik) – ali bitkilərlə göbələklərin simbioz forması. İlk dəfə göbələklərin köməyi ilə qida maddələrini almağa, göbələklərin isə ali bitkilərin üzvi maddələrdən istifadə etməyə imkan yaradır[1].

Mikotorf bitkilər

[redaktə | mənbəni redaktə et]

Qida maddələrini torpaqdan kökündəki göbələklər vasitəsilə alan və mikoriza əmələ gətirən bitkilər. Bitkilərin əksəriyyəti Mikotorf bitkilərə aiddir (qatırquyruğu, plaunlar, bəzi birillik və su bitkilərindən başqa). Mikotorf bitkilər 3 qrupa bölünür:

  1. Simbiont göbələk yoluxmadan, toxumdan inkişaf etməyən bitkilər (məs. səhləb çiçəyi):
  2. Mikorizasız inkişaf edə bilən, lakin göbələklə yoluxduqda daha yaxşı inkişaf edən bitkilər (bir çox ağaclar, kollar, kolcuqlar): çox vaxt mikorizası olan, lakin əlverişli qida mühitində göbələk yoluxmadan yaxşı inkişaf edən bitkilər (məs. cökə, tozağacı, bir çox kollar).
  1. Məmmədov Q.Ş., Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008